katolikosluq
katon 2021
OBASTAN VİKİ
Katolisizm
Katoliklik və ya Katolisizm(ing. Catholicism) — Xristian dininin bir cərayanı. Dini cərəyanın teologiya və doktrinalarını, onun mərasim, əxlaqi, mənəvi və davranış xüsusiyyətlərini, bütövlükdə həmin dinin mahiyyətini əhatə edir == Tarixi == Katolisizm ümumdünya miqyasında mərkəzləşdirilmiş, ciddi təşkilat strukturuna malik xristianlıq formasıdır. Onun beynəlxalq mərkəzi Roma şəhərinin daxilində yerləşən Vatikan dövlətidir. Əsrlər boyu müstəqilliyə can atan və Qərbi Avropada siyasi əhəmiyyət kəsb edən katolik kilsəsi 1929-cu ildə İtaliya dövləti ilə razılaşmaya əsasən dini siyasi qurum kimi, katolik dini mərkəzi kimi formalaşdı. Vatikan dövlətinin mütləq hakimi katolik kilsəsinin başçısı Papadır. == Cəhətləri == Xristianlığa xas olan ümumi əlamətlər: ilahi üçlüyə (Allah –ata, Allah-oğul, Allah-müqəddəs ruh) yəni dünyanın yaradıcısına, dünyadakı günahları öz boynuna götürənə və dünyanı ruhlandırana habelə incilin və onun rəvayətlərinin həqiqiliyinə inamla yanaşı katolisizmin aşağıda göstərilən cəhətləri vardır: Katolisizm müqəddəs ruhun həm ata Allahdan həm də oğul Allahdan doğulduğunu qəbul edir, pravoslavlıq isə müqəddəs ruhun yalnız ata Allahdan doğulduğunu bildirir. Bu fərq ən barışmaz və əsas fərq sayılır. Katolisizm müqəddəslərin Allah qarşısında ən ali xidmətlərini uca tutmağı tövsiyə edir. Pravoslavlıq isə müqəddəslərə münasibət məsələsini kilsələrin ixtiyarına buraxır.
Azərbaycanda katolisizm
Azərbaycanda xristianlıq — Azərbaycan Respublikasının hüdudları daxilində azlıq təşkil edən din. == Tarixi == Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimindən (Qüdsdən) yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvarilərin dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.
Estoniyada katolisizm
Estoniyada katolisizm — Estoniyadakı katolik kilsəsi dünya katolik kilsəsinin bir hissəsidir. 2000-ci il siyahıyaalınmasına əsasən, ölkədə özünü xristianlığın katolik qolunda etiqat etdiyini deyən 5745 nəfər, yəni əhalinin təxminən 0,5%-i vardır. Catholic-hierarchy.org saytı 2008-ci il üçün eyni rəqəmi göstərir. == Tarix == Xristianlıq müasir Estoniya ərazisinə 11-ci əsrdə nüfuz etməyə başlayır, bu həm arxeoloji, həm də yazılı sübutlarla təsdiqlənir. Beləliklə təxminən 1070-ci ildə Bremen arxiyepiskopu estonlar və finlər üçün yepiskop təyin edilir. 13-cü əsrin əvvəllərində müasir Estoniya ərazisi Danimarka və Almaniya xaçlıları tərəfindən fəth edilir, ardınca estonların məcburi xristianlaşdırılması baş tutur. Ümumiyyətlə bu proses 1227-ci ilə qədər başa çatır. XVI əsrin birinci yarısında müasir Estoniya ərazisində reformasiya hərəkatı geniş vüsət alır və katolikliyin təsiri azalmağa başlayır. Həmin əsrin ikinci yarısında demək olar ki, bütün Estoniya isveçlilər tərəfindən fəth edilir, bundan sonra katoliklik tamamilə qadağan edilir və lüteran rəsmi kilsə olur. 1559-1645-ci illərdə müasir Estoniya ərazisində katoliklik yalnız o zaman Katolik Birliyinə aid olan cənub bölgəsində mövcud idi.
Kosovoda katolisizm
Kosovoda katolisizm dünya katolik kilsəsinin bir hissəsidir. Hal-hazırda Kosovoda 65 minə yaxın katolik yaşayır, bu ümumi əhalinin təxminən 3% -ni təşkil edir. == Tarixi == Hazırda Kosovo ərazisində 23 katolik prixodu mövcuddur, onları Müqəddəs Taxt tərəfindən 24 May 2000-ci ildə qurulmuş Prizren Apostol İdarəsi birləşdirib. Prizren Apostol İdarəsi birbaşa Müqəddəs Taxta tabedir. Apostol İdarəsinin mərkəzi Prizrendə, Müqəddəs Məryəmin Davamlı Yardım Katedralinin yerləşdiyi yerdədir. Prizren Apostol İdarəsinin ilk rəhbəri yepiskop Marko Sopi idi. Hal-hazırkı rəhbəri yepiskop Doda Gergidir. Vatikanın hazırda Kosovo ilə diplomatik münasibətləri yoxdur. 10 Fevral 2010-cu ildə Müqəddəs Taxt, Sloveniyada nuntsi işləyən arxiyepiskop Yuliuş Yanuşu Kosovada apostol nümayəndəsi təyin etdi.
Çində roman katolisizm
Katoliklik Çində VII əsrdən meydana gəlmişdir. 635-ci ildə Tan imperator u Taytszunun hakimiyyəti dövründə Şensi əyalətində nestorianlar kimi tanınan xristian təriqəti üzvləri peyda oldular. Onların yaratdıqları kilsə 200 ildən artıq tərəqqi etmiş, lakin sonra unudulmuşdur. 1245-ci ildə Çinə italyan və fransıq missionerləri gəlirlər. Onların təbliğ etdikləri dini çinlilər yeliven adlandırırdılar. Öz sələfi kimi o da bir müddətdən sonra itdi. 1582-ci ildə italiyalı yezuit Matteo Riççi Çinə gəlir. O, 1601-ci ildə Pekinə düşür. Onun Min imperatoru Şentszuna gətirdiyi hədiyyələr içində bir neçə zəngli saat da var idi. Tezliklə o, min sarayının mərasimlər naziri Syuy Quantsi ilə dost olur.
Bosniya və Herseqovinada katolisizm
Bosniya və Herseqovinada katolik kilsəsi dünya Roma-Katolik kilsəsinin bir hissəsidir. Katolisizm ölkədə islam və pravoslavlıqdan sonra ən geniş yayılmış üçüncü dindir. The World Factbook-a əsasən, katoliklər ölkə əhalisinin təxminən 15% -ni təşkil edirlər.. 2005-ci ildə catholic-hierarchy.org veb saytına görə, ölkədəki katoliklərin sayı təxminən 464 min nəfər (əhalinin 15,5%) idi. Bosniya katoliklərinin əksəriyyəti etnik xorvatlardır. Katolik əhalinin böyük əksəriyyəti latın ayininə aiddir; az sayda Yunan Katolik icması da var. == Tarixi == Xristianlıq müasir Bosniya və Herseqovina ərazisində 5-6-cı əsrlərdə yayılmışdır. Bu dövrdə burada Solin (müasir Split) arxiyeparxiyasına bağlı bir neçə yeparxiya quruldu. XI-XII əsrlərdə Bosniya üzərindəki hakimiyyət Bizansdan Macarıstan krallığına keçdi, burada həm katoliklər, həm də pravoslavlar yaşayırdı. Əsas katolik ərazilər Bosniyanın şimal və mərkəzi sayılırdı.

Digər lüğətlərdə