1. Çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir. Atanın kəsbi oğula halaldır. ( Ata. sözü ).
[Tarverdi:] Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir?
İsmayılov … öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı.
□ Kəsb etmək (qılmaq) – 1) çalışıb qazanmaq, gəlir götürmək.
Derlər otur evdə, nədim kasibəm; Kəsb eləməzsəm, qazana bilmirəm. ;
2) əldə etmək, qazanmaq, öyrənmək.
Hər vilayətdə var beş-on məktəb; Edirik kəsb onda elmü ədəb.
Getdikcə Mehman daha artıq iş təcrübəsi kəsb edir, ciddiyyətlə işə girişirdi.
Mehriban üçün həyat yeni böyük bir məna kəsb etməyə başlayırdı.
2. bax kəsbkarlıq.
[Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm.
Hansı bir kəsbə yanaşdım ki, yar olsun tale; Sən çıxıb qarşıma, hər ləhzədə oldun mane.
[Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı.
□ Kəsb etmək köhn. – yaşamaq üçün bir sənət, peşə, işlə məşğul olmaq.
Kəsb etmədi, cib kəsmək adət etdi; Quldur oldu, ev kəsdi, qarət etdi.