Ketonturşular
Ketonturşular- tərkibində karbonil və karboksil qrupu olan turşulara deyilir.
== Tipləri ==
Karbonil və karboksil qruplarının bir-birindən uzaqlığından asılı olaraq ketonturşular α, β, γ və sairə tiplərə bölünə bilir.
== Piroüzüm turşusu ==
Piroüzüm turşusu -CH3—CO— COOH α-ketonturşuların ən sadə nümayəndəsi asetilqarışqa turşusu və ya piroüzüm turşusudur. Bunu birinci dəfə üzüm turşusu və ya çaxır turşusunu yüksək temperaturda qızdırmaqla almış və buna görə "piroüzüm" adlandırmışlar.
== Alınması ==
Piroüzüm turşusunu aşağıdakı üsullarla almaq olar:
Süd turşusunu oksidləşdirməklə
α, α-dihalogenpropion turşusuna suyun təsiri ilə
asetilxloridə KCN təsiri ilə və alınan nitirilin sabunlaşdırılması ilə
== Xassələri ==
Piroüzüm turşusu 165o-də qaynayan mayedir, suda yaxşı həll olur, kəskin iyi vardır. Piroüzüm turşusu şəkərlərin spirt qıcqırmasından alınan aralıq məhsullardan biridir.
== Asetsirkə turşusu ==
Asetsirkə turşusu — CH3—CO—CH2—COOH β-ketonturşuların ən sadə nümayəndəsi olub, qızdırdıqda parçalanır, karbon qazı və asetona çevrilir. Diabet xəstəliyinə tutulmuş adamların sidiyində rast gəlinir.
== Levulin turşusu ==
Levulin turşusu — CH3—CO—CH2—CH2—COOH, γ-ketonturşuların ən sadə nümayəndəsi levulin turşusudur. Bunu levulozu (furuktoz) və ya başqa şəkərlərin qüvvətli turşularla qızdırdıqda almaq olur.