KİMYA
KİMYAGƏR
OBASTAN VİKİ
Kimyaçı
Kimyaçı — kimya elminin yaradıcıları, kimya elmi ilə məşğul olan insanlar. == Kimya == Kimya- zəngin eksperimental materiallar və tutarlı nəzəriyyələrə əsaslanan fundamental elmlər sistemidir və fantastik yaradıcılıq gücünə malikdir. Kimyaçılar təkcə təbii maddələrin xassələrini dəyişmir, həm də əvvəlcədən verilmiş xassəli yeni maddələr sintez edirlər. Bəşəriyyətin min illər boyu mövcudluğunu kimyasız və kimyəvi texnologiyaların köməyi ilə hazırlanmış geniş spektrli məhsullarsız təsəvvür etmək mümkün deyil. Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar: Hara belə, Aleksandr Porfiyeviç? — Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.
Mahəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Musa Bayramov (kimyaçı)
Bayramov Musa Rza oğlu (4 mart 1938, Gədəbəy rayonu) — kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin «Neft kimya» kafedrasının müdiri. == Həyatı == Musa Bayramov 1938-ci il mart ayının 4-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. 1955-ci ildə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbini bitirmişdir. Bir il işlədikdən sonra Bakı Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur və 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişlir. 1959-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1965-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş, orada aspiranturaya daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Orada kiçik elmi işçi və baş mühəndis vəzifəsində işləmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» kafedrasına dosent vəzifəsinə seçilmiş, 1979-cu ildən bu günə qədər həmin kafedranın müdiri vəzifəsində çalışır. O, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində “Alkenilfenollar və karbonilli birləşmələrin kimyası“ ETL-i yaradılmışdır. Onun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi və onlar əsasında alınan oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır.
Mustafa Hüseynov (kimyaçı)
Mustafa Hüseynov ( ) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1963). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980). == Həyatı == Mustafa Hüseynov 22 mart 1928-ci ildə Şərur rayonunun Mehrab kəndində anadan olub. İbtidai təhsilini Qarxun kəndində, orta təhsilini isə Yenigcə kəndində alıb. 1948-1952-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində ali təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasına daxil olub. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mustafa Hüseynov aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan EA-nın Neft İnstitutunda böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1959-1968-ci illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Priosesləri İnstitutunda, (NKPİ) 1968-1973-cü illərdə həmin institutun Sumqayıt filialında Xlorüzvi birləşmələrin sintezi laboratoriyasına rəhbərlik edib. 1973-1978-ci illər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt filialının və 1978-1986-cı illərdə həmin filial əsasında yaranmış Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutunun direktoru olub. Mustafa Hüseynov 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan EA-nın Y.Məmmədəliyev adına NKPİ-də Zərif üzvi sintez laboratoriyasına rəhbərlik edib. === Elmi fəaliyyəti === Mustafa Hüseynov 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə "Xlorkarbohidrogenlərinin sintezi və çevrilmələri sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmlər doktoru elmi dərəcəsini alıb.
Mübariz Əhmədov (kimyaçı)
Mübariz Əhmədov (4 noyabr 1945, Qazax) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1996–2002), AMEA Kimya Problemləri İnstitutunun direktor müavini (2002–2014), "Şöhrət" ordenli. Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə "Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik" Yubiley medalı və "Əmək veteranı" medalı ilə təltif olunub. Onlar tərəfindən təklif olunmuş texnoloji sxem bəzi makrokomponentlərlə yanaşı (Fe, S, Cu, Zn, Pb) həm də qiymətli mikrokomponentlərin (Ga, In, Ar, Ag, Cd) ayrılmasını təmin edir. Alunit filizin təkmilləşdirmə emalı əsasında, qiymətli produktların (Al 2O3 Al2(SO4)3, H2SO4, V, Ga və s.) alınmasının texnoloji prosesi alınıb və sınaqdan keçirilib. Elementar kükürdün metanın və onun konversia produktları ilə (CO+H2). katalitik və termiki bərpasının nəzəri və praktiki aspektləri hazırlanılıb. Alınmış nəticələr Norilsk (mis) zavodunun dağ-metallurg kombinatında tətbiq olunub(Rusiya Federasiyası). Bakı və Şirvan istillik elektrostansiyasında mazutun yanma nəticəsində alınmış kül qalıqlarından vanadiyin ayrılması prosesini tərtib edib. Yüksək effektli metalseolit katalizator su buxarlı karbonturşulu metanın sintez qaza çevrilməsi tərtib olunmuşdur.
Məhəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məmməd Cəfərov (kimyaçı)
Məmməd Cəfərov (Cəfərov Məmməd Xanhüseyn oğlu; d. 1957. Qaçaqkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi; K.İ.Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının parazitologiya və heyvanların invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Cəfərov Məmməd Xanhüseyn oğlu 1957-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini “kimya” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fiziki Kimya və Kataliz İnstitutunun məqsədli aspiranturasına qəbul olunub və aspirantura təhsilinin bütün dövrü üçün SSRİ Elmlər Akademiyasının Fizioloji Aktiv Maddələr İnstitutunun təbii maddələrin tədqiqinin struktur və nəzəri yolları laboratoriyasına göndərilib. M.Cəfərov 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvi Kimya İnstitutunun steroidlər kimyası laboratoriyasında təcrübə keçib. 1988-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almaq üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində “C/D bağlanmasının “ikimərkəzli dövretmə” vasitəsilə steroidlərin izomerləşməsinin rentgenostruktur tədqiqi” mövzusunda dissertasiya müdafiə edib. 1986-1991-ci illərdə elmi işçi vəzifəsində çalışıb. 1990-cı illərdə müxtəlif təşkilatlarda konsultant, kommersiya bölməsinin rəhbəri işləyib, LBO monokristallarının istehsalı və kardiotonik steroidlərin tam sintezi üzrə laboratoriya yaradıb.
Nazim Hüseynov (kimyaçı)
Nazim Müseyib oğlu Hüseynov — Azərbaycan alimi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, AFFA-nın sabiq vitse-prezidenti. == Həyatı == Nazim Müseyib oğlu Hüseynov 1929-cu il noyabrın 16‐da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu neft və qazın texnologiyası ixtisası üzrə bitirmişdir (1953) və təyinatla AMEA NKPİ-yə göndərilmişdir. 1958–1962-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967–1982-ci illərdə "Karbohidrogenlərin qaz fazasında oksidləşməsinin texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1962‐ci ildə texnika üzrə fəlsəfə doktoru, 1975‐ci ildə texnika üzrə elmlər doktoru, 1985‐ci ildə professor elmi adını almışdır. Azərbaycan SSR EA‐nın müxbir üzvü seçilmişdir (1980). N. Hüseynov Azərbaycan EA Neft‐Kimya Prosesləri İnstitutunda baş mühəndis (1964‐1967), direktor müavini (1967‐1982) Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik‐katibinin müavini (1980‐1982), Təbii Qazın İşlənməsi və Nəqliyyata Hazırlanması üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (1982‐1988), həmin institutun Təbii qaz komponentlərinin kimyəvi işlənməsi laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır (1982‐1998). 1972-ci ildən BMT-nin neft-kimya üzrə eksperti olan alimin rəhbərliyi altında BMT-nin tapşırığına əsasən neft-kimya sənayesinin vacib elmi-texniki məsələləri Yuqoslaviya (Sloveniya), Kuba, KXDR, Türkiyə, Yunanıstan və s. ölkələrdə müvəffəqiyyətlə həll edilmişdir. 1976–1978-ci illərdə Novi-Sad (Sloveniya) şəhərində universitetin professoru olmuşdur.
Nazim Mustafayev (kimyaçı)
Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Nazim Mustafayev 1941-ci il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə. M. Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N. Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır.
Nurəddin Babayev (kimyaçı)
Nurəddin Babayev (1935, Ağqula, Marneuli rayonu – 5 dekabr 2004, Sumqayıt) — Azərbaycan Milli Məclisinin deputatı (1990–1995), "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti (1995–1998). Nurəddin Bərgah oğlu Babayev 1935-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) rayonunun Ağqula kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Sadaxlı kənd orta məktəbində bitirmişdir. 1954–1957-ci illərdə keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1958-ci ildən 1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist, növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və zavod direktoru vəzifələrində çalışmışdır. ==== Başlıq mətni ==== == Fəaliyyəti == Nurəddin Babayev 1975-ci ildə Sumqayıt Üzvi Sintez Zavoduna direktor təyin olunmuş və 1987-ci ilə kimi bu vəzifədə işləmişdir. 1987-ci ildən Birliyin baş direktoru təyin edilmişdir. 1966-cı ildə Nurəddin Babayev "SSRİ-nin Kimya əlaçısı", 1985-ci ildə isə "Fəxri Kimyaçısı" adına layiq görülmüşdür. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Nüsrət Əliyev (kimyaçı)
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938, Noraşen rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H. Z. Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-cı ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun "Yanacaqlara aşqarlar""" laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N. A. 1978-ci ildə "Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Əliyev N. A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.
Qasım Hüseynov (kimyaçı)
Qasım Hüseynov ( tam adı:Hüseynov Qasım Zülfəli oğlu) — Kimya elmləri doktoru, professor == Həyatı və təhsili == 1940-cı il 25 mayda Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuşdur. 1958-ci ildə Kükü kənd orta məktəbini bitirib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini (indiki BDU) fərqlənmə diplomu ilə bitirmişdir. 1963–1969-cu illərdə — AMEA Neft Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1966–1977-ci illərdə — AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini və baş elmi işçi vəzifələrində çalışmışdır. === Pedaqoji fəaliyyəti === 1977 — baş müəllim, dosent, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) 1984 — kimya kafedrasının müdiri, 1989–96-cı illərdə Naxçıvan Dövlət Univeristetinin rektor olmuşdur., 1996-cı ildən Bakı Dövlət Univeristetinin "Neftkimyası və kimya texnologiyası" kafedrasının professorudur. 2007-dən BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc Istedadlar" Liseyinin direktorudur. === Elmi fəaliyyətinin istiqaməti === Elmi-tədqiqat işləri sürtkü yağlarının,Yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, Metalları korroziyadan qoruyan inhibitorların Analitik reagentlərin sintezinə "Kobaltın fotometrik üsulla təyini" barədəki ixtirası 1986-cı ildən Xarkov şəhərindəki zavod¬da tətbiq olunur. Dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan və sürtkü yağlarının korroziyaya qarşı davalılığını xeyli artıran səmərəli aşqarların sintezi üçün elmi prinsiplər müəyyənləşdirilmiş, yeni perspektiv istiqamət göstərilmişdir. Aşqarların quruluşu ilə onların effektivliyi arasındakı asılılığı göstərən ümumi qanunauyğunluqlar müəyyənləşdirilməsi.
Rəsul Quliyev (kimyaçı)
Rəsul Şirin oğlu Quliyev (1915, Zəhmətabad, Lənkəran qəzası – 17 mart 2007, Bakı) — Azərbaycan alimi, professor. == Həyatı == Rəsul Şirin oğlu Quliyev 1915-ci il yanvarın 19-da Cəlilabad rayonunun Zəhmədabad kəndində kəndli ailəsində anadan olmuşdur. 1924-cü ildə Bakı şəhəri N. Nərimanov 15 saylı məktəbdə yeddiillik təhsil aldıqdan sonra, 1930–1934-cü illərdə Neft Texnikumunda oxumuşdur. 1934–1937-ci illərdə keçmiş Ə. Qarayev adına Neftayırma zavodunda operator vəzifəsində çalışmışdır. 1937-ci ildə qabaqcıl neftçi kimi Bakıdakı Ümumittifaq Neft Akademiyasına oxumaq üçün göndərilmiş və orada 1940-cı ilə qədər təhsil almışdır. Akademiya ləğv ediləndən sonra Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə keçmişdir və 1941-ci ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra, yenidən Ə. Qarayev adına Neftayırna zavoduna qayıtmış və orada 1941–1951-ci illərdə qurğu və sex rəisi vəzifəsində işləmişdir. O, 1951-ci ildən elmi-tədqiqat işinə keçərək, 1951–1959-cu illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunda, 1959–1985-ci illərdə isə Azərbaycan Elmlər Akademiyası (EA) Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) "Yağların kimyası və texnologiyası" laboratoriyasına 44 il fasiləsiz olaraq rəhbərlik etmişdir. 1985-ci ildən həmin laboratoriyanın aparıcı elmi işçi idi. R. Ş. Quliyev 17 mart 2007-ci ildə vəfat edib.
Sabir Məmmədov (kimyaçı)
[mənbə göstərin] Sabir Əhməd oğlu Məmmədov (10 iyun 1937, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Məmmədov Sabir Əhməd oğlu 10 iyun 1937-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur (əslən Qazax rayonundandır). 1956-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin birinci kursuna kimya fakultəsinə daxil olmuşdur. Hələ institutun dördüncü kursunda akademik V.F.Neqreevin dəvəti ilə AEA-nın Qeyri-üzvi kimya institutunun korroziya laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. 1961-ci ildə ADU-nin beşinci kursunu bitirdikdən sonra korroziya laboratoriyasında mühəndis vəzifəsinə keçirilmişdir.1964-cü ildə ADU-nin üzvi-kimya kafedrasına aspiranturaya daxil olmuş və 1967-ci ildə bitirmişdir.1967-ci ildən AMEA-nın Aşqarlar kimyası institutunda işləmişdir. 1975-ci ildə namizədlik dissertasiyası müdafiəsindən sonra bu institututda baş elmi işçi və sonra analitik kimya laboratoriyasına rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və 1993-cü ildə təyinatla Ali Dənizçilik məktəbində professor vəzifəsində, 1994-cü ildə isə Azərbaycan-Almaniya birgə müəssisəsində direktor vəzifəsində işləmişdir. 2003-cü ildən bu günə qədər laboratoriya müdiri kimi AMEA-nın Aşqarlar kimyası institutunda fəaliyyətini davam etdirir. == Elmi fəaliyyəti == Professor Sabir Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti funksional əvəzolunmuş alkil-aril sulfamidlərin müxtəlif üsullarla sintezi və onların yağlara aşqar kimi öyrənilməsinə aiddir.
Sadıq Hüseynov (kimyaçı)
Hüseynov Sadıq Cavad oğlu (1 may 1883 – 1952, Bakı) - görkəmli kimyaçı alim, əməkdar elm xadimi, professor == Həyatı == 1 may 1883-cü ildə anadan olmuşdur. 1904-cü ildə orta təhsilini Bakı Realnı Məktəbində aldıqdan sonra, Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutuna qəbul olmuş və oranı 1910-cu ildə bitirərək kimyaçı-mühəndis ixtisasına yiyələnmişdir. 1913-cü ildə Kiyev Tibb İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, 1920-ci ildə açılan birillik müəllimlik kurslarının təşkilatçılarından biri olmuş və sonra onun əsasında yaranan Azərbaycan Pedaqoji İnstitutunda 1927-ci ilədək Kimya kafedrasının müdiri işləmişdir. Eyni zamanda, Azərbaycan Tibb İnstitutu (ATİ) və Azərbaycan Sənaye İnstitutunda kimyadan mühazirələr oxumuşdur. 1927-ci ildən BDU-da işləmişdir. 1936-cı ildə BDU-da, bir az sonra ATİ-də Qeyri-üzvi kimya kafedrasının müdiri təyin edilmişdir. 1921-ci ildən başlayaraq 1952-ci ilə qədər həmin tədris ocaqlarında kimyadan dərs demiş, Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir. Azərbaycan dilində kimya terminologiyasının əsasını təşkil edən, orta və ali məktəblər üçün kimya üzrə ilk dərslikləri tərtib etmişdir, Buruq sularından ozon üsulu ilə yodun, bromun alınması, işlənmiş sulfat turşusunun təmizlənməsi üsullarını işləyib hazırlayıb. 1939-cu ildə professor, 1943-cü ildə isə Azərbaycanın əməkdar elm xadimi fəxri adı almışdır.
Sultan Sultanov (kimyaçı)
Sultan Əsgər oğlu Sultanov (15 avqust 1927 – 17 iyul 2013) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. == Həyatı == Sultan Sultanov 1927-ci il avqust ayının 15-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Ordubad şəhərində keçmişdir. Uşaqlıqdan tibb elminə böyük həvəsi oldugu üçün o orta məktəbi bitirdikdən sonra tibb texnikumuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1947-ci ildə Bakıya gəldikdən sonra o, həkim və ya kimyaçı olmaq dileması qarşısında qalır. Çox düşündükdən sonra sənədlərini Bakı Dövlət Universitetinin kimya fakültəsinə verir və oranı 1952-ci ildə əlaçı diplomu ilə bitirir. 1950-1951-ci illərdə Universitetdə təhsil aldığı müddətdə fiziki-kimya fakültəsində baş laborant vəzifəsində çalışır. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının nəzdində olan Neft İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayır. İnstitutda işləyə-işləyə 1954-1958-ci illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunun aspiranturasına daxil olur. 1959-1982-ci illərdə S.Ə.Sultanov akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.
Tofiq Quliyev (kimyaçı)
Tofiq Quliyev (Tofiq Mustafa oğlu Quliyev; 10 dekabr 1938, Naxçıvan şəhəri) — kimyaçı alim, Fövqəladə Hallar Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda Neft-qaz, Kimya sənayesi sahəsi üzrə fiziki-kimyəvi tədqiqatlar laboratoriyasının müdiri, elmi-praktik əhəmiyyət kəsb edən 180-dən artıq elmi əsərin, o cümlədən 50-dən artıq xarici patentin (Rusiya, Almaniya, Bolqarıstan, Çexoslovakiya) müəllifi. == Həyatı == Tofiq Quliyev 1938-ci il dekabr ayının 10-da Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 1966-cı ildə Azərbaycan Neft-Kimya İnstitutunun Kimya texnologiyası fakültəsini bitirmişdir. 1957–58-ci illərdə Məmməd Səid Ordubadi adına Naxçıvan Respublika kitabxanasında kitabxanaçı, 1959–60-cı illərdə isə Sumqayıt şəhərindəki Səthi Aktiv Maddələr zavodunda aparatçı kimi fəaliyyət göstərmişdir. Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda (1961), AMEA-nın Elmi Şurasında "Elastomerlər" almaq üçün yeni yaranmış laboratoriyada (1975) müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən ƏM və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun "Yanğın partlayış" şöbəsinə müsabiqə yolu ilə müdir təyin edilmişdir. 1985-ci ildən etibarən fiziki-kimyəvi tədqiqatlar laboratoriyasında müdir kimi fəaliyyət göstərməyə başlamışdır. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda "Elostomerlər almaq məqsədi ilə etilen və butilenlərin qarşısının spoliterləşməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == Texnoloji avadanlıqların, onların hissələrinin, avadanlıqların yerləşdiyi otaqların döşəmələrinin yuyulub təmizlənməsi proseslərində asan alışan, yanan ( yaxud partlayan), insan üçün zərərli, ətraf mühiti çirkləndirən bahalı üzvi həlledicilərdən istifadə edirlər.
Tofiq Süleymanov (kimyaçı)
Tofiq Süleymanov (azərb. Tofiq Nuri oğlu Süleymanov‎; 10 iyul 1941, Cəbrayıl – 12 avqust 2018, Əbu-Dabi) — Azərbaycanlı kimyaçı alim, professor. == Həyatı == === Təhsili === Tofiq Nuri oğlu Süleymanov 10 iyul 1941-ci ildə Cəbrayıl rayonu Karxulu kəndində anadan olmuşdur. 1948-ci ildə Karxulu kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, sonrakı illərdə təhsilini Maralyan kənd 7 illik məktəbində və Böyük Mərcanlı kənd orta məktəbində davam etdirmişdir. 1959-cu ildə orta məktəbi bitirərək 4 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. 1962–1964-cü illərdə Rusiyanın paytaxtı Moskva şəhərində Sovet Ordusu sıralarında — Mərkəzi Ordu İdman Klubunda xidmət etmişdir. Hərbi xidmətdə qeyri-adi bacarığı, çalışqanlığı ilə fərqlənmiş, sərbəst güləş üzrə SSRİ çempionu olmuş, SSRİ İdman Ustası fəxri adına layiq görülmüşdür. Tofiq Süleyman əsgəri xidmətdən sonra, Azərbaycana qayıtmış və Bakı şəhərində Leytenant Şmidt (indiki Səttərxan) adına Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. Tələbəlik illərində təhsil aldığı universitetin ictimai-mədəni həyatında fəal iştirak etmiş, müəllim-professor heyətinin hörmətini qazanmışdır.
Tofiq Əliyev (kimyaçı)
Tofiq Əliyev (Əliyev Tofiq Abbasəli oğlu; 2 mart 1951, Əliabad, Naxçıvan rayonu) — Kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2017). == Həyatı == Tofiq Əliyev 2 mart 1951-ci ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində anadan olub. == Əsas elmi əsərləri == 1. Elektrokimyəvi korroziya (dərs vəsaiti) – Bakı.: Nurlan nəşriyyatı-2001.63.s 2. Elektrokimyəvi analiz üsulları (dərs vəsaiti) – Bakı.:Nurlan nəşriyyatı-2001.55.s. 3. Metalların kimyası (dərs vəsaiti ).Bakı.: BDU nəşriyyatı.2005,-240s. 4. Metalların korroziyası və korroziyaya meyillik kriteriyaları (dərs vəsaiti ). Bakı: Elm və Təhsil.
Vaqif Əhmədov (kimyaçı)
İbrahim Məmmədov (kimyaçı)
Məmmədov İbrahim Qərib oğlu — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiri == Həyatı == İbrahim Məmmədov 16 oktyabr 1970-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1988-ci ildə Baş Göynük kənd 2 №-li orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1988-1990-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin il BDU-nun kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının nəzdində fəaliyyət göstərən "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" elmi tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 2000-ci ildən həmin kafedranın dissertantı olmuş, 2004-cü ildə "Sulfat anhidridilə aktivləşdirilmiş elektrofil reagentlərin bəzi olefinlərə birləşmə reaksiyaları" mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1997-2007-ci illərdə "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" ETL-də kiçik elmi işçi, 2008-ci ildən həmin kafedranın dosenti, 2015-ci ildən isə professoru vəzifəsində çalışır. "Nüvə Maqnit Rezonansı spektroskopiyasında müasir metodlar" (Bakı-2006, 114 s), "Neft kimyası və neft kimyəvi sintezdən praktikum" (Bakı-2007, 2018, 360 s) adlı dərs vəsaitlərinin, "Ümumi kimya texnologiyası" (Bakı-2011, 308 s), "Karbohidrogen xammalının kimyəvi emalı" (Bakı-2012, 360 s) adlı dərsliklərin, eləcə də "Dynamic NMR spectroscopy" (Moscow-2018, 226 p) adlı monoqrafiyanın müəllifidir. 2011-ci ildə "Alkenilfenollar əsasında funksionaləvəzli birləşmələrin sintezi və onlarda müxtəlif dinamik effektlərin NMR metodu ilə tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. Onun əsas elmi tədqiqat istiqamətləri Nüvə Maqnit Rezonansı (NMR) spektroskopiyası, heterotsiklik birləşmələr kimyası, neft kimyası və bioyanacaqlardır.
İsa Hüseynov (kimyaçı)
İsa Şahruddin oğlu Hüseynov (17 dekabr 1957, Qazma, Balakən rayonu) – kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru. == Həyatı == İsa Şahruddin oğlu Hüseynov 1957-ci il dekabrın 17-də Balakən rayonunun Qazma kəndində ziyalı ailəsində anadan olmuşdur. Qazma 1 saylı orta məktəbin 8-ci sinfindən sonra Bakı şəhər 5 saylı kimya-biologiya təmayüllü məktəbə qəbul ounmuş və 1975-ci ildə həmin məktəbi bitirərək Balakən rayon sanitar-epidemoloji stansiyasında əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Ukrayna Respublikasının Lenin komsomolu adına Lenin ordenli Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin kimyəvi texnologiyası” fakültəsinə qəbul olumuş və 1982-ci ildə adı çəkilən fakültəni bitrirərək “Aktiv-bioloji birləşmələrin kimyəvi texnologiyası” ixtisası üzrə mühəndis- kimyaçı-texnoloq kvalifikasiyası almışdır.1982-ci ildə təyinat üzrə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunmuş, 1986-cı ildə AEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna keçirilmişdir. 1986-91-ci illərdə adı çəkilən institutun aspiranturasının qiyabi şöbəsində təhsil almış, 1993-ci ilin fevral ayında həmin institutun ixtisaslaşmış elmi şurasında “Kimyəvi kinetika və kataliz” və “Neft kimyası” ixtisasları qovşağında namizədlik dissertasiyası müdafiə etmişdir. İsa Hüseynov 1991-2005-ci illərdə Bakı şəhərinin müxtəlif kimya müəssisələrində- Bakı kimya əczaçılıq zavodunda sex ustası, texnoloq və istehsalat – texniki şöbənin rəisi, 1 saylı əcza-depoda bioloq, AR Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibb Sənayesi Birliyində kimyaçı-texnoloq, Suraxanı r-n 411 saylı aptekdə kimyaçı-analitik vəzifələrində çalışmışdır. 2005-2015-ci illərdə AMEA akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutunda (indi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) böyük emi işçi olmuşdur. 2015-ci ildən AMEA akad.
İsmayıl Əliyev (kimyaçı)
Əliyev İsmayıl Əhmədəli oğlu (27 fevral 1947, Nüvədi, Meğri rayonu) — Kimya elmləri doktoru (1990), professor (1997), Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru (2006). == Həyatı == İsmayıl Əhmədəli oğlu Əliyev 1947-ci il fevral ayının 27-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olmuşdur. 1954-1961-ci illərdə Nüvədi kənd 7 illik məktəbində oxumuş, kənddə orta məktəb olmadığı üçün orta təhsilini həmin kənddə axşam növbəli kəndli-gənclər məktəbində başa vuraraq, 1965-ci ildə qızıl medalla bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olmuş, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Universitetdə saxlanılaraq üzvi kimya kafedrasında üç ay baş laborant vəzifəsində işləmiş, 01.12.1970-01.12.1973-cü illərdə həmin kafedranın əyani aspiranturasında oxumuşdur. 1976-cı ilin may ayında Azərbaycan Dövlət Universitetində 02.00.03 - Üzvi kimya ixtisası üzrə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işi müdafiə edib. 1965-ci ildən başlayaraq bütün həyatı Bakı Dövlət Universiteti ilə bağlı olub. Aspiranturanı bitirdikdən sonra yenə təyinatla Universitetdə saxlanılmış, laborant, axşam və qiyabi şöbədə metodist, 1979-cu ilin sentyabrından başlayaraq BDU-nun Üzvi kimya kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər həyat yolu keçmişdir. ADU-nun üzvi kimya kafedrasında baş laborant (01.09.1970-01.12.1970), laborant (08.12.1973-11.01.1977), metodist (11.01.1977-17.09.1979), müəllim (17.09.1979-12.09.1985), baş müəllim (12.09.1985-24.09.1986), dosent (24.09.1986-7.12.1991) və professor (07.12.1991-dən) vəzifələrində çalışmışdır. İrkutsk şəhərində Uzvi Kimya İnstitutunun SEA Sovetlər birliyi və İrkutsk Dovlət Umiversitetində təkmilləsmə kursu keçmişdir (09.1988 -02.1989). 1990-cı ilin dekabr ayında İrkutsk Dövlət Universitetində (Şərqi Sibir) 02.00.03 - Üzvi kimya ixtisası üzrə “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası” mövzusunda doktorluq dissertasiya işi müdafiə edib.
İsrafil Məmmədov (kimyaçı)
İsrafil Məmmədov — (Tam adı: İsrafil Allahverdi oğlu Məmmədov ; d.25 iyun 1927 Ordubad - ö.28 oktyabr 1995 Bakı ) — Kimyaçı, Kimya elmləri doktoru (1965), Professor (1972). == Həyatı == Məmmədov İsrafil 25 iyun 1927-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1955-ci ildə Azərbaycan Milli EA Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1951-1971-ci illərdə burada kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1971-1972-ci illərdə isə korroziya prosesinin inhibitorlaşdırılması laboratoriyasına rəhbərlik etmişdir. 1972-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) rektoru olmuşdur. == Elmi fəaliyyəti == 1978-1980-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitunda böyük elmi işçi, 1980-1986-cı illərdə dispers sistem və səth hadisələri laboratoriyasının müdiri, 1987-1989-cu illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Naxçıvan şəhərində yerləşən "Araz" təcrübə zavodunun direktorunun elmi işlər üzrə müavini işləmişdir. 1986-91-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin İnstitunda (indiki Azərbaycan Milli Aerokosmik Agentliyi) laboratoriya müdiri, 1991-1992-ci illərdə Ordubadda Xüsusi Konstruktor Bürosunun direktor müavini və Baş mühəndisi, 1992-1995-ci illərdə AMEA Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitunda aparıcı elmi işçi vəzifələrində işləmişdir. Tədqiqatları mürəkkəb çoxfazalı sistemlərdə metalların korroziyası, korroziyaya qarşı inhibitorların yaradılması və onların təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 200-dən çox elmi işin, 4 monoqrafiyanın, 30 müəlliflik şəhadətnaməsinin müəllifidir. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. == Xatirəsi == “Ömür təqvimindən tökülən yarpaqlar” kitabı İsrafil Məmmədovun həyatının bəzi məqamlarını əks etdirir.
Əkbər Ağayev (kimyaçı)
Ağayev Əkbər Əli oğlu (26 fevral 1954, İrəvan) — Sumqayıt Dövlət Universitetinin professoru. == Həyatı == Ağayev Əkbər Əli oğlu 26 fevral 1954-cü ildə İrəvan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1961-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbin birinci sinifinə getmiş və həmin məktəbi 1971-ci ildə bitirmişdir. 1971-ci ildə M.Əzizibəyov adına Neft və Kimya istitutunun (indiki ADNA) kimya-texnologiya fakültəsinə daxil olmuş və oranı 1976-cı ildə bitirmişdir. Mühəndis-kimyaçı texnoloqdur.Əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 1976–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunda mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1976–1980-ci illərdə həmin institutun qiyabi aspirantı olmuşdur. 1983-cü ildən Sumqayıt Dövlət Universitetində çalışır. 1983–1987-ci illərdə dosent, 1987-ci ildən bu günə qədər isə indiki "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiridir. 1995–2000-ci illərdə beynəlxalq əlaqələr üzrə prorektor, 2004–2006-cı illərdə "İqtisadiyyat və İdarəetmə" fakültəsinin dekanı vəzifələrini də icra etmişdir.
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi == Tarixi == "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. == Sarayın qarşısındakı meydan == "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir. == İstinadlar == == Xarici keçidlər == Sumqayıt.

Digər lüğətlərdə