Viktor Şagjapoviç Kök-ool
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur.
Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur. Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.
Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir.