KALAVA
KALENDAR
OBASTAN VİKİ
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Kalbalar
Kalbalar- eramızın VI əsrində indiki Azərbaycan respublikasının Mərkəzi Aran vilayətində yaşamışlar. Onlar əsasən İslam dininə sitayiş etmişdir. Onlar VII əsrin əvvəllərində İmişli rayonun özlərinə paytaxt seçmişdir. Hətta inzibati ərazi dairələri arasında 4-cü böyük dairə olan Məmmədli-Əliyetməzli dairəsinin şimal bölgəsində onlara aid kitablar orxeonik yazılar tapılmışdır. 1792-ci ildə Qarabağ xanlığı ilə böyük mübarizə etmiş lakin məğlub olaraq buralardan birdəfəlik köç etmişdir. Hal-hazırda ÇXDR-nın Urumçi şəhərində məskunlaşmışlar.
Kalbalı Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Kalbaoruc Dizə
Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb. == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi əsasən taxılçılıq,bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.
Kalbarri Milli Parkı
Kalbarri Milli Parkı (ing. Kalbarri National Park) — Qərbi Avstraliya əyalətinində yerləşən milli park. Pert şəhərindən 485 km şimaldadır. Milli parkda uzunluğu 80 km olan Markizon çayı dərəsi yerləşir. Milli parkın sahil zonasının yaxınlığında Kalbarri şəhəri və Markizon çayının mənsəbi yerləşir. Sahil zonası qaya quruluşlarına görə seçilir. Burada ən populyar məşğuliyyətlər ekskursiya, qayıqçılıq, balıqçılıq, piknik və gəzintidir. Milli parkın yaxınlığında Hatt-River virtual dövləti yerləşir. == Coğrafiya == Milli parkda Kalbarri şəhərinin şərqində yerləşən Tumblaquda geoloji abidəsi, Markizon çayı, onun yaratdığı dərə və Meannara təpəsi yaxınlığında yerləşən mənsəbi yerləşir. Sahil zonası külək və su eroziyasına məruz qalmış qaya quruluşlarına ev sahibliyi edir.
Kalbaəziz kəhrizi
Kаlbаəziz kəhrizi — İşıqlаr yаşаyış yеrinin şimаlındа yеrləşir. Hаzırdа kəhrizin üç quyusu fəаliyyət göstərir. Sоn vахtlаr təmir-bərpа işləri аpаrılsа dа quyulаr dоlmuş və suyun qаrşısı tutulmuşdur. Kəhrizin suyu minеrаl mənşəlidir. Kəhrizin çıхаcаğındаn bir qədər аrаlıdа iki kiçik süni göl yаrаdılmışdır. Lаkin kəhrizin suyu аzаldığındаn göllərdə su аzdır. Kəhrizi 18-19 əsrlərə аid еtmək оlаr.
Marallı-i Kalbalı (Germi)
Marallı-i Kalbalı (fars. ماراللوي كلبلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (20 ailə).

Digər lüğətlərdə