Haaqa Konfransı (1922, iyun-iyul)
Haaqa konfransı — I dünya müharibəsindən sonra dünyada iqtisadi, siyasi sistemi normallaşdırmaq, rusiyadan borcların geri alınması üçün təşkil olunan beynəlxalq konfransdır.
Haaqa konfransından əvvəl İngiltərənin baş naziri Lloyd Corc Kannda keçirilən Müttəfiqlərin Ali Şurasının iclasında dünyada maliyyə-iqtisadi problemləri həll etmək üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Onun bu təklifi qəbul olunur. Qəbul olunan qətnaməyə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. Konfransda İngiltərəni baş nazir Lloyd Corc, Almaniyanı kansler Virt, Fransanı xarici işlər naziri Lui Bartu, İtaliyanı baş nazir Fakta təmsil edirdi. Sədr Fakta seçilir. Konfrans qarşısına qoyduğu problemlərin-Almaniyadan təzminat almaq, borclar, Rusiya məsələsi və Yaxın Şərq məsələlərinni demək olar ki, heç birini həll edə bilmir. Qəbul edilən qərara əsasən, bu problemlərin həllinin davamı (xüsusilə Rusiyadan borcların alınması) Haaqada keçiriləcək konfransa qədər ertələnir.
Haaqa konfransı 1922-ci il iyun ayının 15-dən iyulun 20-dək davam etmişdir. Konfransda rus və qeyri-rus komissiyaları, xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı.