KARST YAYLASI

zəyif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimalqərbində Karst yaylası). карстoвое плато karst plateau
KARST UÇURUMU
KARSTLAŞMIŞ SÜXURLAR
OBASTAN VİKİ
Karst yaylası
Karst yaylası (rus. карстoвое плато, ing. -karst plateau) — zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Karst
Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi. Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. == Dünyada ən böyük karst mağarası == Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Zirehlənmiş karst
Zirehlənmiş karst (rus. бронированный карст, ing. armoured karst ) — qaya süxurlar altında inkişaf etmiş karst /bazalt, andezit, qumdaşı, əhəngdaşı və s. Zirehlənmiş karst üçün səthdə batıq relyef formaları /qıf, çökəklik/, bəzən də dolanbac mağara yolları səciyyəvidir.
Örtülü karst
Örtülü karst (rus. покрытый карст, ing. covered karst, mantled karst) — karst tipi, karstlaşan süxurların müxtəlif mənşəli kövrək çöküntülərlə örtüldüyü vilayətlərdə inkişaf edir. Elüvi və torpaqla örtülən karstları bəzən Orta Avropa tipli karst adı altında ayırırlar.
Jexe yaylası
Jexe yaylası və ya Lyoss yaylası — Çində yayla. == Ümumi məlumat == Lyoss yaylası lyoss təpələrdən ibarətdir, şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə isə səhralarla əhatə olunur. Yaylanın çox hissəsi qalınlığı 150 futla 600 fut arasında olan qalın lyoss qatı ilə örtülmüşdür. Lyoss, təbəqələşməmiş, bircinsli xırda dənəvər olmaqla, əhəng daşı qalıqları çöküntüsündən ibarət olan açıq-sarı rəngli dağ süxurudur. Şaquli yamacları saxlamağa qadirdir və rütubət qəbul etdikdə çöküntü verir. Su qovşaqlarındakı vadilərdə və yamaclarda torpaq təbəqəsi bir neçə metrdən 100–200 metrə çatır. Ona görə də lyossda münbit torpaq əmələ gəlir. Çində lyoss küləyin Asiya səhralarından gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır. Lyoss torpaqlar xüsusən daha çox su eroziyasına məruz qalır. Ölkənin bütün ərazisinin 1/6-i eroziyadan əziyyət çəkir, lakin əsas torpağı lyoss olan Huan Ho çayının orta axınındakı rayonlarda bu proses daha güclüdür.
Kimberli yaylası
Kimberli yaylası—Avstraliyanın şimal-qərbində yerləşən yayla. Hündür nöqtəsi - Ard dağı (9363963637444427m). == Ümumi məlumat == Kimberli yaylası Avstraliyanın şimalında yerləşir. Bu, qurunun kanyonlarla parçalanmış, şəlalələrlə, yarımsəhra və yağışlı meşələrlə zəngin olan, demək olar ki, düzgün kvadrat formalı ərazidir. Arxeoloji tədqiqatlar sübut edir ki, insanlar burada hələ 18 min il bundan əvvəl yaşamışlar, lakin bu ərazidə əhalinin sıxlığı heç vaxt yüksək olmamışdır. Kimberli yaylasında yerləşən Banql-Banql silsiləsinin ərazisi Purnululu parkı tərəfindən mühafizə olunur. Ölkənin bu ərazisi Avstraliya əhalisinə təxminən XX əsrin 80-ci illərinə qədər demək olar ki, məlum deyildi. Milli park ərazisində turistlərə bir çox marşrutlar təklif olunur. Yumşaq qumdaşından əmələ gəlmiş və hündürlüyü 250 m olan dağları səyahət etmək üçün xüsusi cığırılar və çayların qurumuş dərələrindən istifadə olunur; Pikkaninni kanyonu boyu 2 günlük səyahət dərin, su ilə doldurulmuş quyu və müxtəlif qaya törəmələri boyunca davam edir. Kimberli ərazisinin bir hissəsi 350 mln.
Qarabağ yaylası
Qarabağ vulkanik yaylası (erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir. Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Burada əhali əsasən heyvandarlığın maldarlıq və qoyunçuluq sahələri ilə məşğul olurlar.
Qviana yaylası
Qviana yaylası (isp. Escudo de Guayana) — uzunluğu təxminən 1 930 km, hündürlüyü 300–1000 m olan və Cənubi Amerikanın şimalında yerləşən dağlıq yaylası. Amazon və Orinoko çaylarının hövzələri arasındadı. Yayla Venesuela, Qayana, Surinam, Qviana və Braziliya kimi ölkələrin ərazisində yerləşir. Venesuela, Braziliya və Qayananın sərhədində yerləşən ən hündür zirvəsi Rorayma dağı (hündürlüyü 2 810 metrdir) yaylanın ən yüksək hissəsini formalaşdırır. Subekvatorial iqlim qurşağına daxildir. Geoloji olaraq yayla kriptozoy dövrünün suxurlarından ibarət olan qalxandır. O, geologiya cəhətdən köhnə olmayan qumdaşıları və lava qatı ilə örtülmüş qədim kristallik qayaların geniş platolarından formalaşıb. Plato yüz metrə çatan pilləli böyük pilləkən şəklində qalxır. Yağıntı ilə qidalanan çoxsaylı çaylar yaylalarda başlayır və onun vilayətlərində axaraq, dərin kanyonlar və gözəl şəlalələr yaradır.
Rokfellerlər yaylası
Rokfellerlər yaylası, (ing. Rockefeller Plateau) Antarktidada Meri Berd Torpağının bir parçası olan buz yaylasıdır. Şireys və Sipl sahillərinin şərqindən Ford, Flud və Executive Committee ərazilərinin cənubuna qədər uzanır. Geniş, buzla örtülü, dəniz səviyyəsindən 1000 metr, bəzi yerlərində isə 1500 metr yüksəklikdədir. == Kəşfi == Rokfellerlər yaylası, 1934-cü ildə, Berd səfəri əsnasında Riçard Berd tərəfindən kəşf edilmiş və kəşf səfərinə maliyə dəstəyi dəstəyi verən Con D. Rokfeller, Jr,-nın adı verilmişdir.
Tibet yaylası
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir. == Geologiyası == Tibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı.
Turqay yaylası
Turqay yaylası— Qazaxıstanın Kostanay vilayətin ərazisində, Cənubi Uralla Muqacarın arasında yayla. == Ümumi məlumat == Ərazinin böyüklüyü, relyefin müxtəlifliyi ölkənin iqliminə güclü təsir edir. Subtropik və mülayim qurşağın kəskin kontinental tiplərinin səciyyəvi olduğu bu ölkədə sutkalıq və illik temperatur amplitudası çox böyükdür. Qış ayları üçün orta temperatur −14, yay üçün isə 26 götürmək olar. Yağıntının illik miqdarı 100 mm-dən (qərb rayonlarında) 300 mm-dək (ölkənin şərqi) dəyişir. Qar örtüyü 20 sm-dən çox olmur. Ölkənin cənubunda yaz əkinləri başlayanda, şimal tərəfdə hələ şaxtalar davam edir.
Vulkan yaylası
Vulkan yaylası (rus. нагорье вулканическое, ing. volcanic highland) — vulkan mərkəzləri sıx və düzgün yerləşməyən yüksəklik. Vulkan yaylası vulkanların akkumulyativ konusları və lava axınları bir- birilə elə qovuşurlar ki, onların fərdliyi demək olar ki, itir.
Xotyutau yaylası
Xotyutau— Elbrus dağından cənub-qərbdə, Kabarda-Balkariyanın ərazisində, Mərkəzi Qafqazda buz qatı ilə örtülmüş yayla. Yayla Baş Qafqaz silsiləsi ilə Yan silsilə arasında yerləşir. Hündürlüyü 3500 metrdir. == Coğrafiyası == Xotyutau Kabarda-Balkariya ilə Qaraçay-Çərkəz Respublikaları sərhədində yerləşir və Kabarda-Balkariyanın ən ucqar qərb nöqtəsi hesab edilir. Yayladan 15 km cənubdan Rusiya və Gürcüstanın dövət sərhədi keçir. Yayla səthinin yarısı düz buz qatı ilə örtülüdür. Qar örtüyü il boyu yaylada qalır. Ancaq yay aylarında nadir hallarda kənar hissələr qardan azad olur. Xotyutau yaylasının qərbində Xotyutau silsiləsi, cənub-şərqdən isə Azaubaşi zirvəsinin tirəsi yerləşir. Bu tirədən asanlıqla qarlı Exo Voynı aşırımını görmək mümkündür.
Zəlyə yaylası
Zəlyə yaylası (gürc. წალკის ქვაბული) — Gürcüstanın mərkəzində, Anaxatır çayının başında yerləşən vulkan platosu. Ərazisi təxminən Tsalka bələdiyyəsi və ona həmsərhəd olan Borjomi bələdiyyəsinin bir qismi ilə eynidir. Cavaxeti yaylasının tərkib hissəsidir. Zəlyə yaylası dəniz səviyyəsindən 1,500—1,700 metr hündürlükdə yerləşir və 398,3 kvadrat kilometr sahə əhatə edir. Yüksəklidə yerləşən ərazi əsasən otlaq çəmənlərdən, aşağı hissəsi isə kənd təsərrüfatı sahələrindən ibarətdir. İlboyu orta hərarət 5,9 dərəcədir (yanvarda 4,8 dərəcə, iyulda 16 dərəcə). İllik yağıntı səviyyəsi 740 millimetrdir. Yaylanın mərkəzində Zəlyə su anbarı yerləşir. Neolit dövründən tunc dövrünün ortalarına (təxminən e.ə.
Çanbayşan yaylası
Çanbayşan (çin. ənən. 長白山地, sadə. 长白山地) və ya Çanpeksan (kor. 장백산맥) — Çin və Şimali Koreya ərazilərində, Mançuriya–Koreya dağlarında vulkanik yayla. Bazaltlardan təşkil olunmuşdur. Çay dərələri ilə kəskin parçalanmışdır. Hündürlüyü 1,000–2,000 metrdir. Ən hündür nöqtəsi 2,750 metrlik Baytouşan vulkanıdır. İynəyarpaqlı meşələr, sidr cəngəllikləri var.
Çanpeksan yaylası
Çanbayşan (çin. ənən. 長白山地, sadə. 长白山地) və ya Çanpeksan (kor. 장백산맥) — Çin və Şimali Koreya ərazilərində, Mançuriya–Koreya dağlarında vulkanik yayla. Bazaltlardan təşkil olunmuşdur. Çay dərələri ilə kəskin parçalanmışdır. Hündürlüyü 1,000–2,000 metrdir. Ən hündür nöqtəsi 2,750 metrlik Baytouşan vulkanıdır. İynəyarpaqlı meşələr, sidr cəngəllikləri var.
Çatırdağ yaylası
Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir. == Geologiya == Massiv klassik kars rayonudur.
İran yaylası
İran yaylası (fars. فلات ایران‎) və ya Fars yaylası — Ön Asiyanın ən böyük və ən geniş yaylası. == Coğrafi mövqeyi == İran yaylası Cənub-qərbi Asiyada yerləşən Ərəbistan və Hindistan yarımadası arasında qalan Avrasiya yaylalarının bir hissəsidir. Qərbdə Zaqros dağları, şimalda Xəzər dənizi və Kopetdağ, cənubda İran körfəzi, Ərəbistan dənizi və şərqdə Hinduquş dağları ilə əhatələnir == Tarixi == Tarixi bir bölgə olaraq yayla Parfiya, Midiya, Əhəmənilər dövlətinin şərq hissələrini, Böyük İranın (müasir İran, İraq, Əfqanıstan və Pakistan ərazilərini əhatə edir) əsas bölgələrini ərazisi daxilinə almışdır. Zaqros dağları yaylanın qərb sərhədlərini formalaşdırmışdır və dağların cənuba doğru olan hissələri də buraya aid edilə bilər. Britaniya ensiklopediyası Xuzistan ovalığını İran yaylasının xaricində saxlayır və Elam dövləti Mesopotamiya ovalığını İran yaylasına bağlayan bölgəni(yəni Xuzistan ovalığını)əhatə edir deyə qeyd etmişdir.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Ərmən yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Önqafqaz yaylası
Önqafqaz yaylası — Önqafqazda dağlıq ölkə. Buraya Kiçik Qafqazın qırışıqlı silsilələri, Ermənistan yaylasının şimal hissəsi və Arazın orta axarının hövzəsi daxildir. Coğrafi ədəbiyyatda Önqafqaz dağlarının Gürcüstan daxilində yerləşən hissəsini təyin etmək üçün Cənubi Gürcüstan yaylası ifadəsi istifadə olunur.