İçli küftə
İçli küftə — yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır.
Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.