kanifollatmaq
kankanlıq
OBASTAN VİKİ
Kankan
Kankan (tam adı: Keandrian Qynzel Jones; 22 sentyabr 2000, Dallas) — ABŞ repçisi, prodüseri, mahnı yazarı. == Həyatı == Kankan 2000-ci il sentyabrın 22-də Texasın Dallas şəhərində anadan olub. O, repçi Speaker Knockerz-in mahnılarını dinləyərək böyüyüb. Kankan deyir ki, əvvəlcə repçi kimi karyera qurmaq fikrində deyildi. İfadəsində bildirib ki, rep oxumağa "məzə üçün" başlayıb. O, deyir ki, musiqi yaratmağın nə qədər xoş olduğunu biləndən sonra həyatını tam olaraq buna həsr etməyi seçib.
Meqan Kankanın qətli
Meqan Nikol Kankanın qətli (7 dekabr 1986 – 29 iyul 1994) — ABŞ-nin Nyu-Cersi ştatı, Merser qraflığı, Hamilton qəsəbəsində baş verən cinayət. Yeddi yaşlı qız öz qonşusu Cessi Timmendekvas tərəfindən təcavüz edilərək öldürüldü. Cinayət bütün ölkənin diqqətini çəkdi və nəticədə hüquq-mühafizə orqanlarından qeydiyyata alınmış seksual cinayətkarların harada olması ilə bağlı təfərrüatları açıqlamağı tələb edən “Meqan qanunu”nun tətbiqinə səbəb oldu. Timmendekvas 1997-ci ildə Kankanın qətlinə görə məhkum edildi. O, ölümcül inyeksiya ilə ölüm hökmünə məhkum edildi, lakin 2007-ci ildə Nyu-Cersidə edam cəzası ləğv edildikdən sonra ölüm hökmü şərti olaraq ömürlük cəzaya dəyişdirildi. Cessi K. Timmendekvas (d.15 aprel 1961) gənc qızlara cinsi təcavüzə görə əvvəllər iki dəfə məhkum edilmişdi. 1979-cu ildə o, Nyu-Cersi ştatının Piskatauey qəsəbəsində beş yaşlı qıza təcavüzə cəhddə günahını etiraf etdi. Ona şərti cəza verildi və o, doqquz ay Middlesex Adult Correctional Mərkəzinə göndərildi. 1981-ci ildə Timmendekvas yeddi yaşlı bir qıza təcavüz etməkdə təqsirini boynuna aldı və Nyu-Cersi ştatı, Aveneldə altı il müddətinə Yetkin Diaqnostik və Müalicə Mərkəzində (ing. ADTC) həbs edildi.

Digər lüğətlərdə