KARST RAYONU

müəyyən tip karstın əlamətlərinə görə ayrılan rayon (açıq, qapalı karst, müxtəlif yaşlı karbonatlı, halogen süxurlarda və b.). район карстовый karst region
KARST LANDŞAFTI
KARST RELYEFİ
OBASTAN VİKİ
Karst
Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi. Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. == Dünyada ən böyük karst mağarası == Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Karst yaylası
Karst yaylası (rus. карстoвое плато, ing. -karst plateau) — zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Zirehlənmiş karst
Zirehlənmiş karst (rus. бронированный карст, ing. armoured karst ) — qaya süxurlar altında inkişaf etmiş karst /bazalt, andezit, qumdaşı, əhəngdaşı və s. Zirehlənmiş karst üçün səthdə batıq relyef formaları /qıf, çökəklik/, bəzən də dolanbac mağara yolları səciyyəvidir.
Örtülü karst
Örtülü karst (rus. покрытый карст, ing. covered karst, mantled karst) — karst tipi, karstlaşan süxurların müxtəlif mənşəli kövrək çöküntülərlə örtüldüyü vilayətlərdə inkişaf edir. Elüvi və torpaqla örtülən karstları bəzən Orta Avropa tipli karst adı altında ayırırlar.
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Eleşgird rayonu
Ələşgird (türk. Eleşkirt) — Ağrı ilinin ilçəsi. == Etimologiya == Ələşgird adı köhnə erməni mənbələrində Alaşkert olaraq adı çəkilir. Ancaq erməni mənbələri bu adı, dövrün ilçə mərkəzi olan Topraqqala kəndi üçün istifadə etmişdir. Çünki tarixdə Ələşgird ilçəsi, Urartu qalası ilə əhatə olunmuşdur. Osmanlı mənbələrində, Şəmsəddin Saminin Kamus-ül Alam'ın kitabında, ilçə mərkəzini Alaşkerd olaraq istifadə edir. Digər tərəfdən bölgədə Axısqa türkləri və azərbaycanlılar yaşayır. Kürdlər, rayon mərkəzini də əhatə edən Zêtka düzənliyini Elajgir adlandırırlar. == Tarixi == İlçəyə bağlı 3 şəhər, 61 kənd və 8 məhəllədən ibarətdir. 1926-cı ilə qədər rayon mərkəzinin indi kənd statusu daşıyan Topraqqala tərəfində olduğu deyilir.
Ellər rayonu
Abovyan rayonu (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir. == Tarixi == Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi. 9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir. Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir. 1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur.
Eçmiədzin rayonu
Eçmiədzin rayonu (1945-ci ilədək Vağarşapat rayonu) — Ermənistan SSR və Ermənistan tərkibində 1930–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Ərazisi 379 kv km-dir. Rayon mərkəzi respublika tabeli Üçkilsə (dəyişdirilmiş adı Vağarşapat, Eçmiədzin) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayon mərkəzindən Abaran (Kasax) çayı, Güney Azərbaycanla sərhəddindən isə Araz çayı axır. Qədim xəritələrdə qeyd olunan Kasax çayının adı (Qazax sözündə olduğu kimi) qədim Kaz+as (kas+as) tayfa adı ilə bağlı olub,xəzər-azər tayfaları adı ilə eyni kökdəndir. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan kəndlərdən 52-də sırf azərbaycanlılar yaşayırdılar, lakin Zəngibasar rayonunun tez-tez yaradılıb ləğv edilməsi Üçkilsə rayonu da ərazi dəyişikliyinə məruz qalıb. Eçmiədzin toponiminin qədim türk dilində "Əcdad", "ata", "baba" mənasını verən "eçi" (m- I şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir) və "çöl" mənasını verən "yazı" komponentlərindən ibarət olduğu ehtimal edilir.
Füzuli rayonu
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Füzuli şəhəridir. Birinci Qarabağ müharibəsi'ndə 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır.
Fəlavərcan rayonu
Fəlavərcan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəlavərcan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 232,019 nəfər və 60,613 ailədən ibarət idi.
Fərze rayonu
Fərze rayonu — Əfqanıstanın Kabil vilayətində rayon. == Haqqında == 18.000 nəfər əhalisi var. Kabil vilayətinin ən yaşıl rayonlarından biridir. Mərkəzi Dehnouye Fərze olan bu rayon 1991-ci ildə Mir Baça Kot vilayətindən müstəqil rayon kimi ayrılmışdır. Fərze rayonu 18 kənddən ibarətdir. Əhalinin əsas gəliri əsasən kənd təsərrüfatındandır. İstalif rayonundan cənubda, Güldərə rayonundan şimalda, Kələkan rayonundan qərbdə, Mir Baça kot rayonundan isə qərb və şimal qərbdə yerləşir.
Goranboy rayonu
Goranboy rayonu (əvvəlki adı: Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasında İnzibati-ərazi vahidi. Mərkəzi Goranboy şəhəridir. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km-dir. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. = Ümumi məlumat = Sahəsi 1790 km², əhalisi 107,900 nəfərdir.(01.01.2024). Mərkəzi Goranboy şəhəridir. Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. (ümumilikdə, 87 yaşayış məntəqəsindən 85-də yaşayış var, 2 məntəqədə Gülüstan və Baş Qışlaq kəndlərində yaşayış yoxdur.) = Şəhərlər və iri qəsəbələrin adları = Goranboy rayonunda 2 şəhər (Naftalan istisna), 7 şəhər tipli qəsəbə var. = Kəndləri = Goranboy rayonunda 79 kənd var.
Gorus rayonu
Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Tarixi == Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər.
Gulrıpş rayonu
Gulrıpş bölgəsi (gürcü: გულრიფშის რაიონი, Abxaz: Гәылрыҧшь араион) Gürcüstanın ayrılmış respublikalarından biri olan Abxaziyanın rayonudur. Eyni adlı Gürcüstan bölgəsinə uyğundur. Paytaxtı eyni adlı bir şəhər olan Gulrıpşdır. 2008-ci ilin Avqustunda Kodori Vadisi Döyüşünə qədər, Gulrıpş rayonunun şimal-şərq hissəsi Gürcüstanın nəzarət etdiyi Abxaziyanın bir guşəsi olan Yuxarı Abxaziyanın bir hissəsi idi. Yuxarı Abxaziyada, əksəriyyəti etnik Svanlar (gürcü xalqının bir alt qrupu) olan 19.918 rayon əhalisinin 1.956 -sı yaşayırdı. Onların çoxu döyüşdən əvvəl qaçdı və geri qayıtmadı. Abxaziyanın əsas hava limanı olan Suxumi Dranda Hava Limanı da Gulrıpş rayonunda yerləşir. == İdarəetmə == Adqur Xarazia, 2001 -ci ilin Mart ayında rayonda keçirilən yerli seçkilərdən sonra 10 May 2001 -ci ildə yenidən İdarə Başçısı təyin edildi. 18 dekabr 2002 -ci ildə Prezident Ardzinba, Xaraziyanı İdarə Başçısı olaraq azad etdi və onu Kənd Təsərrüfatı və Ərzaq Naziri təyin etdi. 16 iyun 2003 -cü ildə Prezident Ardzinba Tamaz Qoqiayı İdarə rəisi təyin etdi.
Gədəbəy rayonu
Gədəbəy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Gədəbəy şəhəridir. == Tarixi == Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855–1856-cı illərdə yerli sahibkarlar tərəfindən Mis əritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyası ərazisində ilk su-elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir.
Hümbətov rayonu
Hümbətov rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 730 km², inzibati mərkəzi Mexelta kəndidir. == Əhalisi == Rayonun əhalisi 22.388 nəfərdir (2015-ci il).
Kabarda rayonu
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi. Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı.
Kadamjay rayonu
Kadamjay rayonu (qırğ. Кадамжай району) — Qırğızıstan Respublikasının Batken vilayətinin üç rayonundan biridir. Rayonun inzibati mərkəzi Batken şəhəridir (2012-ci ilə qədər inzibati mərkəz Pulqon kəndi idi). == Coğrafiya == Qərbdə Özbəkistanın Sox rayon eksklavı və Batken vilayətinin Batken rayonu, şərqində və cənubunda Qırğızıstanın Oş vilayəti, şimalında Özbəkistanın Fərqanə vilayətinin Fərqanə rayonu ilə həmsərhəddir. Bölgə Özbəkistanın Fərqanə vilayətinin Fərqanə rayonuna aid olan Şahimərdan eksklavının ərazisini də əhatə edir. == Tarix == 2 mart 1938-ci ildə Xalmion rayonu olaraq yenidən təşkil edilir. 19 oktyabr 1940-cı ildə rayonun adı Frunzen rayonu olaraq adlandırılır. 26 noyabr 1959-cu ildə ləğv edilmiş Üç-Korgon rayonu ərazisinin bir hissəsi Kadamay rayonuna birləşdirildi. 1992-ci ildə isə rayonun adı müasir adını alır. == Əhali == Qırğızıstanda aparılan 2009-cu il siyahıyaalınmasına görə, qırğızlar rayonun 157.597 sakinindən 116.312 nəfərini (ya da 73.8%), taciklər 19.448 nəfərni və ya 12.3%-ni, özbəklər - 19.163 nəfər və ya 12.2%, ruslar - 1239 nəfər və ya 0.8% , Türklər - 318 nəfər və ya% 0,2, tatarlar - 245 nəfər və ya% 0,2, hemşillər - 232 nəfər və ya % 0,2-ni təşkil edir.
Kalinino rayonu
Vorontsovka rayonu, Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır. Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır.
Kalininski rayonu
Kalininski rayonu (rus. Калининский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kalininskaya kəndidir. == Coğrafiyası == Krasnodar diyarının şimal-qərb hissəsində yerləşir. Rayonun şərqində Timaşevski rayonu, cənubunda — Dinski və Krasnoarmeyski rayonları, uzaq qərbində Slavyanski, şimalında — Primorsko-Axtarski rayonları yerləşir. Rayonun sahəsi 151 605 ha-dır. Sərhədlərin ümumi uzunluğu 300 kilometrdir. === Relyef === Rayon ərazisinin relyefi düzəndir, Kuban-Priazov ovalığı ilə məhdudlaşmışdır. Şərq və şimali-şərqdə şumlanmış qaratorpaq çölləri geniş ərazi tutur. == Əhali == Əhalinin ümumi sayı — 50,370 nəf.
Kaltasin rayonu
Kaltasin rayonu (başq. Ҡалтасы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Kaltası kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1564 km² təşkil edir. Ərazisi şimaldan cənuba 47 km, şərqdən qərbə 63 km məsafədə uzanır. Şimalda Yanaul, şərqdə Buraev, cənubda Dyurtyurlin, qərbdə Krasnokamski rayonu ilə sərhədlənir. İqlimi kontinental, isti və bir az quraqdır. Ərazisində əsasən boz meşə torpaqları geniş sahə tutur. İynə və geniş yarpaqlı meşələr ərazisinin 33,6 % tutur.