KABUS

[ər.] сущ. вилерикай карагдай затӀ; хъварц; хъен; кичӀе жедай ахвар.
KABRİOLET
KADET²
OBASTAN VİKİ
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada

Kabus ağacqurbağası
Kabus ağacqurbağası (lat. Triprion) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV–XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kabus ordusu

Kabus şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Kabus şəhəri

Kabus (film, 2011)
Ən qaranlıq saat (ing. The Darkest Hour) — Kris Qorak tərəfindən çəkilən ABŞ filmidir. Filmin tam tərcüməsi "Ən qaranlıq vaxtı" kimi səslənir. == Məzmun == 5 gənc amerikalı Moskvaya səyahət etmişdilər. Amma onların Moskva gəzintisi zamanı şəhər yadplanetlilərin işğalına məruz qalır. Adi gözlə görünməyən düşmən canlı-cansız hər şeyi məhv edir.
Kabus filmlərinin siyahısı
Kabus filmlərinin siyahısı - bu siyahı dram, komediya, mistika, qorxu filmi, romantika janrında kabuslar haqqında çəkilən filmləri ehtiva edir.
Kabus ata (film, 1990)
Kabus ata (ing. Ghost Dad) — Sidni Puatye tərəfindən 1990-cı ildə çəkilən filmdir. == Məzmun == Elliotun Denni, Amanda və Dayen adında övladları vardır. Övladlarının istədikləri arzulara vaxt ayırmayan Elliot cümə axşamı gününü gözləyir. Elliot həmin gündə taksilərdən birinə rast gəlir. Bu taksiçi avtomobilin sürətini artıraraq körpüdən aşır. Elliot koma vəziyyətinə düşür. Elliot keçmiş səhvlərini düzəltmək kabus halına dönür. Lakin onun çox az vaxtı vardır...
Kabus gəmi (film, 2002)
Kabus gəmi (ing. — Ghost ship) — rejissorluğunu Stiv Bekin üstləndiyi 2002-ci il amerikan qorxu filmi. Film Berinq dənizində 1962-ci ildə yoxa çıxmış gəminin tapan dəniz qurtarma-araşdırma komandasının sərgüzəştlərindən bəhs edir. Film 25 oktyabr 2002-də Şimali Amerikada göstərimə girdi və tənqidçilərdən böyük ölçüdə tənqidlər aldı. Dünya miqyasında 68 milyon dollardan çox gəlir əldə etdi. Adına baxmayaraq, filmin 1952-ci ildə çəkilmiş eyniadlı film ilə heç bir əlaqəsi yoxdur. == Süjet == 1962-ci ildə italyan okean gəmisi Antoni Grazada sərnişinlər rəqs edirlər. Balaca qız olan Keyti gəminin kapitanı ona rəqsə dəvət edənə qədər oturur. Bir əl makaradan məftili açan qolu qaldırır. Nəticədə makara qopur və məftil rəqs səhrəsinə sovruraraq sərnişinləri və ekipaji ikiyə bölür.
Kabus yarışçı (film, 2007)
Kabus yarışçı (ing. Ghost Rider) — 2007-ci ildə çəkilən ABŞ filmidir. == Məzmun == Con Bleyz atası ilə birlikdə motosiklet şoularında iştirak edən gənc oğlandır. Atasının xərçəng xəstəlindən əziyyət çəkdiyi örəndiyi müddətdə qəribə adamla rastlaşır. Həmin naməlum adam ona deyir ki, əgər ruhunu ona versə, qarşılığında atasınıı xəstəlikdən xilas edəcəkdir. Con bu sənədi oxumadan, əlindən damlanan qan ilə bu müqaviləni imzalamış sayılır. Həmin adam isə şeytan Mepistophelesdir. Mepistopheles Amerikada bir çox insan ruhunu bu vasitə ilə həp etmişdir...
Kabus yazıçı (film, 2010)
Kabus yazıçı — 2010-cu ildə çəkilmiş olan Roman Polanskinin məşhur filmi.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir.
On üç kabus (film, 2001)
On üç kabus - Stiv Bek tərəfindən rejissorluğu üstlənən 2001-ci il istehsalı olan qorxu filmi. 2001-ci il 26 oktyabrda sinemalarda göstərimə girdi. Film böyük tənqidlərə məruz qaldı və maliyyə cəhətdən böyük xəyal qırıqlığı oldu. Belə ki, 42 milyon dollar büdcəsi olan film cəmi 68 milyon dollar gəlir əldə edə bildi. Film ABŞ gişesində 10 həftə qaldı və sonda ölkədaxili 41.867.960 dollar, ölkəxarici isə 68.467.960 dollar qazandı. Filmdə, demək olar ki, heç bir kabusun həyatından bəhs olunmur. Amma DVD-nin xüsusi bir xüsusiyyəti olan "Kabus faylları"da bunlardan açıqca bəhs olunur. İlk doğulan oğul: Kovboy kimi davranmağı sevən Bili Maykılz adlı balaca oğlan uşağının kabusu. Bir gün başqa bir oğlan Bilini düelloya dəvət edir. Amma, əlbəttə ki, Bilini oyuncaq tapançası o biri uşağın dəmir uclu əsl oxu qabağında heç nə idi.
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...
Kabus ata
Kabus ata (ing. Ghost Dad) — Sidni Puatye tərəfindən 1990-cı ildə çəkilən filmdir. == Məzmun == Elliotun Denni, Amanda və Dayen adında övladları vardır. Övladlarının istədikləri arzulara vaxt ayırmayan Elliot cümə axşamı gününü gözləyir. Elliot həmin gündə taksilərdən birinə rast gəlir. Bu taksiçi avtomobilin sürətini artıraraq körpüdən aşır. Elliot koma vəziyyətinə düşür. Elliot keçmiş səhvlərini düzəltmək kabus halına dönür. Lakin onun çox az vaxtı vardır...
Kabus (film, 1990)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). == Saundtrek == The Righteous Brothers — "Unchained Melody". == Maraqlı faktlar == Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Bir Çin kabus hekayəsi
Çin Kabus hekayəsi (ing. A Chinese Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. Film 3 mükafata və 6 Nominasiyaya layiq görülmüşdür.
Çin Kabus hekayəsi (film, 1987)
Çin Kabus hekayəsi (ing. A Chinese Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. Film 3 mükafata və 6 Nominasiyaya layiq görülmüşdür. Çin Kabus hekayəsi — Internet Movie Database saytında.
Kabus yarışçı 2: İntiqam atəşi
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...
Kabuslar xiyabanı (film, 2021)
Kabuslar xiyabanı (ing. Nightmare Alley) — ABŞ istehsalı triller və dram filmi. Film Uilliam Lindsey Qreşamın 1946-cı ildə yazdığı eyniadlı romanına əsaslanır.
Kabusun gözüylə (film, 2010)
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Kiyevin kabusu
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir. MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Nosferatu: Gecə kabusu (film, 1979)
Nosferatu: Gecə kabusu (alm. Nosferatu – Phantom der Nacht‎) — 1979-cu ildə çəkilən filmdir. Bir əmlak satışı üçün Transilvaniyaya göndərilən Conatan Harkerin yeni müştərisi Qraf Drakuladır. Conatan dörd həftə ərzində Transilvaniyada yerləşən Qraf Drakulanın qəsrinə çatır və buranı görən zaman heyrətə gəlir. İnsan qanıyla bəslənən Qraf Drakula ölümsüzdür və tək istəyi dincliyə qovuşmaqdır. Ancaq Harkerin həyat yoldaşı Lüsinin fotoşəklini görüncə, fikirini dəyişdirir və gəmiylə Almaniyaya doğru yola çıxır. Amma bununla bərabər Avropaya Taun xəstəliyi kimi fəlakəti də götürmüş olur...
Opera Kabusu (film, 2004)
Opera kabusu (ing. The Phantom of the Opera) — 2004-cü il Birləmiş Krallıq və ABŞ-nin birgə istehsalı olan musiqili, romantik, dram filmi. Coel Şumaxer tərəfindən ekranlaşdırılmış film Endryu Lloyd Vebberin 1986-cı ildə yazdığı eyniadlı müzikl əsasında çəkilib. Əsər fransız yazıçısı Qaston Lerunun eyniadlı novellası əsasında yazılmışdır. 1919-cu ildə xaraba qalmış Paris Opera Evində hərrac keçirilir. Hərraca əlil arabasına məhkum qalmış yaşlı Raul, Qraf de Şanyi fars geyimində zərb aləti çalan musiqili meymun oyuncağını alır. Hərrac zamanı o tanış simanı, gənc vaxtı tanış olduğu Madam Jirini görür. Madam Jiri indi daha yaşlıdır. Onların birgə diqqətini isə hərraca çıxarılmış 666 nömrəli lot cəlb edir; bu, yenidən bərpa olunmuş və elektrik naqilləri taxılmış nəhəng tavan şamdanıdır. Bu şamdanı hərrac işiləri yandırarkən ətraf yenidən köhnə illərə qayıdır, teatr öz əzəmətli və yaraşıqlı görkəminə qayıdır və 1870-ci ildə baş vermiş hadisələr yenidən canlanır.
Kabuslu türk hamamı
Kabuslu türk hamamı (怪猫トルコ風呂, Kaybyo toruko furo) – 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi. Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir. == Rollarda == Naomi Tani Yukino rolunda. Hideo Murota Yuzo rolunda. Misa Ohara Yukinonun bacısı Mayumi rolunda. Tayci Tonoyama hamamın meneceri Genzo Kakinuma rolunda. Tomoko Mayama Genzonun ikinci arvadı Utae Kakinuma rolunda. Terumi Azuma Genzonun qızı Natsuyo Kakinuma rolunda. Koci Fuciyama hamamın meneceri Toriyama rolunda.
Kabusun gözüylə
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.

Digər lüğətlərdə