Kijuç
Kijuç (lat. Oncorhynchus kisutch) — Qızılbalıqkimilər dəstəsinə, Sakit okean sümüklüsü fəsiləsinə daxil olan balıq növü.
== Təsviri ==
Kijuçlar iri balıqlar olub, uzunluqları 98 sm, çəkisi isə 14 kq çata bilir. Digər Sakit okean sümüklülərindən əsas fərqi parlaq gümüşü pulcuqlara sahib olmasıdır. Bu səbənbdən yaponlar onları "gümüşü qızılbalıq" adlandırırlar.
Asiyada Anadır çayından tutmuş Oxot dənizinin Kamçatka sahillərinə qədər ki, ərazilərdə müşahidə edilir. Nadir hallarda Saxalinin şərqində, Hokkaydo adaları ətrafında və Amur çayının mənsəbində müşahidə edilir. .
Şimali Amerikada daha geniş ərazidə yayılmışdır. Onlara Alyaskadan tutmuş Kaliforniya sahillərinə qədər olan ərazilərdə müşahidə etmək mümkündür (Sakremento çayı).
Şimali Amerikada olan fərdlərin həcmi Asiyada olanlardan nisbətən böyük olur.