KATOLİKOS

gürcü və erməni kilsələri başçısının titulu.
KATOLİKLİK
KATOLİSİZM
OBASTAN VİKİ
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Abbas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Anastas
Katolikos Anastas — Albaniyanın XXII katolikosu.
Katolikos Arakel
Katolikos Arakel - Albanların LXXII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Bezgen
Katolikos Bezgen — Albanların LIII katolikosu. == Katolikosluğu == Katolikos II Qriqorisdən sonra katolikosluq taxtı bir neçə il yenə boş qalmış, keşişlər dağ və mağaralarda gizlənməyə məcbur olmuşdu. Bu vaxt artıq katolikosluq mərkəzi Gəncədən Çərəktarda yerləşən Çərəktar monastırına köçürülmüşdü. Bezgen bu dönəmlərdə katolikos olmuş, daha sonra dini rütbələrdən əl çəkərək evlənmiş və uşaqları da olmuşdu. == Anti-katolikosluğu == Katolikos III Stepannosun dövründə bir müddət Gəncə əhalisi tərəfindən anti-katolikos elan olunmuşdu.
Katolikos Esaya
Katolikos Esaya yaxud Yesai, Yesaya (bilinmir – 1728) — Albanların LXXXIX katolikosu, tarixçi. == Katolikosluğu == Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğu və Şamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.
Katolikos Filipp
Katolikos Filipp - Albanların LXXIX katolikosu. == Katolikosluğu == Katolikos IX Davudun kiçik yepiskopu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Fyodor
Katolikos Fyodor — Albaniyanın XXX katolikosu. Girdiman yepiskopluğundan seçilmişdi.
Katolikos Harun
Katolikos Harun — Albaniyanın XXVIII katolikosu.
Katolikos İyeremiya
Katolikos İyeremiya — alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 12-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir. Alban çarı Yesuagenin hakimiyyəti dövründə katolikosluq edib.
Katolikos
Katolikos — Qədim yunan sözüdür və kilsə başçısının tituludur. Əsasən Şərq kilsə ənənələrində mövcud olmuşdur. Şərq Kilsəsi, bəzi Şərq Ortodoks, Şərqi Pravoslav və Şərqi Katolik kilsələri tarixən bu addan istifadə edirlər.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Katolikos Melkiset
Katolikos Melkiset Araşetsi - Albanların LXXXII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Katolikos Nerses
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Katolikos Pand
Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos. Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur. Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir. Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.
Katolikos Petros
Katolikos Petros — Albanların XXXXIV katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir.
Katolikos Qagik
Katolikos Qagik — Albanların XXXXI katolikosu. == Katolikosluğu == Katolikos Sahaqdan sonra taxta çıxıb və on dörd il taxtda oturub. Katolikos Qagik Girdiman yepiskopluğundan seçilmişdi. Sünik mitropoliti Yaqubu dəstəkləməyə davam edirdi və Erməni Qriqorian Kilsəsindən ayrılmaq siyasəti aparırdı. 958-ci ildə katolikos I Ananiyanı Bərdəkürə dəvət etdi. Qaqik Albaniyanın müstəqil kilsəyə sahib olması fikrini dəstəkləmək üçün Movses Kalankatlının Albaniya tarixi kitabını sitat gətirərək Albaniya katolikosluğuna adından seçildiyini dedi. Ananiya isə buna etiraz edərək özünün katolikos, Qagikin isə baş yepiskop olduğunu xatırlatdı. Daha sonra Ananiya albanlarla barışdı.
Katolikos Qriqoris
Katolikos II Qriqoris — Albanların LII katolikosu. Əsl adı Gagik idi. Atasının adı Georgi babasının adı isə Karapet idi. Onun katolikosluğu dövründə Albaniya ardıcıl müharibələrə qərq olmuşdu. Onun dövründə kilsə mərkəzi artıq Bərdə yox Gəncə idi. == Katolikosluğu == 1131–1139-cu illərdə Alban Həvari Kilsəsi katolikossuz qaldıqdan sonra o, 1139-cu il 11 iyunda kürsüyə qalxıb və 1155-ci ilə kimi 16 il müddətində kürsüdə oturub. == Hakimiyyətə gəlməsi == Mxitar Qoş isə onun katolikosluq kürsüsünə çıxması ilə bağlı maraqlı faktlar qeyd edir. O, yazır: …8 il keçdikdən sonra, daha doğrusu erməni təqviminin 588-ci ilində (15 fevral 1139 – 14 fevral 1140) Ərməniyyə katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan Ərzurum yepiskopu Sahak — məşhur David vardapetin (Alavik Gəncəlinin oğlu Davud — "Nəsihətverici Qaydalar" əsərinin müəllifi. Erməni tarixçisi N. Emin həmin əsəri "diqqətə layiq olmayan", "dəyərsiz" adlandırır.) şagirdi, ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları ilə birlikdə Ərməniyyədən Albaniya ölkəsinə gəldi. İndi müqəddəs ata Sahak bu Albaniya ölkəsinə gəldikdə hamını Tovuz adlanan qalada topladı.
Katolikos Sahak
Sahak (erm. Սահակ, Qafqaz albanlarının dili𐔼𐕚𐔰𐕄) - Mxitar Qoşun katolikoslar siyahısında adı 4-cü yerdə çəkilən katolikos. Həyatı və katolikosluq illəri bəlli olmasa da Kirakos Gəncəlinin verdiyi məlumata əsasən ondan öncə gəlmiş Matteosla birlikdə hesablandıqda 5 il hakimiyyətdə olmuşdur.
Katolikos Sahaq
Katolikos Sahaq — Albanların XXXX katolikosu. == Katolikosluğu == Katolikos V Davuddan sonra taxta çıxıb və on səkkiz il taxtda oturub. Böyük Kolmank yepiskopluğundan seçilib. Onun dövründə xalkedonçuluğa meyl başlamışdı. Sünik mitropoliti Yaqub tərəfindən başladılan Erməni Qriqorian Kilsəsindən ayrılma hərəkatını Sahaq da dəstəkləyirdi.
Katolikos Samuel
Katolikos Samuel — Albanların XXXVI katolikosu. == Katolikosluğu == Katolikos I Yovsepdən sonra kürsüyə qalxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Samuel də sələfi kimi Böyük Kolmank yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir: O, katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorqinin (Katolikos II Georgi) köməyi ilə devrilmiş, sonra isə Dvində yenidən təyin edilmişdi. Onun dövründə erməni Katolikos II Georgi Məhəmməd ibn Əbil-Sac tərəfindən həbs olunmuş və Paytakaranda buraxılmışdı.
Katolikos Sukias
Katolikos Sukias — Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Aristakes
Katolikos III Aristakes - Albanların LXXXI katolikosu. == Katolikosluğu == Kolatağ kəndindən idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Davud
Katolikos III Davud - Albaniyanın XXV katolikosu. Katolikos II Davuddan sonra kürsüyə qalxıb və doqquz il kürsüdə oturub. Katolikos III Davud Böyük Kolmank kilsə dairəsindən seçilmişdir.
Katolikos III Matteos
Katolikos III Matteos — albanların sayca LXIV katolikosu. == Katolikosluğu == Katolikos VII İohannesdən sonra taxta çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Moisey
Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu. == Katolikosluğu == Yarım il katolikos olmuşdur.
Katolikos III Petros
Katolikos III Petros - Albanların LXXVII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Qriqoris
Katolikos III Qriqoris - Albanların LXVI katolikosu. == Katolikosluğu == Katolikos II Anastasdan sonra taxta çıxmışdır. Hakimiyyət illəri dəqiq deyil Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Simeon
Katolikos III Simeon - Albanların LXXI katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Stepannos
Katolikos III Stepannos - Albanların LIV katolikosu. 20 il hakimiyyətdə qalmışdır. == Katolikosluğu == Katolikos Bezgendən sonra kürsüyə gəlmişdi. Onun sufraqan keşişi Serkavak bir dəfə Gəncəyə ianə toplamağa gedərkən əmir Bədrəddin onu görmüş və katolikos haqqında öyrənmiş və onu Gəncəyə dəvət etmişdi. Katolikos isə bunu eşidərkən sevinmişdi, çünki indiyəcən heç bir müsəlman əmiri bir katolikosu dəvət etməmişdi. Katolikos və keşişlər şəhərdə gəzərkən əhali əsəbləşmiş, İsfahana şikayət yazandan sonra katolikos və əmiri həbs etmişdilər. Əmir İsfahana qovulandan sonra Stepannos da qızıl və gümüşləri müsadirə olunandan sonra Xaçına göndərilmişdi. == Son günləri və ölümü == Gəncə hadisəsindən sonra bir daha ora getməyə cürət etməyən katolikosdan bezən əhali keçmiş Katolikos Bezgeni anti-katolikos elan edərək yenidən kürsünü ona verdilər. Stepannos isə Bezgeni lənətləri və dindən çıxdığını dedi. Həyatının sonunadək daim yer dəyişmiş və Herg qəsəbəsində ölmüşdü.
Katolikos III Yovsep
Katolikos III Yovsep — Albanların XXXXVII katolikosu. == Katolikosluğu == Katolikos I Markosdan sonra kürsüyə çıxıb. === Ani qurultayı === 1036-cı ildə Ani knyazı III İohannes Smbat erməni katolikosu Petrosu katolikosluqdan çıxarıb yerinə Deoskoros adlı birini katolikos təyin edəndə kilsə xadimləri buna etiraz etdilər və 1038-ci ildə Anidə knyazı və yeni katolikosu lənətlədilər. Aparılan kilsə iclasına Yovsep rəhbərlik edirdi. Knyaz üzr istədikdən sonra yeni katolikos yenidən keşiş oldu və knyaz da bağışlandı.
Katolikos III Zəkəriyyə
Katolikos III Zəkəriyyə - Albanların LX katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III İohann
Katolikos III İohannes — Albaniyanın XXXII katolikosu. == Katolikosluğu == Katolikos Salomondan sonra kürsüyə keçmiş və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos III İohannesin dövründə Alban Həvari Kilsəsinin mərkəzi Bərdədən Tərtər çayının sahilində yerləşən Bərdəkürə köçürülmüşdür.
Katolikos III İohannes
Katolikos III İohannes — Albaniyanın XXXII katolikosu. == Katolikosluğu == Katolikos Salomondan sonra kürsüyə keçmiş və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos III İohannesin dövründə Alban Həvari Kilsəsinin mərkəzi Bərdədən Tərtər çayının sahilində yerləşən Bərdəkürə köçürülmüşdür.
Katolikos II Anastas
Katolikos II Anastas - Albanların LXV katolikosu. == Katolikosluğu == Katolikos III Matteosdan sonra taxta çıxmışdır. Hakimiyyət illəri dəqiq deyil Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Aristakes
Katolikos II Aristakes - Albanların LXXIV katolikosu. == Katolikosluğu == Cəmi bir il bu kürsüdə qalmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Davud
Katolikos II Davud — Albaniyanın XXIV katolikosu. Sələfi Katolikos Yusif kimi o da, Amaras yepiskopluğundan seçilmişdir. Katolikos II Davud dörd il kürsüdə oturub. Moisey Kalankatlı onun haqqında yazır: "O, kilsənin torpaqlarını və var-dövlətini dağıtdı və canilərin ona verdiyi zəhəri içib öldü." Lakin burada konkret nədən bəhs edildiyi aydınlaşdırılmamış olaraq qalır.

Digər lüğətlərdə