körpücük-dilaltı

körpücük-dilaltı
körpücük-atlas 2021
körpücük-döş
OBASTAN VİKİ
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Dilaltı sinir
Dilaltı sinir —
Dilaltı sümüyü
Dilaltı vəzi
Dilaltı vəzi lat. Glandula sublingualis — ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan bəzisi — lat. ductus sublingualis minores ayrıca olaraq dilaltı büküşdə və bəzisi bir-birilə birləşərək — lat. ductus sublingualis major (Bartolini — BNA) adı ilə dilaltı ətciyi üzərində lat. ductus submandibularis ilə birlikdə xüsusi ağız boşluğuna açılır. Vəzifəsi şəffaf qələvi reaksiyalı, xüsusi çəkisi 1,006-1,008, tərkibində ptialin və salivin fermentlər olan ağız suyu lat.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Qalxan-dilaltı bağ
Qalxan-dilaltı bağ, Yan qalxan-dilaltı bağ və ya Dilaltı-qalxan bağ, Yan dilaltı-qalxan bağ (lat. ligamentum thyrohyoideum laterale, ligamentum hyothyreoideum laterale) — insanın qırtlaq aparatına aid bağ. Qalxan-dilaltı bağ dilaltı sümüyünün böyük buynuzlarından başlayıb və qalxanabənzər qığırdağın yuxarı buynuzuna bağlanır və yaxud əksinə qalxanabənzər qığırdağın yuxarı buynuzundan başlayıb, dilaltı sümüyünün böyük buynuzlarına bağlanır.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Tən orta qalxan-dilaltı bağ
Tən orta qalxan-dilaltı bağ (lat. ligamentum thyrohyoideum medianum (lig. Hyothyreoideum medium — BNA)) — qırtlaq aparatına aid struktur — bağ. Qalxanabənzər qığırdağın yuxarı kənarından dilaltı sümüyə doğru gedir və onun cisminin yuxarı səthinə bağlanır.