kəklik
kəl
OBASTAN VİKİ
Kəklikotu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Labiatae fəsiləsinə aid hündürlüyü 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir.
Dağıstan kəklikotu
Hacıyev kəklikotusu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda təbii halda geniş yayılmışdı. Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Fedçenko kəklikotu
Karyagin kəklikotu
Qafqaz Qobustanda yayılmışdır. Azərbaycanın nadir bitkisidir. CR A2c; B1ac(i,ii)+2ab(i,ii). Daşlıq yamaclarda bitir. Azərbaycanda arealı dardır. Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tkcüklüdür. Yarpaqları uzunsov-lansetvari və ya əks-yumurtavari, uzunluğu 4–10 mm, eni 2–4 mm olub çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklərlə örtülüdür. Yarpaqların yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir.
Koçi kəklikotu
Kəklikotu (dəqiqləşdirmə)
Kəklikotu — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Kəklikotu (film, 2017) — Azərbaycan filmi.
Meqri kəklikotu
Migri kəklikotu
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Trautveri kəklikotu
Trautvetter kəklikotu (lat. Thymus trautvetteri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc + 3bcd; B1ab(i, iii) + 2ab(ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Qafqaz. Azərbaycanın nadir və relikt növüdür. En A2abc+3bcd; B1ab(i,ii,iii)+2ab(i,ii,iii). Orta dağ zolağında çınqıllı yamaclarda bitir. Azərbaycanda arealı dardır. Sürünən zoğları olmayan ağ keçətüklü yarımkolcuqdur.
Trautvetter kəklikotu

Zaqafqaziya kəklikotu
Ziapad kəklikotu
Kəklikotu (film)
Kəklikotu tammetrajlı bədii filmi rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı (Müşfiq Şahverdiyev) və bacıoğlu (İslam Mehrəliyev) başqasına çatacaq bir kisə "kəklikotu"nu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. Film komediya, macəra janrındadır. 2017-ci ilin dekabrından kinoteatrlardadır.
Qaramərğəm kəklikotu
Qaramərğəm kəklikotu (lat. Thymus karamarianicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda geniş yayılmışdır Hündürlüyü 15–25 sm olan yarımkolcuqdur. Düz dayanan meyvəsiz zoğla-rı və daha cod, düz dayanan çiçək saplaqları çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, saplaqların uzunluğu 15–25 mm, eni 4–8 mm, ellipsvari, kənarları tükcüklüdür. Aşağı gövdə yarpaqları uzun saplaqlarda yerləşir, yumurtavari və yan damarcıqları aydın görünür. Çiçək qrupu uzunsov, başcıqlı, çox vaxt şaxələnmişdir. Çiçək saplaqları uzun tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təxminən 4 mm, uzun tükcüklüdür. Yuxarı dişcikləri neştərvari, kənarları tükcüklüdür.
Dağıstan (Hacıyev) kəklikotu
Kəklikotu (film, 2017)
Kəklikotu tammetrajlı bədii filmi rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı (Müşfiq Şahverdiyev) və bacıoğlu (İslam Mehrəliyev) başqasına çatacaq bir kisə "kəklikotu"nu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. Film komediya, macəra janrındadır. 2017-ci ilin dekabrından kinoteatrlardadır.
Qara mərğəm kəklikotu
Zaqafqaziya (Ziazat) kəklikotu
Adi kəklikotu
Adi kəklikotu (lat. Thymus vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanda xalq arasında qısaca kəkotu da adlanır. Otun müalicəvi xüsusiyyətləri var. Onu suda qaynadılmaqla əldə olunmuş məhlulundan soyuqdəymənin və bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Hacı Sülеyman İrəvani yazırdı ki, kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək еdir, mədəni və ciyəri təmizləyir, ağciyərlər üçün xеyirlidir. Kəklikotu çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər. Bu bitkinin həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir. Kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yеrin üzərinə qoyurlar. Kəklikotunun əncirlə qarşdırılmış həlimini astma və öskürəkdə çox xeyirlidir.
Biber kəklikotu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. == Ekologiyası == Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Hacıyev kəklikotusu
Hacıyev kəklikotusu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda təbii halda geniş yayılmışdı. Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Karyagin kəklikotusu
Karyagin kəklikotusu (lat. Thymus karjaginii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Kiçik Qafqazda rast gəlinir. Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tükcüklüdür. Yarpaqları uzunsov-neştərvari və ya əks-yumurtavari, uzunluğu 4-10 mm, eni 2-4 mm-dir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür.
Təpə kəklikotusu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda geniş yayılmışdır. Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Fedçenko kəklikotusu
Fedçenko kəklikotusu (lat. Thymus fedtschenkoi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iii,iv,v). Kiçik Qafqazın mərkəzində geniş yayılmışdır. Azərbaycanda arealı dardır. Azərbaycan daxilində Kiçik Qafqazda bitir. Yuхarı dağ zоlaqlarında, daşlıq yamaclarda rast gəlinir. Qısa, sürünən zoğları olan, çox alçaq yarımkolcuq-dur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox qısa tükcüklüdür.
Koçi kəklikotusu
Koçi kəklikotusu (lat. Thymus kotschyanus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.
Migri kəklikotusu
Migri kəklikotusu (lat. Thymus migricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU C2a (i). Azərbaycanın nadir növüdür. Təbiətdə hündürlüyü 8–15 sm olan yarımkoldur. Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5–12 sm ola bilir. Çiçəkaltlığı aşağıya doğru əyilmiş tüklərlə örtülüdür. Bitkinin yar-paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6–1,3 sm uzunluğunda 0,3–0,7 sm enində ola bilir.

Значение слова в других словарях