Katrankimilər
Katrankimilər (lat. Squaliformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi.
Kanrankimilər dəstəsi 7 fəsiləyə aid 80-ə yaxın akula növünü özündə birləşdirir.
Dəstəyə aid nüməyəndələrində adətən tikanlı axçası olan 2 kürək üzgəci, 5 qəlsəmə yarığı olur. Bu nümayəndələrdə nə anal üzgəci, nə də göz qapaqları olur. Digər dəstələrə nisbətən, Kanrankimilərin nümayəndələri müxtəlif ölçü və formalara malik olur. Onlara qütb və tropik sularda, açıq okeanda və kiçik sahil sularında, bir sözlə, dünyanın hər yerində rast gəlmək olur.
Katrankimilər dəstəsinin 3 fəsiləsi, 20 növdən çox növü məlumdur. Əksəriyyətinin uzunluğu 1-2,5 m-ə qədərdir. Lakin qütbakulası kimi nəhənglər (6,5 m) ilə yanaşı cırtdanları da (20-25 sm) vardır.