İY
İYDƏLİK
OBASTAN VİKİ
İydə
İydə (lat. Elaeagnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 2 növü yayılıb: daryarpaq iydə (Eleagnus angustifolia) və Xəzər iydəsi (Eleaegnus caspica). Yuxarıda göstərilənlərdən başqa, Azərbaycanda 2 növ iydə becərilir. Onlardan biri tikanlı və ya daim yaşıl iydə (E. pungens) o biri isə şərq iydəsi (E. orientalis) adlanır. Azərbaycanda becərilən iydə növləri bəzək, meliorativ və eləcə də xoş dad malik meyvələri bitki hesab olunur. Onların hamısının meyvələri yeməlidir. İydə meyvəsinin lət hissəsində 40 %-ə qədər şəkərlər vardır ki, bunların da 20 %-ni qlükoza və fruktoza təşkil edir. Bundan əlavə tərkibində selik, zülal maddələr, aşı maddələr, C vitamini, üzvi turşular, boyayıcı maddələr də vardır. Meyvəsinin lət hissəsi kalium və fosfor duzları ilə zəngindir.
Daryarpaq iydə
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Ensizyarpaq iydə

Gümüşü iydə
Gümüşü iydə == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. Yabanı halda Kanadada bitir. == Botaniki təsviri == İynəsiz, enli şaxələnmiş çətiri olan yarpağı tökülən, 5 m-ə qədər hündürlükdə kol və ya kiçik ağacdır. Zoğları qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtaşəkilli və ya uzunsov-neştərvarı olub, uzunluğu 3–8 sm-dir. Hər iki tərəfdən gümüşü rənglidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri xırda, içəri tərəfdən sarı, çox ətirlidir, 1–3 ədədi birlikdə yarpaqların qoltuğunda toplanmışdır. Meyvələri oval və ya şarşəkilli, ölçüsü 1–2 sm-dir, gümüşü qabıqlarla sıx örtülmüşdür. Çoxlu kök pöhrələri verir.
Tikanlı iydə
Tikanlı iydə (lat. Elaeagnus pungens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. Yaponiyada yayılmışdır. Həmişəyaşıl, gözəl, sıx yarpaqlı, hündürlüyü 7 m-dək olan, şaxələnmiş budaqlı və qısa,qalın tikanlı koldur. Bəzən qısa, iti bucaq altında, aşağıya əyilmiş, möhkəm, yan budaqlıuzun zoğları olur. Onların köməkliyi ilə digər bitkilərə yapışaraq 10 hündürlüyədək qalxır və beləliklə sarmaşan kola çevrilir. Cavan zoğları qonur xırda yarpaqlarla örtülmüşdür. Yarpaqları uzunsov-ellipsvari, uzunluğu 10 sm-dək, üst tərəfi parlaq, tünd-yaşıl, alt tərəfi gümüşü-qonurdur. Yarpaqların kənarları dalğalı, bəzən qıvrım, saplaqları qonurdur. Çiçəkləri xırda, dəstələrdə 1-3 ədəd, sallaq, üstdən gümüşü-ağ içərisi qızılı rəngdə və çox ətirlidir.
Çətirvari iydə
Çətirvari iydə Vətəni Şərqi Asiyadır. Hündürlüyü 4 m-ə çatan ağac və ya koldur. Yarpaqları ellipsvarıdır, uzunluğu 4–8 sm, eni 1–2 sm-dir. İyunda çiçəkləyir, 9 yaşından meyvə verir, meyvələri oktyabrda yetişir. Qışa orta dərəcədə davamlıdır. Toxumları 4 ay müddətində 5 °C temperaturda qumda və ya torfd stratifikasiya olunur. Abşeronda vegetasiya müddəti aprelin ortalarından oktyabra qədər davam edir. Səpin dərinliyi 2,0–2,5 sm-dir, becərilməsi üçün optimal temperatur 20–27 °C-dir. Torpağa tələbkar deyildir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.
Aşağı İydəli (Çaypara)
Aşağı İydəli (fars. ايدلوي سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (5 ailə).
Xəzər iydəsi
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Yuxarı İydəli (Çaypara)
Yuxarı İydəli (fars. ايدلوي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (7 ailə).
İydəkimilər
İydəkimilər (lat. Elaeagnaceae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Shepherdia Nutt.
İydəli
İydəli (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. İydəli (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
İydəli (Bicar)
İydəli (fars. ايده لو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (47 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
İydəli (Sərdarabad)
İydəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində olmuşdur. Toponim Azərbaycan dilində işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur. Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər, 1918-ci ilin əvvəlində 880 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından deportasiya olunmuşdur.
İydəli piri
İydəli piri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindən şərqində ziyarətgah. Pirin ətrafı Orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilmişdir. Pirin yaxınlığından keçən kəhriz indi də fəaliyyət göstərir. Pir qayanın təbii oyuğunda yerləşir. Onun ətrafı dördkünc formada bir sıra qaya parçaları ilə hörülmüşdür. Divarlar bəzi yerlərdə 50-60 sm hündürlükdədir. Bəzi yerlərdə iri qaya parçalarından divar qalıqları mövcuddur. Tədqiqat göstərir ki, pirin ətrafındakı divar dəfələrlə bərpa edilmişdir. Pirə aid olan qayanın oyuğunda dilək tutularaq şam yandırılır. Burada daşla niyyət etmə adəti geniş yayılmışdır.
Şərq iydəsi
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.

Digər lüğətlərdə