kirbas 2021

kirbas
kirayəvermə
kirdar 2021
OBASTAN VİKİ
Mariya Kirbasova
Mariya Kirbasova (rusca:Мария Ивановна Кирбасова, 1941, SSRİ – 2011) — Rusiya Əsgər Anaları Komitəsinin əsasını qoyan insan haqları aktivisti. Rusiyada anadan olan Mariya Kirbasova Kalmık əsillidir. 1955-ci ildə Mariya Kirbasova Thorolf Rafto Memorial Mükafatı və Sean MakBrayd Sülh Mükafatı ilə təltif edilmişdir. O, həmçinin 1996-cı ildə Right Livelihood Mükafatı ilə təltif edilmişdir. == Həyatı == Mariya Kirbasova İkinci Dünya müharibəsi zamanı Sibirə sürgün edilmiş Kalmık ailəsində anadan olmuşdur. Ona və onun ailəsinə 1950-ci illərdə — Xruşşovun hakimiyyəti illərində ata-baba yurdlarına geri dönmələrinə icazə verildi. O, düşüncə baxımından pasifist buddist olmuşdur. Onun oğlu Petia 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. Kirbasova oğlunun hərbi xidmətə çağırılmasına hərarətli formada qarşı çıxmış və Sovet Ordusunda xidmət edən əsgərlərin yaşadıqları şərtlərə qarşı etirazlar təşkil etmişdir. O, Rusiya Əsgər Anaları Komitəsininə katib seçilmişdir.

Digər lüğətlərdə