Katarxey
Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki. 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir. Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi. Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi. Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.
== Süxurlar ==
20-ci əsrin son onilliklərində geoloqlar Qərbi Qrenlandiyadan, Kanadanın şimal-qərbindən və Qərbi Avstraliyadan Katerxeyə məxsus bir neçə süxur qalığı aşkarladılar. 2015-ci ildə Qərbi Avstraliyada 4,1 milyard illik qayalıqlarda "biotik həyat qalıqları" olaraq təsnif edilən karbon minerallarının izləri tapıldı.
== Atmosfer və okeanlar ==
Yer kürəsini meydana gətirən materialda çox miqdarda su vardı.