kobalt
kobaltlı
OBASTAN VİKİ
Kobaltin
Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni). == Xassələri == Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya).

Digər lüğətlərdə