KAĞIZ-KUĞUZ

top. dan. Yazılı kağızlar, yaxud lüzumsuz kağızlar.
Qarı elə elədi ki, söhbət Mirzə Mustafanın başından fikrini dağıtdı, kağız-kuğuzunu yığışdırıb qoydu şkafa, dəftərxanasının qapısını bağlayıb getdi evinə. E.Sultanov.
[Xəlil:] …Otaqları elə silibsüpürüb aparıbdır ki, kağız-kuğuzdan savayı bir şey qalmayıbdır. N.Vəzirov.
Şahmar yavaş-yavaş kağız-kuğuzu, cədvəlləri yığışdırır, kitabları üst-üstə qoyurdu. B.Bayramov.

KAĞIZ
KAĞIZ-QƏLƏM

Значение слова в других словарях