KEÇƏ


1. is. Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. Keçə parçası. Alaçıq keçəsi.
[Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu.
Göyçək bacı sevincək halda eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev.

Keçə atmaq (basmaq) – yundan keçə hazırlamaq.
Gərək yadındadır, rəhmətlik dədən; Bükülmüşdü beli keçə atmaqdan. S.Vurğun.

// Bu cür materialdan tikilmiş, hazırlanmış. Keçə papaq. Keçə alaçıq.
– Nabat xanım gecə paltarına bürünmüşdü, … ayağında nazik və səssiz bir keçə başmağı vardı. M.S.Ordubadi.

2. məc. sif. mənasında. Daranmamış, yapıxmış, bir-birinin içinə girmiş (saç haqqında). Keçə saç.

Этимология

  • KEÇƏ Qədim türk dillərində bu sözün yerinə oyluq işlədilib, mənası “покрывало” kimi açıqlanıb. Ruslardakı войлок  sözü də həmin oyluq kəlməsi ilə qohumdur
KEÇDİ-KEÇDİ
KEÇƏATAN

Значение слова в других словарях