Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kibritmiyan
Kibritmiyan (fars. کبریت‌میان‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 154 nəfər yaşayır (55 ailə).
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Kipr
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Cənubi Kipr
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Kiber-casusluq
Kiber-casusluq (ing. Cyber spying) — hədəf sistemin konfidensiallığını pozmaq üçün kiber-hücumun istifadəsi.
Kiber-hücum
Kiberhücum (ing. cyberattack) — kiber-insident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber-silahın və ya kiber-silah kimi istifadə edilə bilən sistemin qəsdən istifadəsidir. Kompüterlərdə və kompüter şəbəkələrində hücum, aktivin icazəsiz istifadəsi, dəyişdirilməsi, aradan qaldırılması, məhv edilməsi, oğurlanması və ya əldə edilməsi üçün edilən hər hansı bir cəhddir. Kiberhücum, kompüter məlumat sistemlərini, infrastrukturları, kompüter şəbəkələrini və ya fərdi kompüter cihazlarını hədəf alan hər hansı bir hücum manevridir. Təcavüzkar, potensial zərər niyyəti ilə, icazəsi olmadan məlumat, funksiya və ya sistemin digər məhdud ərazilərinə daxil olmağa çalışan bir şəxs və ya bir prosesdir. Kontekstdən asılı olaraq kiber proqramlar kiberhücum və ya kiberterrorizmin bir hissəsi ola bilər. Kiberhücum suveren dövlətlər, fərdlər, qruplar, cəmiyyət və ya təşkilatlar tərəfindən istifadə edilə bilər və anonim bir mənbədən qaynaqlana bilər. Kiberhücumu asanlaşdıran məhsula bəzən kiber-silah deyilir. Kiberhücum həssas bir sistemi hack edərək müəyyən edilmiş hədəfi oğurlaya, dəyişdirə və ya məhv edə bilər. Kiberhücumlar şəxsi kompüterə casus proqramların quraşdırılmasından bütöv xalqların infrastrukturunu məhv etmək cəhdlərinə qədər ola bilər.
Kiber-silah
Kiber-silah (ing. Cyberweapon) — informasiya texnologiyalarına əsaslanan digər sistemlərin strukturuna və əməliyyatlarına ziyan vurmaq üçünyaradılmış, informasiya texnologiyalarına əsaslanan sistem (aparat təminatı, proqram təminatı və kommunikasiya mühitindən ibarət olur)..
Kiber-təqib
Kibertəqib (ing. Cyberstalking) — fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi.
Kiber təhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) – kompüter sistemləri və şəbəkələrinin icazəsiz şəkildə məlumatların açıqlanması, oğurlanması və ya texniki vasitələr, proqram təminatı və ya verilənlərin (data) zədələnməsi ilə nəticələnə bilən zərərli aktorlar tərəfindən hücumdan, habelə proqram təminatının pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemlərinə, internetə və Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına olan inamın genişlənməsi və smartfonlar, televizorlar və müxtəlif əşyaların internetini (IoT) təşkil edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması ilə əlaqədardır. Kibertəhlükəsizlik həm informasiya sistemlərinin mürəkkəbliyinə, həm də onların dəstəklədiyi cəmiyyətlərə görə müasir dünyanın ən mühüm problemlərindən biridir. Elektrik paylanması, seçkilər və maliyyə kimi genişmiqyaslı sistemləri, dövlət və əhalinin məlumatlar bazasını və s. idarə edən sistemlər üçün təhlükəsizlik xüsusilə yüksək əhəmiyyət kəsb edir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi. 1967-ci ilin aprel ayında Uillis Var (Willis Ware) Spring Joint Computer Conference-ında təşkil etdiyi sessiya və Ware Hesabatının sonradan nəşri kompüter təhlükəsizliyi sahəsinin tarixində təməl məqamlar oldu.
Kipr (ada)
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kipr (dəqiqləşdirmə)
Kipr (ada) — Aralıq dənizinin şərqində ada. Kipr Respublikası (və ya Cənubi Kipr) — de-fakto Kipr adasının cənubunu idarə edən, de-yure ada üzərində tam suveren hüquqlara malik olan dövlət. Şimali Kipr Türk Respublikası — Kipr adasının şimalında tanınmamış dövlət.
Kipr Hərəkatı
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Kipr Kilsəsi
Kipr Kilsəsi (yun. Ἐκκλησίας τῆς Κύπρου, türk. Kıbrıs Kilisesi) — Kiprdə yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Nikosiya şəhərindədir. II Xrizostom kilsənin indiki baş yepiskopdur.
Kipr Respublikası
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Kipr adası
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kipr böhranı
Kipr böhranı və ya Kipr problemi (türk. Kıbrıs sorunu, ing. Cyprus conflict) — Kipr adasında yaşayan yunanlar və türklər arasında ərazi məslələrinə görə tarixən mövcud olmuş və hazırda da davam edən münaqişə. == Sürix və London müqaviləsi == Sürix və London müqaviləsi 11 fevral 1959-cu ildə Böyük Britaniya, Türkiyə, Yunanıstan dövlətləri, Kiprdəki yunan və türk cəmiyyətləri arasında imzalanan, müstəqil bir dövlət olaraq Kipr xalqlarının vəziyyətini təyin edən və Kipr Respublikasının konstitusiyasını təsdiqləyən andlaşmadır. Yunan tərəfini Baş yepiskop Makarios, türk tərəfini isə Fazıl Kiçik təmsil etməkdə idi. 19 fevral 1959-cu ildə London müqaviləsi ilə Kipr Respublikasının müstəqil bir dövlət olaraq 16 avqust 1960-cı ildə qurulması təmin edilmiş oldu. Bu müqaviləyə uyğun olaraq qurulacaq olan Kipr Respublikasının konstitusiyasının adadakı hər iki cəmiyyətin haqqlarını qoruyacaq şəkildə hazırlanması qəbul edilirdi. === Müqavilənin əsas şərtləri === Birinci maddə uyğun olaraq adada Prezidentlik sistemi qurulacağı nəzərdə tutulurdu, ancaq yunan prezident yunan icması tərəfindən, türk vitse-prezident isə türk icması tərəfindən seçiləcəkdi. Beşinci maddə uyğun olaraq isə Nazirlər Şurasını 7 yunan və 3 türk olmaq üzrə 10 nazirdən meydana gələcəkdi və cəmiyyətlərin tək tərəfli qərarlar çıxarmalarına maneə olunması məqsədi ilə gərək Nümayəndələr Məclisi tərəfindən çıxarılacaq qanunlar gərəksə nazirlər kabineti qərarları yunan prezident və ya türk vitse-prezident tərəfindən veto edilə biləcəkdi. Altıncı maddə uyğun olaraq Yüksək Konstitusiya Məhkəməsi bir Yunan, bir türk və bir tərəfsiz hakimdən meydana gələcəkdi.
Kipr coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Kipr dənizi
Kipr dənizi- Aralıq dənizinin şərqində Kiçik Asiya yarımadası və Afrika arasında yerləşir. Dənizin şimalıda Kipr adası yerləşir. Kiprdən Kiçik Asiya arasında dəniz Kilikiya dənizi ilə şərqində isə Livan dənizi ilə əhatələnir. Dəniz Aralıq dənizinin ən isti və duzlu hissəsidir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Onun bu çür duzlu olmasına səbəb Nildən başqa iri çayın dənizə tökülməməsidir. == Flora və Faunası == Duzluluğun yüksək olması onun fauna və florasınada öz mənfi təsirini göstərir. Cənub hissələrdə isə mərcan riflərinə rast gəlinir. Səbəb isə Nilin suyu nisbətən şirinləşdirməsidir. Dəniz məhsulları istehalı perespektiliyi zəyifdir.
Kipr erməniləri
Kipr erməniləri — Kipr adasında yaşayan etnik erməni toplumuna verilən ümumi ad. Kipr adasında 2012-ci ilə olan əhalinin siyahıya alınmasına əsasən 3.500 civarında erməni yaşamaqdadır. Ermənilərin böyük əksəriyyəti adanın yunan tərəfindən idarə edilən hissəsində yaşayır. Ermənilərin ada da yaşadıqları əsas yer Nikosiya şəhəridir. Nikosiyanın ardından siyahını Limasol və Larnaka şəhərləri izləyir. == Tarixi == Ermənilərin Kipr adası ilə təması Kilikiya erməni çarlığının 1078-ci ildə adanın şimal hissələrini işğal etməsi ilə başlamışdır. Çarlığın varlığına Səlcuqlar tərəfindən son qoyulmasından sonra ada da yaşayan az saylı erməni toplumu qorunmaq üçün Bizans İmperiyasının ada da yerləşən hakimiyyətinə sığınmaq qərarı verir. Kilikiya erməni çarlığı ilə Kipr adasında yaşayan etnik ermənilər arasında münasibətlər Səlib yürüşləri zamanı sürətlə inkişa etməyə başlayır. Erməni çarı II Leo, Kipr Krallığını idarə edən Luziyanlar sülaləsinə məsub bir qadınla evlənməsi münasibətləri daha da dərinləşdirir. Orta Əsrlərdə Kipr adasında iki erməni dini mərkəzi yerləşirdi.
Kipr iqtisadiyyatı
Kipr iqtisadiyyatı - Kipr adasında faktiki 2 dövlət mövcud olduğundan orada birbirindən o qədər də kəskin fərqlənməyən 2 icmanın iqtisadiyyatından danışmaq lazımdır. Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti sənayesi, bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti yaxşı inkişaf etmişdir. Daxili milli məhsulun həcmi 2004-cü il göstəricilərinə görə bütün ada üçün 14 mlrd. dollardan artıq olub. Bu məhsuldan əhalinin hər nəfərinə orta hesabla 18 min dollar vəsait düşür. Bu rəqəm türklər yaşayan hissədə 6 min dollardan çox deyil, yunanlar yaşayan hissədə isə iki dəfə çoxdur. Adanın yunanlar yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Avropa və Yaxın Şərqlə mövcud olan əlaqələrindən asılıdır və AİT üçün zəruri hesab edilən meyarların əldə edilməsinə yönəldilmişdir. Adanın türklər yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Türkiyə ilə əlaqələrlə bağlıdır. Yunanlar yaşayan hissədə ÜDM-un 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd təsərrüfatının payına düşür. Türklər yaşayan hissədə ÜDM-nun 68 faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının payına düşür.
Kipr konvensiyası
Kipr konvensiyası Martın 6da Andraşi Rusiya və Türkiyə arasındakı sülh şərtlərini müzakirə etmək üçün beynəlxalq konfrans çağırmaq təklifi irəli sürdü. Rusiya buna razılıq verməli oldu. Rusiyanın belə güzəştə getməsinə səbəb Şərq böhranı başlanan andan qüvvələr nisbətinin Rusiyanın xeyrinə olmaması idi. Türkiyə ilə müharibə Rusiyanın Avstriya və Alm ilə toqquşmasına səbəb ola bilərdi. Rusiya Alm-nin belə mövqe tutduğuna görə onunla ixtilafa getmək istəmirdi. Hələ 1878-ci il fevralın 19da Bismark demişdi ki, Şərq məsələsində o təmiz maklerdi. Onun vəzifəsi bunu tezliklə başa çatdırmaqdır. Bismark Rusiyanı müdafiə etmədiyini açıqcasına bildirmişdir, lakin rus diplomatiyası onun köməyinə nail olmağa cəhd etdi. O xatırlatdı ki, Bismark Rusiyanı dəfələrlə müharibəyə qoşulmağa təkid edirdi. Bismark Rusiyaya məsləhət bilirdi ki, konqres çağırılmasına razı olsun.
Kipr krallığı
Kipr krallığı — Əsası III Səlib Yürüşü dövründə 1192-ci ildə qurulan səlibçi dövlətidir. 1490-cu ildə son hökmdarı Katerina Kornaro tərəfindən 1489-cu ildə Venesiya respublikasına satılana qədər mövcud olmuşdur. = Tarixi = 1192-ci ildə III Səlib Yürüşünə qoşulan İngiltərə kralı Şirürəkli I Riçardın bacısı İngiltərəli İoanna və həyat yoldaşı Navarralı Berenqariyanın səyahət etdiyi donanma tufana tutularaq Kipr adası sahillərinə çatmışdı. Adanın Bizanslı hakimi İsaak Komnenosun İoanna və Berenqariyanı təhqir etməsi Riçardın adanı işğalına təkan verdi. Adada mövcudiyyətin bahalı olduğu düşünən Riçard az sonra adanı Məbəd cəngavərlərinə satdı. Onlar da öz növbələrində adanı keçmiş Qüds kralı Luzuinyalı Qaya satdılar. Qayın 1194-cü ildəki ölümündən sonra yerinə qardaşı I Amalrik keçdi və rəsmi olaraq Müqəddəs Roma imperatoru VI Henrix tərəfindən Kipr kralı kimi təsdiqləndi. Krallıq uzun müddət müstəqilliyini qorumuş, 1426-cı ildə Məmlüklərdən asılı hala düşmüş, 1489-cu ildə isə Venesiya mülkünə çevrilmişdir. == Hökmdarları == Krallıq Luzinyan sülaləsi tərəfindən idarə olunmuşdur.
Kipr meşənovruzu
Kipr meşənovruzu (lat. Cyclamen cyprium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. Kipr dağlarında 300-1,200 m (980-3,900 ft) hündürlükdəki meşəliklərdə bitir. Endemik bitkidir. Kiprin milli gülüdür.
Kipr rumları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Kipr türkləri
Kipr türkləri və ya Kiprli türklər — Kipr adasında yaşayan türklərin mənşəyi, Osmanlı İmperiyasının 1571-ci ildəki Kipr adasını ələ keçirməsindən sonra, Anadoludan Kiprə köç etdirilən türklərdir. 1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə ada ikiyə bölünmüşdür. Hal-hazırda Kipr türklərinin əksəriyyəti Şimali Kipr Türk Respublikasında yaşayır. 1975-ci ildən sonra Anadoludan gələn köçkün türklər də Kipr türkü tərifinə daxil olmuşdur. Osmanlı hakimiyyəti dövründə dinini dəyişdirib türkləşən yunanlardan başqa Kipr türklərinin, etnik mənsubiyyət baxımından Anadolu türklərindən çox da fərqi yoxdur.
Kipr yunanları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Kipr əhalisl
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.