İydəli (Sərdarabad)
İydəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan)
rayonunda kənd.
Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5
verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində olmuşdur.
Toponim Azərbaycan dilində işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin
artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur.
Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə
706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər, 1918-ci ilin əvvəlində 880 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından
deportasiya olunmuşdur.