KAS

матовый, неглянцевый
KARVANSARAÇI
KASA
OBASTAN VİKİ
Karmen Kas
Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978, Tallin) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir. Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi. Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur. 14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
Kas çayı
Kas çayı (Yenisey) — Yeniseyin qolu. Kas çayı (Qafqaz) — Qafqaz Albaniyasında çay. Qusarçay olması güman edilir.
Kas çayı (Qafqaz)
Qusarçay — Qusar, Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Uzunluğu 108 km,hövzəsinin sahəsi 799 km²-dir. Başlanğıcını Bazardüzü dağından (3780 m) alır. Başlıca qolları, soldan Şahnabat (uzunluğu 12 km), sağdan isə Sixur (uzunluğu 14 km) çaylarıdır. Çayın illik axımının 7%-i yağış, 64%-i qar, 29%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 7,70 kub m/san-dir. Axımın 19%-i yazda, 56%-i yayda, 18%-i payızda, 7%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 5,44 kq/san, lillənməsi isə 700 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150–300 mq/l minerallaşmaya malikdir. Qusarçayın üzərində Qusar, Xuray, Ənik və Güzün HES -ləri tikilmişdir.
Kas çayı (Yenisey)
Kas çayı — Yenisey çayının sol qolu. Kas çayı- Şərqi Sibirdə Krasnayarsk əyalətinin çayı olub, 1817 km yüksəklikdən Yenisey çayına tökülür. Qərbi Sibir düzənliyinin şərqindən axır. Çayın uzunluğu 464 km-dir. Hövzəsinin sahəsi isı 11200 кm²-dir. İllik su sərfi isə 53 m³/san-dir.
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
Donika Kastrioti
Donika Kastrioti kimi də tanınan Andronika Arianiti (alb. Andronika Arianiti; 1428, Kanina[d] – 1506, İspaniya) — alban zadəgan qadını və alban lideri İskəndər bəyin (Georgi Kastrioti doğum adıdır) həyat yoldaşı. O, Osmanlılara qarşı davam edən üsyanın öncəki lideri Georgi Arianitinin qızı idi. Donika 1428-ci ildə Kaninada anadan olub. Onun atası Georgi Arianiti Arianiti ailəsinin üzvü idi, onun ərazisi Şkumbin vadisi və köhnə Via Egnatia yolu boyunca uzanaraq indiki Bitolanın şərqinə qədər uzanırdı. Anası Mariya Muzaka Myzeçe bölgəsinə hökmranlıq edən Muzaka ailəsinin üzvü idi. Qaeta müqaviləsindən bir ay sonra, 21 aprel 1451-ci ildə İskəndər bəy Donika ilə evləndi və beləliklə, indiki Albaniyanın cənub-qərbində yerləşən Luşnya şəhərindəki Şərqi Pravoslav Ardenika Monastırında Arianiti ailəsi ilə əlaqələri gücləndirdi. Daha sonra bacısı Angelina serb hökmdarı Stefan Brankoviç ilə evləndi. O, Serb Pravoslav Kilsəsində müqəddəs kimi hörmətlə qarşılanır. Osmanlının Albaniyanı fəth etməsindən sonra Kastriotilərə Neapol Krallığında torpaq verildi.
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Echinops kasakorum
Echinops kasakorum (lat. Echinops kasakorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Emilia kasaiensis
Emilia kasaiensis (lat. Emilia kasaiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Emmanuel Dreyk del Kastillo
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Ensizyarpaq kassiya
Fazil Kassam
Fazil Kassam (5 avqust 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. Fazil Kassam Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır. Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
Friedrich Kasimir Medikus
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Gilyen de Kastro
Gilyen de Kastro (isp. D. Guillén de Castro y Bellvís, 1569—1631) — İspaniya dramaturqu. Lope de Veqa dramaturgiyasının humanist ənənələri ilə bağlı olan dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid haqqında dramatik xronikası ilə məşhurdur. Həmin xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur. Kornel ispan dramaturqunun əsərindən faydalansa da, məzmun və formaca yeni bir əsər yaratmışdır. Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin süjetini xalq romanslarından almışdır.
Gunnm: Kasei Senki
Battle Angel Alita: Mars Chronicle (azərb. Döyüş mələyi Alita: Mars xronikası‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm: Kasei Senki (銃夢火星戦記, azərb. Silah yuxusu: Mars müharibə xronikaları‎) – Yukito Kişiro tərəfindən yazılan və çəkilən manqa seriyası. "Battle Angel Alita" manqa seriyasının davamıdır. "Battle Angel Alita: Last Order" manqasının sikveli olan bu manqa "Battle Angel Alita" franşizinin son hissəsidir. Manqada hadisələr Yoko (Alita) və Erikanın Qelda tərəfindən mina ərazisindən xilas edilməsi ilə başlayır. Daha sonra süjet indiki vaxta çəkilir: Alita ZOTT-dan bir neçə il sonra əvvəllər yaşadığı yerdəki yetimxananı ziyarət etmək üçün Marsa yollanır. O, burada Erika ilə tanış olur və dərhal Mars güc mübarizəsinə daxil olur. Süjet xətti yenə Yuko və Erikanın uşaqlıqlarına qayıdır. İkisi yollarını ayırır və Erikanın Marsda gizli xəzinə axtaran Baron Muster adlı cinayətkarla olan macəralarından bəhs edilir.
Göyçə-Zəngi kaskadı
Göycə-Zəngi kaskadı — Ermənistan (Qərbi Azərbaycan) ərazisindən axan Zəngiçay üzərində yerləşən kaskad SES. Kaskad 8 SES ibarətdir. Bunlardan altısı Razdan çayı üzərində, ikisi isə Artaşat irriqasiya kanalı üzərində yerləşir. Bəzi mənbələrdə Göl SES adlanır. Kaskadın ən əhəmiyyətli SES-dır. Stansiya 34,2 МVt güçə hesablansada, faktiki isə 24 МVt güçə malikdir. Tikintisinə 1940 ildə başlansada, yalnız tikinti İkinci Dünya müharibəsindən sonra başa çatdırılmışdır. Yeraltı qurğulara sahibdir. Əvvəllər Atarbekyan SES adlanırdı. Ardıcıllığına görə ikincidir. Güçü 81,6 МVt-dır.
Harpactes kasumba
Harpactes kasumba (lat. Harpactes kasumba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
Harri Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002) Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur. 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi. 1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
Herst-kasl
Herst-kasl - Kaliforniyanın Sakit okean sahilində Los-Anceles və San-Fransisko şəhərlərinə gedən yolda yerləşən milli tarixi abidə. Bu tikili 1951-ci ildə dünyasını dəyişmiş mediamaqnat Vilyam Rendolf Herstin malikanəsi olmuş və 1919-1947-ci illərdə memar Culiya Morqan tərəfindən dizayn edilmişdir. 1954-cü ildə Kaliforniya Dövlət Parkına çevrilmişdir. Bura 1958-ci ildə ziyarətçilərin baş çəkməsi üçün açıq elan edilmişdir. Həmin vaxtdan etibarən San-Simeonda yerləşən incəsənət və antikvariat kolleksiyası ilə zəngin olan Herstin malikanəsi ictimai turlar üçün açıq elan edilmişdir. Şəhərin mərkəzində uzaqlıqda yerləşməsinə baxmayaraq, bura "hər il milyonlarla turist" axını gəlir. Herst malikanəni rəsmi olaraq "La Cuesta Encantada" ("Valehedici təpə") adlandırsa da, adətən "ranço" adlandırırdı. Herst-kasl və ətraf ərazilər bəzən Herstin mülkü ilə ətraf ərazilər arasındakı sərhədi nəzərə almadan "San Simeon" adlandırılır. 1920 - 1930-cu illərdə Herst-kasla qonaq kimi dəvət olunmaq arzuolunan yerlərdən biri kimi hiss olunurdu. Hollivud və siyasi elitanın üzvləri bura tez-tez baş çəkərdi.
III Henri (Kastiliya kralı)
Kastiliyalı III Henri və ya Yaslı Henri (isp. Enrique el Doliente) (4 oktyabr 1379, Burqos, Kastiliya və Leon – 25 dekabr 1406, Toledo) – Kastiliya kralı. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ən böyük oğlu idi və atasının vəfatının ardından Kastiliya kralı olmuşdur. Henri 1379-cu ildə Burqos şəhərində dünyaya gəldi. Yenicə Kastiliya kralı olan I Conun və xanımı Araqonlu Eleonoranın ilk övladı idi. Gələcəkdə Araqon taxtına oturan kiçik qardaşı Ferdinandla birlikdə böyüdü. Uşaqlıq illəri kralın yaxın adamlarından Don Ninonun xanımı İnes la Veqanın himayəsində keçdi. Dövrün önəmli din adamlarından dərslər aldı və gələcəkdə Sevilya yepiskopu olan Dieqo Maldonado onun dini təhsilindən məsul idi. Doğumundan qısa zaman sonra Portuqaliya taxtının varisi Beatrislə evlənməsinə qərar verildi. Bu evlilik uzun zamandır davam edən Portuqaliya-Kastiliya müharibəsinə son vermək məqsədilə planlaşdırılmışdı ancaq baş tutmadı.
II Con (Kastiliya kralı)
Kastiliyalı II Con (isp. Juan II) (6 mart 1405 – 21 iyul 1454, Valyadolid) – Kastiliya kralı. Kastiliya kralı III Henri və xanımı Lankasterli Yekaterinain ən kiçik övladı idi və atasının ölümünün ardından hələ 1 yaşında ikən Kastiliya kralı elan edildi. Əmisi Araqon kralı I Ferdinand və anası isə taxt naibi oldular. 1416-cı ildə əmisinin, 2 il sonra isə anasının vəfatı ilə təkbaşına hakimiyyəti ələ aldı. II Conun 48 il davam edən səltənəti Kastiliya tarixinin ən uzun dönəmlərindən biridir. Bununla yanaşı, o, tarixdə güclü monarx olaraq tanınmadı. Belə ki, günlərini ibadətlə, ov əyləncələri və cəngavər yarışları tərtibləməklə keçirirdi. Ən yaxın adamı olan Alvaro Luna, kralın ikinci xanımı Portuqaliyalı İzabellanın sarayda güc qazandığı dönəmə qədər onu təsiri altında saxlayırdı. Kraliçanın da hazırladığı intriqalarla Alvaro Luna kral tərəfindən edam edildi və ömrünün sonuna qədər bu səbəblə özünü günahlandırdı.
II Henri (Kastiliya kralı)
II Henri (isp. Enrique II) və ya Qardaş qatili Henri (isp. Enrique el Fratricida) (13 yanvar 1334, Sevilya – 29 may 1379) — Trastamar sülaləsinə mənsub ilk Kastiliya və Leon kralı. Saysız üsyan və döyüşlərin ardından 1369-cu ildə ögey qardaşı Zalım Pyotru qətlə yetirərək taxta çıxdı. Don Henri Kastiliya kralı XI Alfonsonun məşuqəsi Eleonora Quzmandan doğulan 10 övladından dördüncüsü idi. Anası Leon kralı IX Alfonsonun nigahdan kənar şəcərəsindən idi. Üstəlik o və əkiz qardaşı Fadriki Alfonso cütlüyün yetkinlik yaşına çatan ən böyük oğlanları idi. Doğulduqdan sonra yerli əsilzadələrdən Rodriqo Alvarez tərəfindən övladlıq alınsa da, atalığı bir il sonra vəfat etdi. Daha sonra atası tərəfindən bir çox mülk hədiyyə edildi və Trastamar qrafı təyin olundu. Beləcə, Trastamar sülaləsinin əsası qoyulmuş oldu.
IV Henri (Kastiliya kralı)
Kastiliyalı IV Henri (isp. Enrique IV) (5 yanvar 1425 – 11 dekabr 1474, Madrid, Madrid vilayəti[d]) – Kastiliya kralı. Kastiliya kralı II Con və ilk xanımı Araqonlu Mariyanın ən böyük oğlu idi və atasının ölümünün ardından Kastiliya kralı elan edildi. Onun səltənətində yerli əsilzadələr gücləndi və mərkəzi hakimiyyət zəiflədi. Henri 1425-ci ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya kralı II Con, anası isə Araqon kralı I Ferdinandın qızı Mariya idi. Dünyaya gəldikdən sonra "Asturiya şahzadəsi" ünvanı böyük bacısı Elyanoradan alınaraq ona verildi və atasının varisi olaraq elan edildi. Doğulduğu əsnada ölkənin idarəsi atasının yaxın adamı Alvaro Lunanın əlində idi. Kralın yeganə varisi olaraq Henri də Alvaronun himayəsində böyüdü. Ölkədə ayaqlanan zadəganlara qarşı mübarizə aparan Alvaro Luna bu mübarizəsində vəliəhdin gücündən istifadə etdi.
I Con (Kastiliya kralı)
Kastiliyalı I Con (isp. Juan I) (24 avqust 1358 – 9 oktyabr 1390, Alkala-de-Enares[d]) – Kastiliya kralı. Kastiliya kralı II Henri və xanımı Yuanna Manuelin ən böyük oğlu idi. O, rəsmi tacqoyma mərasimi keçirilən son Kastiliya monarxı idi. Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico.
I Filip (Kastiliya kralı)
I Filip və ya Kastiliyalı Filip (fr. Philippe de Castille; 22 iyun 1478, Brügge – 25 sentyabr 1506[…], Burqos, Kastiliya və Leon) — Burqundiya hersoqu və Habsburq ailəsinə mənsub olan ilk Kastiliya kralı. Müqəddəs Roma imperatoru Maksimilian və xanımı Burqonlu Mariyanın oğlu olan Filip hələ 4 yaşında ikən anası vəfat etdi və beləcə 4 yaşlı Filip Burqundiya hersoqu oldu. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın qızı Yuanna ilə evləndi. Bundan başqa razılaşmaya görə Filipin bacısı Marqarita da İspaniya kralının oğlu və varisi Conla evləndi. Nikahdan 4 il sonra xanımı Yuanna qardaşı, böyük bacısı və bacısının kiçik oğlunun vəfatı ilə Kastiliya taxtının varisi oldu. 1504-cü ildə qaynanası Kastiliyalı İzabellanın vəfatı ilə xanımı Yuanna Kastiliya taxtına keçdi və beləcə, Filip Kastiliyanın de-yure kralı oldu. Ancaq bundan 2 il sonra vəfat etdi. Filip İspaniyadakı ilk Habsburq monarxı idi və bu günədək gələn bütün İspaniya krallarının əcdadı hesab olunur. Atasından öncə vəfat etmişdi və bu səbəblə nə Müqəddəs Roma imperatoru ola bildi, nə də onun mientras me la agarraba con 2 manos.
I Pyotr (Kastiliya kralı)
I Pyotr (isp. Pedro I) və ya Zalım Pyotr (isp. Pedro el Cruel) (30 avqust 1334, Burqos, Kastiliya və Leon – 23 mart 1369) — Kastiliya və Leon kralı. Din xadimlərinə qarşı etdiyi zülm və işgəncələr səbəbilə Papa V Urban tərəfindən aforoz edildi. Tuchman, Barbara Wertheim (1978), A distant mirror: the calamitous 14th century, Random House Taylor, Nathaniel Lane (2004). "The Literary Heritage of Sancha de Ayala". nltaylor.net. Mérimée, Prosper (1849). The History of Peter the Cruel, King of Castile and Leon. London: R. Bentley Dillon, John Talbot (1788).

Digər lüğətlərdə