Jülyen Lyao
Jülyen Lyao (fr. Julien Lahaut, 6 sentyabr 1884 — 18 avqust 1950) —Belçika dövlət xadimi, kommunist.
== Həyatı ==
Jülyen Lyaonun 1884-cü il sentyabrın 6-da anadan olduğu Seren o zaman ingilis sənayeçisi Kogerillin maşınqayırma və metallurgiya zavodları ətrafında meydana gəlmiş kiçik bir şəhər idi. İndi Seren Belçikanın ən böyük sənaye mərkəzi olan Lyej ətrafında fəhlə şəhəridir.
Belçikada qərbdən şərqə doğru bütün ölkə boyu bir ensiz sənaye zolağı uzanır. Burada kömür çıxarılır və polad əridilir. Bura şaxtaçılar, metalçılar, maşın qayıranlar və kimyaçılar diyarıdır–fəhlə Belçikasının qəlbidir. Buranın havası həmişə hisli, terrikonları qara, gecə-gündüz sönməyən domna sobaları qara, zavodların boruları qurumdan qaradır, şaxtaçıların hisdən üzləri qara, yaşadıqları qəsəbələri qaradır. Qara Belçika belədir. Kapitalist təsərrüfatını xarakterizə edən şəraitin yüksəldiyi dövrlərdə belə bura–tənəzzül və böhranlar zamanı qonşu rayonlardan və ölkələrdən axışıb gələn yoxsul kəndlilərin ziyarət yeri, ümidsizlik və yoxsulluq diyarı olmuşdur.