İyirminci bahar (film, 1940)
== Məzmun ==
Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir.
Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür.
Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır.
== Filmin heyəti ==
=== Filmin üzərində işləyənlər ===
Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev
Ssenari müəllifi: Şamil Məlikyeqanov
Operator: Leon Aristakesov, Camal İsmixanov
Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev
Səs operatoru: Y.Qomerov
Rejissor assistenti: Lətif Səfərov
== Mənbə ==
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.