kamuflet
kamuflyajlı
OBASTAN VİKİ
Kamuflyaj
Kamuflyaj (fr. camouflage) — gizlənmə, saxlanma üsullarından biridir. Sözün əsl mənası mühitdən gizlənmək, saxlanmaq deməkdir və normalda asanlıqla görünən orqanizm və ya obyektin ətrafdakı əşyaların rənginə müvafiq rəngə düşərək tapılmasının, müəyyənləşdirilməsinin çətinləşməsi deməkdir. Müharibələrdə və təbii həyatda düşməndən gizlənmək və yaxud da düşməni çaşdırmaq üçün istifadə edilən bir strategiyadır. Bu söz, fransızca camouflage sözündən götürülmüş sözdür və mənası "ətraf mühitə müvafiqləşərək gizlənmək və ya gizlədilmək" deməkdir. Fransızca söz olan bu söz camoufler "gizlənmək" feilindən və sözün axırına +age şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Bu söz italyanca eyni məna verən camuffare felindən götürülmüşdür. == Hərbi sahə == Qədim dövrlərdən XVIII əsrə qədər olan nizami orduların geyimləri rəngarəng olub, hər dəstənin rəngləri müxtəlif olmuşdur. Bu, cəbhədəki düşmənlərin və dostların tanınması üçün mühüm bir element idi. Lakin Sənaye İnqilabı ilə inkişaf edən texnologiya və silah sənayesindəki irəliləyişlər nəticəsində gizlənməyin əhəmiyyəti aydın omuşdur.
Hərbi kamuflyaj
Hərbi kamuflyaj — Silahlı qüvvələr tərəfindən şəxsi heyətin və texnikanın düşmən qüvvələrinin müşahidəsindən mühafizə edilməsi məqsədilə istifadə edilən kamuflyajdır. Hərbi yanıltmanın növlərindən biri olub, hərbi taktikalarda tez-tez istifadə olunur. Praktiki olaraq nəqliyyat vasitələri, gəmilər, təyyarələr, silah mövqeləri və döyüş geyimləri daxil olmaq şərti ilə bütün növ hərbi texnikalara rəng və materialların tətbiqi deməkdir. Hava döyüş texnikalarını, gəmiləri, sualtı qayıqları, raketləri, peykləri və ümumiyyətlə orduya məxsus olan bütün təchizatın düşmənə daha az görünən olması üçün xüsusi olaraq Stels texnologiyaları yaradılmışdır.
Kamuflyaj və casusluq (film, 2019)
Kamuflyaj və casusluq (ing. Spies in Disguise) — 2019-cu ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. Filmin rejissorları Troy Quan və Nik Bruno.

Digər lüğətlərdə