KİS

межд. возглас, которым пастухи подгоняют овец
KİRZA
KİSBƏND
OBASTAN VİKİ
Co-Kis
Co-Kis (ing. Joe Cays) — Baham adalarında adalar qrupu. İnzibati cəhətdən Qrand-Key rayonunun tərkibindədir. Adalar Abako adalarının şimalında, Streyncer-Keydən 2,5 kilometr şimal-şərqdə yerləşir. Co-Kis 1,4 kilometr uzunluğunda bir ərazini əhatə edir. Ən böyük ada oval formasındadır, uzunluğu 600 metr və eni 300 metrdir.
Euphorbia kischenensis
Euphorbia kischenensis (lat. Euphorbia kischenensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır. Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı yapon videooyunçudur.
Henri Kissincer
Henri Kissincer (ing. Henry Alfred Kissinger, alm. Heinz Alfred Kissinger‎, 27 may 1923[…], Fürt[d], Bavariya, Veymar Respublikası – 29 noyabr 2023, Kent[d], Konnektikut, ABŞ) — ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı; Misirin İsraili tanımasını təmin edən şəxs; "Təhlükəsiz irrasionallıq" doktrinasının müəllifi; ABŞ ilə SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru; ABŞ dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra etmiş siyasətçi; Beynəlxalq ictimaiyyətin xilasedici nəzərilə yanaşdığı ABŞ prezidenti Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə Baş müşaviri; Genetikası Dəyişdirilmiş Orqanizmlər dokrinasının müəlliflərindən biri; "Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan. Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir!" cümləsi ilə ABŞ-nin ərzaq siyasətini bir cümlə ilə ifadə edən şəxs; Livanı İsrail və Suriya arasında bölüşdürmək üçün bu ölkədə vətəndaş müharibəsini çıxaran: Fələstin Qurtuluş Təşkilatını iki hissəyə parçalayan; İsraili 1967-ci il sərhədlərinə geri çəkilməyə məcbur etməyə çalışan ABŞ-nin Milli Təhlükəsizlik Komitəsinin sədrinin köməkçiki İosif Siskonun planının həyata keçirilməsinin qarşısını alan şəxs.[mənbə göstərin] 1969-1977-ci illərdə Riçard Nikson və Cerald Fordun prezident administrasiyalarında ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb. == Həyatı == 1923-cü ildə Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. Atası Luis Kissincer (1887–1982) məktəb müəllimi, anası Paula Ştern Kissincer (1901–1998) isə evdar qadın olub. Kiçik qardaşı Valter Kissincerdir. 1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanır. Kissincerin tələbəlik illəri Manhettendə keçir. Burada o yəhudi icmasının fəallarından birinə çevrilir.
Kikuzo Kisaka
Kikuzo Kisaka — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kiselyov islahatları
Kiselev islahatı — 1837-1841-ci illərdə Rusiya imperiyasının Dövlət Əmlak naziri Pavel Dmitriyeviç Kiselyovun təşəbbüsü ilə həyata keçirilən, dövlət kəndlilərinin idarə edilməsi islahatıdır.. == İslahata hazırlıq == 1836-cı ildə kəndli islahatı layihəsini hazırlamaq üçün P. D.Kiselyovun rəhbərliyi ilə İmperator Əlahəzrətinin Şəxsi dəftərxanasının 5-ci şöbəsi təşkil edildi. Pavel Dmitriyeviç Kiselyov təhkimçiliyin ləğvinin tərəfdarı idi, lakin eyni zamanda bu məsələni dövlət üçün sarsıntısız və tədricən həll etməyi təklif etdi. O, hələ nazir olmasa da, o, öz islahatçı ideyalarını həyata keçirmək üçün böyük imkanlara malik olmaqla, monarx qarşısında şəxsi həftəlik hesabat hüququ əldə etmişdi. Dəyişikliklərin Sankt-Peterburq quberniyasından başlaması nəzərdə tutulurdu, ona görə də Sankt-Peterburq Dövlət Mülkiyyət İdarəsi yaradıldı, bu əyalətin bütün dövlət kəndliləri və əmlakı Maliyyə Nazirliyindən verildi.. Bununla belə, öz ideyasını ardıcıl proqrama çevirmək, həm də onu müsbət nəticələrlə gücləndirmək üçün Kiselyovun dövlət əmlakını və yalnız bir vilayətin kəndlilərini idarə etməsi kifayət etmədi, ona ilkin tədqiqatların miqyasını mümkün qədər çox artırmaq lazım idi. 1836-cı ilin mayında Kiselyov dövlət əmlakının yoxlanılması üçün Moskva, Pskov, Kursk və Tambov əyalətlərinə məmurların göndərilməsi xahişi ilə I Nikolaya müraciət etdi. Yoxlamanın sonunda vəzifəli şəxslərin hər biri öz rəsmi hesabatının surətini qubernatora təqdim etməli idi, o da öz növbəsində auditin bütün subyektləri üzrə hesabata baxaraq müəyyən iradlarını bildirdi. Kiselyov kəndlilərin vəziyyətinə şəxsən baxmağı və dövlət əmlakının, xüsusən də dövlət kəndlilərinin təşkili üçün istifadə edilməli olan bəzi prinsiplərdən istifadənin rahatlığına əmin olmağı zəruri hesab edirdi, ona görə də Sankt-Peterburqun bəzi rayonlarına - Peterburq quberniyasına, sonra Pskov, Kursk və Moskvaya getdi. Qayıdanda o, İmperator I Nikolaya qısa bir hesabat təqdim etdi, burada islahat layihəsinin inkişafının əsas istiqamətləri qeyd edildi.
Kiselyov qayası
Kiselyov qayası – Rusiya Federasiyasının Krasnodar diyarında təbiət abidəsi. Qara dəniz sahilində yerləşir. Kiselyov qayası diyarın Tuapsinski rayonunun qərbindədir. Düz və hamar səthə malik olan bu qayanın hündürlüyü 46 metrdir. Eni isə 60 metrdi. Qaya Tuapse şərhərindən 4 km şimal-qərbdə, Kadoş burnu ilə Aqoy çayının mənsəbi arasında yerləşir. == Kadoş meşə parkı == Kiselyov qayası 700 metrliyində olan Mışinı norki qayası ilə birlikdə qorunan Kadoş meşə parkı ərazisinə daxildir. Parkın ümumi sahəsi 300 hektardır. Qayanın sahəsi isə təxminən 1 hektardır. Sahil klifində olan qayalı ərazidə pitsunda şam ağacları geniş yayılıb.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Kislovodsk
Kislovodsk (rus. Кисловодск, qaraç.-balk. Ачысуу, Açısuw) — Rusiya Federasiyasında yerləşən Stavropol diyarına daxildir. RF-nin Soçidən sonra böyüklüyünə görə ikinci kurort şəhəridir. Kislovodsk Qara və Xəzər dənizləri arasında yerləşir. == Əhalisi == === Şəxsiyyətləri === Konstantin Nazarov - Sovet İttifaqı Qəhrəmanı.
Kislovodsk Milli Parkı
Kislovodsk milli parkı (2016-cı ilin 2 iyununa kimi — İstirahət parkı) — Kislovodsk şəhərində xüsusi mühafizə olunan təbiət ərazisi. Avropanın ən böyük şəhər parkı. Kislovodsk parkının sahəsi 965,8 hektardır. Müqayisə üçün — Böyük Britaniyanın ən böyük şəhər parkı (Richmond Park) 955 hektar, Versal sarayının parkının sahəsi 800 hektardır. Parkdakı təbiət abidəsi Krasnıy Kamnidir. Parkın bir neçə yerində var və qırmızı-qəhvəyi rəngə və müxtəlif aşınma formalarına malikdir. Hal-hazırda Kislovodsk Milli Parkı üç şöbədən ibarətdir: Narzan qalereyasından Güzgülü hovuza və Şüşəli axına aparan Köhnə (və ya Aşağı) park; Qızılgüllər vadisindən başlayaraq Boz Daşlarla bitən Yeni (və ya Orta) park; Dağ parkı. Sahəsinə görə ən böyüyü. Boz və Mavi daşlardan Kiçik və Böyük Yəhər dağlarına qədər. == Tarixi == Parkın tikintisi ilə bağlı işlər 1823-cü ildə general Aleksey Yerrmolovun əmri ilə başlanılmış.
Kiso Yoşinaka
Minamoto no Yoşinaka (源 義仲, 1154, Musaşi əyaləti[d], Tokaydo[d] – 21 fevral 1184 və ya 4 mart 1184, Omi əyaləti[d], Tosando[d]) və ya Kiso Yoşinaka (木曾 義仲) – Heyan dövründə yaşamış Yaponiya generalı. Minamoto klanının üzvü olsa da, Qenpey müharibəsi zamanı Minamoto no Yoritomonun rəqibi olmuşdur. == Həyatı == Yoşinakanın atası Minamoto no Yoşihira tərəfindən öldürüldüyü üçün o, südanasının əri olan Nakahara Kaneto tərəfindən Şinano əyalətinin Kiso bölgəsində böyüdülmüşdür. 1180-ci ildə Minamoto no Yoritomo və digər klan üzvləri ilə birlikdə Tayra ailəsinə qarşı Qenpey müharibəsini başlatmışdır. Yoşinaka 1183-cü ildə paytaxtı ələ keçirmiş və müharibəni üçtərəfli konfliktə çevirmişdir. Belə ki, Tayra klanı qərbdə, Yoritomo isə şərqdə olarkən Kiotonu öz əlində saxlamaq istəmişdir. Ordusunun itaətsizliyi, eləcə də, saraya, xüsusilə də, keçmiş imperator Qo-Şirakavaya qarşı hərəkətlərinə görə Yoritomo qardaşları Minamoto no Yoşitsune və Noriyorini Kiotoya göndərməyə məcbur olmuşdur. Baş verən döyüş nəticəsində Yoşinakanın qüvvələri məğlub olmuşdur. Yoşinaka məşuqəsi Tomoe Qozenlə qaça bilsə də, Omi əyalətinin yaxınlığında öldürülmüşdür. == Populyar mədəniyyətdə == Yoşinakanın, eləcə də, məşuqəsi Tomoe Qozenin hərbi macəraları Yaponiyada bir çox hekayə kitabının və no tamaşasının mövzusu olmuşdur.
Kisoro (rayon)
Kisoro — Uqandanın Qərb bölgəsinə daxil olan rayon. == Yerləşməsi == Kisoro rayonu şimaldan Kanunqu rayonu, şərqdən Kabale rayonu, cənubdan Ruanda və qərbdən Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Kisoro qəsəbəsi Kabalenin qərbində, yol ilə taxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il əhali siyahıyaalınması zamanı rayon əhalisi 186 870 nəfər olaraq qiymətləndirilmişdir. 2002-ci il siyahıyaalınması zamanı əhalinin sayı 220 300 nəfər idi. 27 avqust 2014-cü il tarixində aparılan ölkə əhalisinin siyahıya alınması zamanı rayon əhalisi 281 705 nəfər təşkil etmişdir. == Din == 2002-ci ilin sentyabr ayına olan məlumata görə rayon sakinlərinin dini mənsubiyyəti: Xristianlıq - 95,8 faiz, İslam - 0,8 faiz, digərləri - 1,3 faiz, heç biri - 2,2 faiz.
Kiss (albom)
Kiss — L'Arc~en~Ciel qrupunun albomudur.
Kiss (musiqi qrupu)
Kistinlər
Kistlər (gürc. ქისტები, çeç. Kistoj, Kisti) və ya Kistinlər — Nax-Dağıstan dillərinin Nax dil qoluna aid olan və çeçenlərin subetnik qrupu sayılan müsəlman etnik qrup. Toplum adını Çeçenistandakı Key-Yista məntəqəsindən almışdır. Kompakt halda Gürcüstanda yaşayırlar. 2002-ci il siyahıyaalınmasına əsasən Gürcüstanda 7,110 nəfər kist yaşamışdır. Onlardan 6,928 nəfəri Axmeta rayonunda məskunlaşmışdı.
Kistlər
Kistlər (gürc. ქისტები, çeç. Kistoj, Kisti) və ya Kistinlər — Nax-Dağıstan dillərinin Nax dil qoluna aid olan və çeçenlərin subetnik qrupu sayılan müsəlman etnik qrup. Toplum adını Çeçenistandakı Key-Yista məntəqəsindən almışdır. Kompakt halda Gürcüstanda yaşayırlar. 2002-ci il siyahıyaalınmasına əsasən Gürcüstanda 7,110 nəfər kist yaşamışdır. Onlardan 6,928 nəfəri Axmeta rayonunda məskunlaşmışdı.
Kisumu Muzeyi
Kisumu Muzeyi — Keniyanın Kisumu regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Qərb Keniyanın təbii və mədəni tarixində xüsusi diqqət yetirilən ekponatlardır. Muzeydə yerli flora və faunanın toplusunu, eləcə də Luo əhalisinin evlərini görmək mümkündür. Muzeyin 1980-ci ildə açılışı olmuşdur.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kisəağızkimilər
Kisəağızkimilər (lat. Saccopharyngiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Kisəli ayı
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.

Digər lüğətlərdə