kelt

kelt
keloid
keltcə
OBASTAN VİKİ
Kelt
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
KELT-9b
KELT-9b ekzoplanetdir, daha dəqiq desək, ultra isti Yupiterdir və Yerdən təqribən 670 işıq ili uzaqda yerləşən KELT-9-un son B tipli/ilkin A tipli ulduzunun orbitində fırlanır. Kilodegree Həddindən artıq Kiçik Teleskopunun (Kilodegree Extremely Little Telescope) köməyi ilə aşkar edilən KELT-9b-nin kəşfi 2016-cı ildə elan edilmişdir. == Ev sahibi ulduz == Ulduz Günəşdən 2,3 dəfə, kütləsi isə 2,6 dəfə böyükdür. Ev sahibi ulduz olan KELT-9-un səthinin temperaturu 10,170 K-dir, bu isə öz növbəsində, tranzit planeti olan bir ulduz üçün qeyri-adi dərəcədə istidir. KELT-9b-nin kəşfindən əvvəl, yalnız altı A tipli ulduzun planetləri olduğu bilinirdi, onlardan ən isti olan WASP-33, 7,430 K-da əhəmiyyətli dərəcədə soyuqdur; əvvəllər planetlərə ev sahibliyi edən B tipli ulduzların heç biri məlum deyildi. B9.5-A0 kimi təsnif edilən KELT-9 planeti olduğu bilinən ilk B tipli ulduz ola bilər. KELT-9b KELT-9-dan cəmi 0,03462 AU-luq məsafədə dairəvi, lakin güclü maili orbitdə yerləşir və onun orbital müddəti 1,5 gündən də azdır. == Fiziki xassələri == KELT-9b nisbətən böyük nəhəng planetdir və kütləsi Yupiterdən təxminən 2,8 dəfə böyükdür; lakin onun radiusunun Yupiterdən təxminən iki dəfə böyük olduğunu nəzərə alsaq, onun sıxlığı Yupiterinkinin yarısından azdır. Bir çox isti Yupiterlər kimi, KELT-9b da öz ulduzu ilə gelgit olaraq kilidlənir. Atmosferinin xarici sərhədi, demək olar ki, Roche lobuna çatır və bu, planetin öz ulduzundan aldığı həddindən artıq miqdardakı radiasiyaya görə sürətli bir formada atmosfer qaçışı yaşadığını göstərir, başqa sözlər öz atmosferini sürətlə itirir.
Kelt dilləri
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Kelt dənizi
Kelt dənizi (ing. Celtic Sea) — Atlantik okeanının akvatoriyasına daxildir. Sahillərində İrlandiya, Böyük Britaniya və Fransa kimi dövlətlər yerləşir. Dənizin şimaldan Müqqəddəs Georgi boğazı ilə İrland dənizi, cənub-şərqdə Bristol körfəzi və La-Manşla əhatələnir, qərb və cənub hissədən kontinantal şelflə əhatələnir. Adı onun sahillərində yaşayan Keltlərin adından götürülmüşdür. Bir zamanlara qədər dənizin şimalı Müqqəddəs Georgi boğazının bir hissəsi jesab edilirdi. 1921-ci ildə dənizin Kelt dənizi adlandırılması ingilis dəniz araşdırmaçısı Ernest Vilyam Layons Holton tərəfindən irəli sürülmüşdür.
Kelt pişikotu
Kelt pişikotu (lat. Valeriana celtica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Kelt qrupu
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Kelt xaçı
Kelt xaçı — xristian xaçının kəsişən yerinə bir çevrə əlavə olunması ilə meydana gələr. Kelt Xristianlığın xarakteristika simvoludur, ancaq mənşəyi Xristianlıq əvvəlidir. Çevrə ilə birləşdirilmiş xaçların Xristianlıq əvvəlindən gələn bir çox növü vardır. Sıxlıqla Günəş xaçı olaraq adlandırılan bu cür xaçlara pagan Şimal-qərb Avropada (Skandinav mifologiyasında tanrı Odinin simvoludur.) və ya Pireneler və İber Yarımadasında rast gəlinə bilər. Ancaq Xristian xaçı ilə ortaq bir mənşə ya da əlaqəyə dair bir dəlil yoxdur.
Kelt dil qrupu
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Şotland kelt dili
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Keltlər
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Skott-Kelti adası
Skott-Kelti adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır. Ada uzunsov formaya malikdir. Onun uzunluğu 7,5 km, eni isə mərkəzi hissədə 4 km-dir. Adanın böyük hissəsi buzla örtülüdür. Burada uzunluqları 3,5 və 2 km olan iki axar vardır.
Şotland dili (keltcə)
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.

Digər lüğətlərdə