KAL [Vəliş:] Xam at qorxulu, kal meyvə zərərli, naşı adam karsız olur (Ə.Vəliyev); YETİŞMƏMİŞ Doktor: Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də xəta gələ bilər (S.S.Axundov); DƏYMƏMİŞ Gülsüm: Arvadlar dünən ona çoxlu dəyməmiş əzgil yediriblər (X.Hasilova); GÖY (dan.) Aytən dedi: – Çiyələk; Eliş dedi: – Göy yemiş (M.Rzaquluzadə).