korda

korda
kord
kordabalet 2021
OBASTAN VİKİ
Alberto Korda
Alberto Díaz Gutiérrez və ya daha çox tanınan adı ilə Alberto Korda (d. 14 sentyabr 1928, Havana — ö. 25 may 2001, Paris) — kubalı fotoqraf. 1960-cı ildə çəkdiyi Guerrillero Heroico (Qəhrəman partizan) fotosu ilə məşhurdur. == Həyatı == Korda adı ilə tanınan Alberto Dias Qutierres 14 sentyabr 1928-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olmuşdur. Fotoqrafiyaya atasından götürdüyü Kodak 35mm fotoaparatı ilə öz sevgilisinin şəkillərini çəkməklə başlamışdır. Fotoqrafiyaya başlama səbəbinin "qız tutmaq" olduğunu açıqlayan Korda ilk evliliyini kubalı model Natalia Menendez ilə etdi. Korda dəmiryolu işçisinin ailəsində doğulmuşdu və fotoqraf olmazdan əvvəl bir neçə işdə çalışmışdır. O, öz karyerasına ziyafət məclislərində və toylarda şəkil çəkməklə başlamışdır. Yeni başlayan Kordanın fotoları çox keyfiyyətsiz idi; bir neçə aydan sonra şəkillər tutqunlaşır və saralırdı.
Kordaitlər
Kordaitlər (lat. Cordaitidae) — i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi. Kordait gövdəsinin eni1m-ə və hündür­lüyü 30 m-ə çatan ağaclarla təmsil olun­muş paleozoy çılpaqtoxumlu bitkiləri. Yarpaqların forması dilşəkilli və dairəvi-ellipsvaridən nəştərşəkilliyədək dəyişir. Hamar qabıqlı gövdəsinin əsas hissəsini ksilem (oduncaq) və özək təşkil edir. Həqiqi kordaitlar tropiklərdə yayılmış, kömürəmələgəlmədə iştirak etmişdir. Karbon - erkən trias. == Həmçinin bax == İynəyarpaqlılar Ağaclar Paleozoy erası Çılpaqtoxumlular Yarpaq Karbon dövrü Trias dövrü == İstinadlar == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kordanizm
Kordanizm termini İranda elmi sübut almaq üçün bir sıra saxtakarlıqlar etməyə işarə edir.Bu termin Əli Kordan, İranın keçmiş daxili işlər nazirinin saxta fəxri doktoru hekayəsi əsasında yaradılıb.
Kordapulovun evi
Kordapulovun evi (bolq. Кордопулова къща) — Balkanlarda bolqar intibahının ən böyük yaşayış binalarından biri. Melnik şəhərinin şərq hissəsində yerləşir və əsas turistik yerlərindən biridir. Evin yaxınlığında bir ailə kilsəsinin xarabalıqları vardır. Ev 1754-cü ildə inşa edilmişdir. Tikili varlı yunan tacirləri və şərabçıları olan Kordopulos ailəsinə məxsus idi. (Qeyd etmək lazımdır ki, 1913-cü il İkinci Balkan müharibəsindən əvvəl yerli yunan sakinləri Melnik əhalisinin əksəriyyətini təşkil edirdi). Ev şərab istehsalı, saxlanması və ticarəti üçün istifadə olunurdu. Ev indi özəl muzey kimi istifadə olunur. Şərab zirzəmilərinə baş çəkmək və şərab dequstasiyasını da daxil olmaqla daim keçirilən turlar vardır.
Kordali
Kordali və ya palayi (kürd. kurdaliî) — İran və İraq arasında sərhədyanı ərazilərdə danışılan kürd dillərindən biri. == Yayılması == Bu idiom İranın İlam ostanının bəzi yerlərində (Abdanan, Dehluran və s.) danışılır. İraqda Əli-əl-Qərbidə və Vasit mühafəzəsində yayılmışdır.