KORCASINA
KOREYACA
OBASTAN VİKİ
Cənubi Koreya
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Koreya
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Koreya (dəqiqləşdirmə)
Koreya — Şərqi Asiyada bir bölgə.
Koreya Fondu
Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir. == Tarix == Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı. == Təşkilat == Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir.
Koreya Nəqliyyatı
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreya Respublikası
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Koreya Universiteti
Koreya Universiteti (KU, Koreyaca: 고려 대학교; Hanca: 高麗 大 學校; RR: Qoryo Dehakkyo), Cənubi Koreyanın Seul şəhərində yerləşən özəl bir tədqiqat universitetidir. 1905-ci ildə qurulan Koreya Universiteti, ölkənin ən qədim və ən nüfuzlu ali təhsil müəssisələrindən biri olaraq qəbul edilir və SKY (universitetlər) dan biridir. Tələbə heyəti 20.000 -dən çox lisenziya və 10.000 -dən çox aspirant tələbəsindən ibarətdir. Universitetin akademik genişliyi 19 kollecdəki 81 fakültə və bölmə və 18 məzun məktəbindən ibarətdir. 1,500-dən çox tam zamanlı müəllimə malikdir və 95% -dən çoxu elmlər namizədi elmi dərəcəsinə və ya öz sahələrində ekvivalent ixtisasa malikdir. Koreya Universiteti Məzunları Dərnəyi 280.000-dən çox universitet məzunundan ibarətdir. Korea Universiteti, Cənubi Koreya tarixində hüquq, iqtisadiyyat və jurnalistika kimi müxtəlif sahələrdə akademik proqramlar təqdim edən ilk təhsil müəssisəsi olması ilə seçilən böyük bir tədqiqat müəssisəsidir. Xüsusilə Cənubi Koreyanın ən tanınmış lisenziya hüquq proqramlarından biri sayılan Hüquq Kolleci ilə məşhurdur. Koreya Universitetinin Xarici Dil Araşdırmaları İnstitutu, Davamlı Təhsil İnstitutu, Beynəlxalq Təhsil İnstitutu və Tədris və Öyrənmə Mərkəzi kimi köməkçi təhsil imkanları da vardır. Battelle@KU Laboratoriyası, İlmin Beynəlxalq Əlaqələr İnstitutu və İnformasiya Təhlükəsizliyi Texnologiyaları Mərkəzi də daxil olmaqla 115 tədqiqat institutu var.
Koreya arxipelaqı
Koreya arxipelaqı (kor. 연평도) — Sarı dənizdə, Koreya boğazı və Çecu boğazı sularında yerləşən 3,5 min ada və qayalıqdan ibarət olan Cənubi Koreyaya məsub olan arxipelaq. Arxipelaqın ən iri adaları: Kocedo, Namhedo, Çindo. Arxipelaqa daxil olan adaların sahilləri girintili-çıxıntılıdır. Adalar əsasən təpəlik və alçaq dağlıq ərazilərdən ibarətdir. Üzəri subtropik meşə və kolluqlarla örtülüdür. Sahil suları bioresurslarla zəngindir. Balıqçılıq və molyusk ovlama tədərufatı inkişaf etmişdir.
Koreya boğazı
Koreya boğazı Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Boğaz Koreya yarımadasını Yapon arxipelaqına daxil olan iki - Kyusyu və cənub-qərb sonuncunda isə Honşu adalarından ayırır. Uzunluğu 324 km, ən dar hissədə eni isə 180 km təşkil edir. Ən dayaz yeri 73 m-dir. Boğazda yerləşən Tsuşima adası boğazı iki yerə şərqi və qərbi boğazlara bölür. Şərqdə yerləşən keçid Tsuşima boğazı adlanır.
Koreya bərzəxi
Koreya bərzəxi (ing. Isthmus of Korea) — Koreya yarımadasının şimalında, Qərbi Koreya körfəzi ilə Şərqi-Koreya körfəzi arasında 160 km məsafədə yerləşir. KXDR ərazisində Nampxo və Vonsan şəhərləri arasından keçir. Regionun relyefi rəngbərəngdir: Sahil düzənlikləri, dağətəyi ərazilər, meşəli dağ çığırları, hündürlüyü 1833 metrə çatan Puktebon zirvəsi və sıldırımlı qayalar. Sıldırımlı hündür massivlərdə demək olar ki, tikililərin böyük əksəriyyəti qədim zamanlara təsadüf edir. Ərazidə Vonsan düzənliyi yerləşir.
Koreya dalğası
Koreya dalğası (ing. Korean Wave) və ya Koreya axını (kor. 한류; 韓流; Hallyu) — 1990-cı illərdən başlayan Cənubi Koreya mədəniyyətinin dünyada məşhurluğunun artması. == Tarix == Koreya mədəniyyətini yumuşaq güc kimi istifadə etməkdən Koreya müstəqillik hərəkətinin başı və Koreya Respubkilasının Müvəqqəti Hökumətinin prezidenti, Kim Qu yazırdı: <...> İstəyirəm ki, millətimiz, dünyanın ən gözəl milləti olsun. Bunnan ən güclü millət demək istəmirəm. Mən başqa millətin tərəfindən istila olunmağınən ağrısını hiss etdiyimə görə, istəmirəm ki, öz millətim başqaları istila etsin. Yətər ki, varlığımız həyatlarımızı bərəkətli etsin; yətər ki, gücümüz xarici istilalara mane ola bilsin. Sonsuz miqdarda arzu etdiyim tək şey, mərd mədəniyyətinin gücüdür. Ona görə ki, mədəniyyət gücü bizi də xoşbəxt edir, başqalara da xoşbəxt verir <...> === 1950-1995: Yeni yaranmış film bazarı üçün mübarizə === Koreya müharibəsindən (1950-1953) sonra Cənubi Koreyada Han çay möcüzəsi adlanan iqtisadi artım müdəti başlayıb. Pak Çon Hi prezidentliyin zamanı əcnəbi filmlərə kvota qoyulmuşdu.
Koreya dili
Koreya dili (Cənubi koreyaca: 한국어/韓國語 hangugeo, Şimali koreyaca: 조선말/朝鮮말 chosŏnmal ) — koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir. Tarixən yazısı 1446-cı ildən bu yana məlumdur. Çin yazı sisteminə əsaslanan Hanqıl yazısıdır. Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və Çejudo dialekti. Koreya dilinin fonoloji sistemi 40 fonemdən ibarətdir. Bunlardan 19-u samit, 21-i isə sait fonemlərdir. Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur. == Dilin adı == 1945-ci ilinə gədər bütün koreyalılar öz dilinə əsasən "çosonmal" kor. 조선말, 朝鮮語 və ya "çosono" (kor. 조선어, 朝鮮語) deyirdilər; bu ad hələ də Şimali Koreyada istifadə edilir.
Koreya epimediumu
Koreya epimediumu (lat. Epimedium koreanum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin epimedium cinsinə aid bitki növü.
Koreya folkloru
Koreya folklorunun hissələri sayılan tarix və praktikaların neçə min illərə yaxın ömrü var. Koreya folklorunun nümunələri şamanizm, konfutsiçilik, buddizm və son zamanlar xristianlıqdan əmələ gəlmişdir. Milli ənənələrin əksəriyyəti kəndlərdə inkişaf etməkdə idi. Onların bir çoxu məişət və kənd təsərrüfatı ilə əlaqəli olaraq ailə və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu milli nağılların ifasında əks olunur: İfaçılar həmin nağıllar sayəsində tamaşaçıların diqqətini cəlb edirdilər. Ənənə və hekayələr dildən-dilə keçirdi, yazılı nümunələr isə 5-ci əsrdən yaranmağa başlamışdır. Ənənələrin çoxu az praktik və ya müasirləşmiş hala düşsə də, folklor Koreya cəmiyyətində dərin kökə malik olub və hələ də din, incəsənət, hekayələr və adətlərə təsir etməkdədir. == Folklorun növləri == Koreya mədəniyyətində folklorun bir çox növləri var, həmçinin, İmuldam (kor. 이물담) hansı ki, bədheybət, qoblin və ruhlar kimi fövqəl-təbii varlıqlara həsr olunmuşdur. Ən geniş yayılmış varlıq Koreyanın qoblini olan Dokkebi(또깨비)-dir.
Koreya imperiyası
Koreya İmperiyası (kor. 대한 제국 Dehan Jequk)— 1897-ci ildə Kvanqmu Bərpasından 1910-cu ildə Koreyanın Yaponiya ilhaqına qədər Koreyanın adı. Yeni ad suverenliyini vurğulamaq və qədim Koreyanı Samxan dövlətləri ilə bənzətmək üçün Çoson krallığının 500 il boyu idarə etdiyi dövlətə verildi. == Tarixi == === Ümumi məlumat === Çoson sülaləsinin idarə etdiyi Koreya(1392-1897) diplomatik səbəbdən Çosonun Kral tərəfindən Çindən asılı olmayaraq idarə olunduğuna görə, Tzin sülaləsindəki Çinin (1636-1912) bir müştəri səltənəti idi. XIX əsrin sonlarında Koreyanı təsir dairəsinə almaq uğrunda Koreya Tzin və Yaponiya arasındakı münaqişə zonasına çevrildi. Birinci Çin-Yapon müharibəsi Çoson dövlətinin münaqişə döyüşlərinin özünün Koreya torpağında və ətraf dənizlərdə aparıldığı üçün xarici müdaxilələrə qarşı saxladığı hər hansı bir gücün sürətlə azalmasına gətirdi. Silinən və zəif Tzin sülaləsi üzərində yeni bir üstünlük qazanması ilə Yaponiya nümayəndələri Şimonoseki müqaviləsini Tzin ilə müzakirə etdi. Müqaviləni imzalamaqla, Rusiyanın cənub genişlənməsinin qarşısını almaq üçün hazırlanmış bir addım, Yaponiya Lyaodun yarımadasını Tzindən almaq və daha da önəmlisi Koreya üzərində nəzarət etmək üçün yarışdı. Ancaq Rusiya bu razılaşmanı Çinin şimal-şərqindəki maraqlarına qarşı bir hərəkət kimi tanıdı və nəticədə Fransa və Almaniyanı Lyaoudun yarımadasının Tzinə qaytarılması lazım olduğunu söylədi. Bu zaman Yaponiya, xüsusilə daha inkişaf etmiş hesab etdiyi və təqlid etmək istədiyi millətlər tərəfindən bu cür xarici təzyiqlərə qarşı çıxa bilmədi və Lyaodun yarımadasına iddiasından imtina etdi.
Koreya kilqranı
Koreya kilqarını (lat. Hemiculter leucisculus) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Tropiklərin istər duzlu istərsə şirin sularına uyğunlaşa bilir. Çin, Yaponiya, Honq Konq, Koreya və Amur çayı hövzələrində rastlanılır. İran, Əfqanıstan və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox başqa ölkələrə gətirilərək çoxaldılıb. İlk olaraq 1855-ci ildə S. Basilevski tərəfindən Culter leucisculus olaraq təsvir edilmişdir. Elmi ədəbiyyatda da Chanodichthys leucisculus və ya Hemiculter leucisculus warpachowskii olaraq adlandırılır. Balıqların uzunluğu 23.0 sm-ə çatır. Suyunun temperaturu 18–22 °C (64–72 °F) olan ərazilərdə yaşayır. Bel nahiyəsi yaşıl-boz, qarı isə ağ olur.
Koreya mifologiyası
Koreya mifologiyası (kor: 한국 신화) dedikdə Koreya mifləri nəzərdə tutulur. Şimal-şərqi Asiya mifləri ilə oxşar cəhətləri çoxdur. Xüsusilə Sibir də daxil olmaqla Mancuriyadakı şamanizm, yəni muizm (Koreya şamanizmi) ənənələrinin olduğu ərazilərlə oxşar mifoloji struktura malikdir. Sonrakı Koreya miflərlərində daosizm və buddizmin təsiri ilə muizm-buddizm-daosizmin bir-biri ilə vəhdəti mövcuddur. Cənubi Koreya miflərini əsasən yaradılış əfsanələri və muizm əfsanələri olaraq bölürlər. Koreyanın yaradılış mifi Danqun əfsanəsi, Üç Koreya Krallığının kralı Dongmyeonqun ölkənin əsasını qoyması nağılı, mənşə mif və turp (巫) mif bölünür, Koreya, qurucu mif Tangün mif və Üç Krallığı dövrün bir Acala ölkələr povest və Biryu Onjo Mifologiya kimi bir mifik xarakter qəhrəman mif, cheonson bukbanggye və tinged bakhyeokgeose alyoung mifologiya, seoktalhae, Gim Al-ji çox mif kimi nambanggye belə iki növ bölünür. Qurulan miflərdən fərqli olaraq Mu mifi şamanlar arasında təhvil verilmiş və ümumiyyətlə folklor və buddizm elementləri ilə qarışdırılmışdır. Qurucu miflə müqayisədə, fövqəltəbii varlıq passiv rol oynamır, aktiv rol oynayır və yalnız qəhrəmanlıq mifləri deyil, müxtəlif mifik motivlər də yayılıb. == Ədəbi miflər == Dangun mifi, Koreya Xalqının Üç Krallığa çatdırılan mifoloji irsi arasında təmsil olunan bir ədəbiyyat mifidir . Koreyalıların mifləri etnik miqrasiya dövründən sonra meydana gəlmiş kimi görünür və göy və yer haqqında miflər azdır, milli miflər və qurucu miflər çoxdur.
Koreya müharibəsi
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq «Çin Xalq Könüllüləri» adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər. == Adlanması == İngilis dilində Koreya konflikti daha çox «Koreya müharibəsi» (ing. Korean War) adlandırılır, buna qədər ABŞ-də bu formal olaraq müharibə yox, «polis əməliyyatı» (ing. Police action) hesab edilirdi. ABŞ-nin hərbi vəziyyəti də elan olunmamışdı, halbuki prezident Trumen mülki təyinatlı istehsalın məhdudlaşdırılması hesabına, ölkə iqtisadiyyatının «hərbi yola» keçməsini asanlaşdırmaq üçün planlar hazırlamışdı.
Koreya mədəniyyəti
Koreya mədəniyyəti — Müasir zamanda Koreyanın iki yerə Şimal və Cənuba bölünməsi mədəniyyətdə də parçalanmaya səbəb oldu. Lakin buna baxmayaraq, Koreyanın ənənəvi mədəniyyəti 5000 ildən çox tarixi olan hər iki dövləti birləşdirir və ən qədimlərdən biri hesab olunur. == Tarixi == Koreya qədim mədəniyyətə malik ölkədir. Koreya tarixini başlanğıcı b.e.ə. 2333-cü ilə – əfsanəvi hökmdar Tanqunun dövrünə təsadüf edir. O, Allahın oğlu kimi qəbul edilib Çoson dövlətinin, yəni «Səhər təravəti ölkəsi»nin banisi hesab edilir. Tarixi faktlar sübut edir ki, b.e.ə I əsrdə bu ölkədə Koqurye, Pekçe və Silla dövlətləri də mövcud olmuşdur. VII əsrin ortalarından Silla bütün Koreya yarımadalarını birləşdirdi. Bu dövlətlərdə mədəniyyətə xüsusi yer verilirdi. Yüksək vəzifəli koreyalıların məzarları üzərində abidələr - masa şəklində dolmenlər qurulurdu..
Koreya mətbuatı
Koreya mətbuatı — Koreyada informasiya. === Tarixi === Koreya mətbuatı artıq 100 ilini tamamlamışdır. Koreyanın ilk müasir qəzeti Dongnip Şinmun ( 독립신문 ) 1986-cı ildə Se Ce Pil (서재필 ) tərəfində yaradılmışdır. Bu qəzet 4 kiçik səhifədən ibarət olan ikidilli qəzet idi. Birinci 3 səhifə Koreya dilində, son səhifəsi isə İngilis dilində dərc olunurdu. 독립신문 1897.04.07 금요일자.gif The Chosun Ilbo ( 조선일보 ) və The Dong-A Ilbo (동아일보) Koreyanın ən qədim qəzetləri olmuşdur. The Chosun Ilbo ( 조선일보 ) Park Doo-Sik tərəfindən 5 mart 1920-ci ildə, The Dong-A Ilbo (동아일보) isə Kim Jae-Ho tərəfindən 1 aprel 1920-ci ildə yaradılmışdır. Hər ikisi 1920-ci il 1 Mart Müstəqillik Hərəkatından sonra qurulmuşdur və müstəqil siyasət ilə ictimaiyyət üzərində böyük təsirə malik olmuşdur. 1946-01-17 조선일보 박헌영 발언 논란.jpg 동아일보 창간호.jpg === Məqsəd === Koreya qəzetlərinin başlıca məqsədi Koreya xalqının milli mübarizəsini dəstəkləyərək xalqın gözünü daim dəyişməkdə olan dünyaya yönəltmək idi. Qəzetlər Yapon əsarəti illərində (1920-1945) azadlıq hərəkatları üçün də çox əhəmiyyətli mövqe daşıyırdılar.
Koreya mətbəxi
Koreya mətbəxi, Koreya yarımadası və cənub Mancuriyadakı qədim Əkinçilik və köçəri həyat tərzi ənənələri, təbii mühit və fərqli mədəni meyllərin qarşılıqlı təsir yolu ilə inkişaf etmişdir. == İnqridiyentlər == Koreya mətbəxində Düyü, Tərəvəz, Ət və dəniz məhsulları böyük ölçüdə rola malikdir. Kimçi demək olar ki, hər zaman bütün yeməklərin yanında yeyilir. Ən çox istifadə olunan inqridiyentlər arasında Küncüt yağı (참기름), dvencanq(된장-mayalanmış Soya lobyası püresi), soya sosu(간장), Duz, Sarımsaq, Zəncəfil, qırmızı toz bibər, qoçucanq(고추장-mayalanmış qırmızı bibər püresi) və Kələm yer almaqdadır. == Tarixi == Koreyada eramızdan əvvəl əhali Buğda, Arpa (bitki) və düyü kimi dənli bitkilər əkir, ovçuluq və balıqçılıq ilə məşğul olurdu. Arxeoloji qalıqlar bu dövrdə fermentləşdirilmiş lobyanın kəşf edildiyini və şimalda heyvanların əhilləşdirildiyini göstərir. Üç Koreya Krallığı dövründə Koreya mədəniyyətinin yüksəlişi baş vermişdir. Bu dövrdə hər bölgənin özünün ayrı-ayrı mədəni təcrübələri və yeməkləri var idi. Məsələn, Bekçe krallığı soyuq qidalar və kimçi kimi fermentləşdirilmiş yeməklər ilə tanınırdı. 4-cü əsrdə Çin ilə mədəniyyət mübadiləsi zamanı Buddizm və Konfutsiçilik`in yayılması ilə Koreya fərqli mədəniyyətlərin təsirinə məruz qalmışdır.Qoryo hakimiyyətinin son dövründə monqollar 13-cü əsrdə Qoryonu işğal etdi.
Koreya nərəsi
Koreya nərəsi (lat. Acipenser dabryanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Koreya rəqəmləri
Koreya zirinci
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Koreyada geniş əraziləri əhatə edir. == Botaniki təsviri == Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Koreya çayı
Koreya çayı bitki kökləri, çiçəklər, meyvələr, taxıl, yeməli göbələk, dəniz yosunu və s.-dən hazırlanır. == Tarixi == Üç Krallığın xatirələrində göstərilən Qaya qeydlərinə görə Ayodhya şahzadəsi əfsanəvi kraliça Ho Hvangok Camellia sinensis çay bitkisini Hindistandan Koreyaya gətirdi və onu Changvon şəhəri ilə həmsərhəd olan Begvolsan dağına əkdi. Samhan(3 xanlıq) dövründə labrador çayı və yaxu meyvə çayları, məsələn maqnoliya giləmeyvə çayı və goji giləmeyvə çayı daha geniş istifadə olunurdu. Bir neçə əsr sonra Buddist rahibləri tərəfindən Çin çay mədəniyyətinin tətbiqi ilə çay kollarının sistematik şəkildə əkilməyə başlandığı güman olunur. Bulgapsa, Bulhoesa və Hwaeomsa kimi Koreyadakı erkən buddist məbədlərinin Koreya çay mədəniyyətinin doğulduğu yer olduğunu iddia edilir. Çin çay məhsullarının idxalı, Silla Kraliçası Seondeokun dövründə (631 Tang imperiyasından iki növ çay conça (전차; 磚茶) and dança (단차; 團茶) nın gətirilməsi ilə birlikdə Şilla kraliçası Sondokun (631‒647) hakimiyyəti dövründə Çin çay məhsullarının idxalı başladı. 765-ci ildə bir Buddist rahibin Kye Gyeongdeok və Budda üçün çay təqdim etdiyi deyilir. Camellia sinensis çay bitkisi 828-ci ildə kral Hongdokun Tang İmperiyasından toxumunu alaraq Cirisan dağına əkmək üçün göndərdiyi vaxtdan etibarən ölkədə yayıldı. Çay adətən Budda, eləcə də mərhum əcdadların ruhlarına təqdim olunurdu. Çay mədəniyyəti Qoryo sülaləsi dövründə çiçəklənməyə davam etdi.
2016 Şimali Koreya nüvə sınağı
Azərbaycan-Cənubi Koreya futbol matçlarının siyahısı
Yığma və klub səviyyəsində keçirilən oyunlar Azərbaycan və Cənubi Koreyanı heç vaxt üz-üzə qoymayıb. Düzdür, Antalya toplanışında olan klublarımız dəfələrlə asiyalılarla yoldaşlıq oyunları keçiriblər. Bu qış "Neftçi", "Olimpik-Şüvəlan" və "Qəbələ" bu ölkədən olan klublarla sınaq matçlarında qüvvələrini sınayıblar. İki ölkə futbolunun təmas nöqtəsi isə Sumqayıt olub. Artıq tarixin yaddaşına köçən "Gənclərbirliyi" hələ birinci dəstədə oynadığı vaxt bu ölkədən iki futbolçu transfer etmişdi. Yun Sare Min və Keun Tae Park 2004-cü ilin qışında ekzotik futbolçular kimi Azərbaycana qədəm basıb qısa müddət Azərbaycanda çıxış etdilər.
Azərbaycan–Cənubi Koreya futbol matçları
Yığma və klub səviyyəsində keçirilən oyunlar Azərbaycan və Cənubi Koreyanı heç vaxt üz-üzə qoymayıb. Düzdür, Antalya toplanışında olan klublarımız dəfələrlə asiyalılarla yoldaşlıq oyunları keçiriblər. Bu qış "Neftçi", "Olimpik-Şüvəlan" və "Qəbələ" bu ölkədən olan klublarla sınaq matçlarında qüvvələrini sınayıblar. İki ölkə futbolunun təmas nöqtəsi isə Sumqayıt olub. Artıq tarixin yaddaşına köçən "Gənclərbirliyi" hələ birinci dəstədə oynadığı vaxt bu ölkədən iki futbolçu transfer etmişdi. Yun Sare Min və Keun Tae Park 2004-cü ilin qışında ekzotik futbolçular kimi Azərbaycana qədəm basıb qısa müddət Azərbaycanda çıxış etdilər.
Azərbaycan–Cənubi Koreya münasibətləri
Azərbaycan–Cənubi Koreya münasibətləri — Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 23-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Quliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Malik Həsənov işçi qrupunun rəhbəridir.
Azərbaycan–Şimali Koreya münasibətləri
Azərbaycan–Şimali Koreya münasibətləri — Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvar ayının 30-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Quliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Malik Həsənov işçi qrupunun rəhbəridir.
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. == Təfərrüatlar == 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Cənubi Koreya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Koreya Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Cənubi Koreya Respublikası
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Cənubi Koreya Xarici İşlər Nazirliyi
Cənubi Koreya Xarici İşlər Nazirliyi — Cənubi Koreyanın diplomatik münasibətlərindən məsul olan icra orqanı. Nazirlik 17 iyul 1948-də yaradılmışdır. 1998-ci ilədək Nazirlik Xarici İşlər Nazirliyi adlandırılmışdır, sonra ticarət sahəsindəki yurisdiksiyasını genişləndirərək Xarici İşlər və Ticarət Nazirliyi olaraq tanınırdı. Lakin 2013-ci ildə köhnə adını yenidən götürdü. Nazirlik Seulun Çonnoqu şəhərində yerləşir. Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi, 19 fevral 2018-ci il tarixində Koreya Respublikası və İsveçrənin xarici işlər nazirləri arasında danışıqlar aparmağı açıqladı və bu çərçivədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Koreya yarımadasının müzakirəsi planlaşdırılırdı.
Cənubi Koreya bayrağı
Cənubi Koreya bayrağı — Koreya Respublikasının Dövlət bayrağı Cənubi Koreyanın bayrağındakı ağ rəng Koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm). Bu emblemdə 2 əks enerji, "in" və "yan" bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. "İn-yan" Böyük Başlanğıcın sintezi olub, Koreya dilində "theqık" adlanır. Buna görə də Koreya bayrağı "theqıkki" adlandırılır. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, "in" (qırıq-qırıq zolaqlar) və "yan"dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.
Cənubi Koreya gerbi
Cənubi Koreya gerbi — Cənubi Koreyanın rəsmi gerbi.
Cənubi Koreyada təhsil
Cənubi Koreyada təhsil — Şərqi-Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Koreya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Cənubi Koreya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Təhsil sistemi == Təhsil, elm və texnologiya sahəsində əldə olunmuş tərəqqi ahənginin qorunub saxlanılması Koreyanın inkişaf strategiyasının əsasını təşkil edir. Koreyada təhsilin ilkin təşəkkül tarixi IV əsrin ikinci yarısına təsadüf edir. XIX əsrdən etibarən xristian missionerləri tərəfindən dövlət və özəl təhsil müəssisələrindən ibarət olan müasir məktəblər yaradılmağa başlanıb. 1945-ci ildə Yaponiyanın 35 illik əsarətindən azad olduqdan sonra Koreyada demokratik təhsil forması təşəkkül tapmağa başlamışdır. Koreyada uşaqlar 3 yaşından məktəbəqədər təhsilə cəlb olunur. 6 yaşı (istisna hallarda 5 yaşı) tamam olmuş uşaqlar pulsuz və icbari ibtidai təhsil məktəblərinə qəbul ola bilərlər. İbtidai təhsil 6 il davam edir. Daha sonra heç bir məhdudiyyət qoyulmadan şagirdlərə 3 illik əsas məktəblərdə oxumaq imkanı verilir.
Cənubi Koreyada xəstəxana yanğını (2018)
Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur. 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil, mütəxəssislər tərəfindən araşdırmalar aparılır. == Hadisə == Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir. Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür.
Cənubi Koreyadakı Dünya İrsləri
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Cənubi Koreyadakı Ümumdünya irsi obyektlərinin siyahısı
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Cənubi Koreyadakı Ümumdünya irsinin siyası
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Cənubi Koreyanın Ailə nazirliyi və Gender bərabərliyi
Gender bərabərliyi və Ailə nazirliyi (koreyaca 여성 가족부) - Cənubi Koreya Respublikasına aid bir qurumdur.28 fevral 1988-ci ildə “Qadın işləri” adlı komissiya yaradıldı.29 yanvar 2001-ci ildə nazirlik kimi fəaliyyətə başladı.Baz nazir Jeong Yeongae,birinci müavini isə Kim Kyongseondur. == Məqsəd və funksiyaları == ==== Məqsəd ==== Qadın siyasətinin planlaşdırılması və koordinasiyası,qadın hüquqlarının genişləndirilməsi vasitəsilə qadın statusunun yaxşılaşdırılması;ailə siyasəti və çoxmədəniyyətli ailə siyasətinin qurulması,uzlaşdırılması və dəstəklənməsi;gənclərin rifahının və qorunmasının təşviqi;qadınlara,uşaqlara,gənclərə qarşı zorakılığın qarşısının alınması və qurbanlarının qorunması. ==== Funksiya ==== Cinsiyyətlə əlaqəli siyasətin planlaşdırılması,əlaqələndirilməsi,təhlili;qadın qaynaqlarının inkişafı və istifadəsi;qadınların cəmiyyətdəki iştirakının genişləndirilməsi;cinsi zorakılığın qarşısının alınması və qurbanlarının qorunması;qadın mülki qrupları ilə beynəlxalq təşkilatların əlaqələndirilməsi;çoxmədəniyyətli ailələrin, qadın immiqrantların dəstəklənməsi. == Ailə siyasəti == === İş və ailənin uyğunluğu === İş və ailənin tarazlığı üçün sosial mühitin yaradılması əsas məqsəddir.Hər çərşənbə günü işçilərin daha tez evə gedib boş vaxtlarını ailələri ilə birgə keçirməsi üçün “Sevimli Ailə” adlı bir kampaniya yaradılmışdır.Bu kampaniya gərgin iş həyatına baxmayaraq ailəni sevmək üçün atılan bir addımdır. === Çoxmədəniyyətli ailə === Sağlam və çoxmədəniyyətli ailənin qurulması üçün dəstək;Koreya dilində təhsil üçün müxtəlif proqramların hazırlanması;sabit həyat və Koreya cəmiyyətinə uyğunlaşmaq üçün uşağa qayğı;sosial inteqrasiyanın təşkili;çoxmədəniyyətli ailədə ikidilli ailə mühitinin formalaşması;evli immiqrantlar üçün tərcümə xidmətləri;evlilik işinə ciddi nəzarət etməklə beynəlxalq nikahda sağlam mədəniyyətin inkişaf etdirilməsi;beynəlxalq nikahda təcrübəni inkişaf etdirmək üçün təlim və yoxlamaların keçirilməsi;beynəlxalq nikahda təhsilin həyata keçirilməsi;qadın immiqrantlar və çoxmədəniyyətli ailələr üçün sutkanın 24 saatı 13 müxtəlif dildə fəaliyyət göstərən çağrı mərkəzi;bir çox mədəniyyətləri tədris edən peşəkar müəllim kollektivi. === Tək valideynli ailə === 18 yaşınadək uşağı olan tək valideynli ailələr üçün maddi dəstək;az təminatlı nənə-baba və nəvələri,nikahdan kənar 5 yaşınadək uşağı olan tək valideynli ailələr üçün maddi dəstək;orta və yuxarı sinif şagirdi olan az təminatlı tək valideynli ailələr üçün təhsil haqqı;məktəbə qəbulun aparılması,qəbul imtahanları üçün təhsil xərcləri,tək valideynli yeniyetmələri dəstəkləmək üçün maddi dəstək;az təminatlı,evsiz tək valideynli ailələrin rifahının yüksəldilməsi;nikahı olmayan,erkən hamiləlik yaşayan valideynlər üçün doğum və uşaq baxımı haqqında məsləhət və təcili xidmət göstərən mərkəzin fəaliyyəti. === Uşağa qayğı xidməti === İşləyən valideynlərin övladları üçün təklif olunan dövlət proqramıdır.Professional dayələr tərəfindən həyata keçirilir.Xidmət istənilən vaxt mövcuddur.Dövlət tərəfindən az təminatlı ailələrə xidmət haqqı üçün maddi dəstək göstərilir.Yoluxucu xəstəliyə yoluxmuş uşaqlara baxmaq və onları xəstəxanaya aparmaq üçün evdə də xidmət göstərilir.
Cənubi Koreyanın SKY universitetləri
== Ümumi məlumat == SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır.
Cənubi Koreya–Ermənistan münasibətləri
Cənubi Koreya—Ermənistan münasibətləri — Cənubi Koreya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Ermənistan və Cənubi Koreya arasında diplomatik münasibətlər Sovet İttifaqının dağılmasından və Ermənistan Respublikasının qurulmasından sonra 21 fevral 1992-ci ildə qurulur. == Ümumi məlumat == 2014-cü ilin martından Hrant Poqosyan Ermənistanın Cənubi Koreya Respublikasındakı səfiridir (rezidensiyası Tokioda yerləşir.); 2012-ci ilin mart ayından etibarən Koreya Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri V.N. Son Lak (rezidensiyası Moskvada yerləşir.); 26 fevral 2014-cü ildə Kim Dao Kyunq Ermənistanın Koreyadakı Fəxri Konsulu təyin edilir; 2002-ci ilin iyun ayından etibarən İrəvanda Koreya Respublikasının Fəxri Konsulluğu fəaliyyət göstərir; 2004-cü ilin iyulundan bu yana Ermənistan Respublikasının Koreya Respublikasındakı Baş Konsulu Armen Abramyandır. === Rəsmi səfərlər === Ermənistan: Avqust 1994 - Ermənistan Baş nazirinin müavini Vigen Çiteçyan; Sentyabr 1999 - Ermənistan Xarici İşlər Naziri Vartan Oskanyan; Dekabr 2009 - Ermənistan Milli Məclisinin sədri Ovik Abraamyan; Fevral 2012 - Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan. Cənubi Koreya May 2012 - Parlament Assambleyasının vitse-spikeri Xun Cje Xun. === İmzalanmış sənədlər === Protokollar 21 fevral 1992-ci ildə Ermənistan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair Protokol. Razılaşmalar 23 aprel 2012-ci il tarixində Ermənistan Respublikası Hökuməti və Cənubi Koreya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara sahib olanlar üçün viza tələblərinin ləğvi üçün müqavilələr imzalanmışdır. 2014-cü ildə Ermənistan və Cənubi Koreya arasında mədəniyyət, idman və təhsil sahələrində əməkdaşlıq müqaviləsi imzalanmışdır. === Viza rejimi === Ermənistan hökuməti 6 mart 2018-ci il tarixində Cənubi Koreya vətəndaşları üçün 180 gün müddətinə viza verilməsinə qərar verir.
Cənubi Koreya–Qazaxıstan münasibətləri
Qazaxıstan-Cənubi Koreya əlaqələri — Qazaxıstan və Cənubi Koreya arasında iki tərəfli münasibətlər. İki tərəfli diplomatik əlaqələrin əsası 28 yanvar 1992-ci ildə qoyulmuşdur. Bu isə Qazaxıstanın müstəqilliyini elan etməsindən bir qədər sonra baş vermişdir. Bundan sonra iki tərəfli münasibətlər dinamik xətlə inkişaf edir. İki tərəfli əlaqələr əsasən siyasi, iqtisadi və təhsil sahələrini əhatə edir. Əsasəndə Qazaxıstanda yaşayan 100 minlik koreyalı bu münasibətlərin inkişafına zəmin yaradır. == Tarixi == Cənubi koreya və Qazaxıstan arasında ilk rəsmi diplomatik münasibətlər 1992-ci ilin yanvarında qurulmuşdur. Bundan bir qədər somnra Cənubi Koreya alma-Atada öz səfirliyini aşmışdır. 1996-cı ildə isə Qazaxıstan Seulda səfirlik açır. Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev 1995 və 2003-cü illərdə rəsmi səfərlə Cənubi Koreyada olmuşdur.
Cənubi Koreya–Türkmənistan münasibətləri
Cənubi Koreya–Türkmənistan münasibətləri — Türkmənistan və Koreya Respublikası arasında diplomatik münasibətlər. == Tarixi == Türkmənistan ilə Koreya Respublikası arasında diplomatik əlaqələr 7 fevral 1992-ci ildə qurulmuşdur. 2007-ci ilin iyun ayında Koreya Respublikasının Türkmənistandakı səfirliyi açıldı. Fövqəladə və Səlahiyyətli Səfir — An Myonq Su. 2008-ci ilin may ayında Koreya Respublikasının Baş naziri Türkmənistana rəsmi səfər etdi. Səfər nəticəsində 9 sənəd imzalanıb. 8 avqust 2008-ci ildə Pekində XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak çərçivəsində iki ölkənin başçıları arasında görüş keçirildi. 5 – 7 noyabr 2008-ci il tarixlərində Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedovun Koreya Respublikasına dövlət səfəri baş tutdu. == İqtisadi əməkdaşlıq == Dünya sənayesinin liderləri Hyundai, Samsung, LG, Daewoo və digər Koreyalı firma və şirkətlər Türkmənistan bazarında fəal şəkildə iştirak edirlər. Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi baş tutdu.
Cənubi Koreya–Özbəkistan münasibətləri
Cənubi Koreya–Özbəkistan münasibətləri — Cənubi Koreya və Özbəkistan arasındakı ikitərəfli münasibətlər. Koreya Respublikası 30 dekabr 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan Asiya-Sakit okean bölgəsindəki ilk ölkə olur və iki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1992-ci ildə qurulur. O vaxtdan bəri ikitərəfli münasibətlər davamlı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi və təhsil sahələrində əməkdaşlıq genişlənmişdir. == Tarixi == İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1992-ci ildə qurulmuşdur. Qısa müddət sonra Cənubi Koreya Daşkənddə, Özbəkistan isə Seuldakı səfirliyini açır. 22-25 noyabr 2017-ci il tarixlərində Şavkat Mirziyayev dörd günlük Cənubi Koreyaya səfər edir və burada Cənubi Koreya Prezidenti Mun Çje İn ilə görüşür. Səfər zamanı Mirziyayevə Bələdiyyə Başçısı Park Vonsun tərəfindən Seulun Fəxri Vətəndaşı adı da verilir. 18-21 aprel 2019-cu il tarixlərində Cənubi Koreya Prezidenti Mun Çje İn Özbəkistana dördgünlük dövlət səfəri edir və burada prezident Mirziyayev ilə görüşür. Cənubi Koreya Prezidenti həmçinin, Ali Məclisin iclasında çıxış edir.
Cənubi Koreya–İsrail münasibətləri
İsrail–Cənubi Koreya münasibətləri — Cənubi Koreya Respublikası və İsrail arasındakı mövcud ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. Cənubi Koreya 1948-ci ildən bəri İsrail ilə münasibətləri davam etdirir və 1962-ci ildə hər iki dövlət rəsmi şəkildə ikitərəfli diplomatik münasibətlər qurulmuşdur İsrail və Cənubi Koreya bütün sahələrdə, xüsusilə müdafiə sahəsində, eyni zamanda bərpa olunan enerji, elm və texnologiya, ikitərəfli ticarət sahələrində əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirirlər. == İlkin tarix == 10 aprel 1962-ci ildə Koreya və İsrail rəsmi diplomatik münasibətlər qurulmuşdur. Ancaq iki ölkə arasındakı münasibətlər daha erkən, 1950-ci ildə Koreya müharibəsi başlayandan dərhal sonra başladı. İsrailin ilk baş naziri David Ben-Qurion İsrail qüvvələrinin Koreyada BMT qüvvələri ilə birləşməsi üçün göndərilməsini dəstəklədi. Ancaq MAPAM siyasi partiyası Cənubi deyil, Şimali Koreyanı dəstəklədiyi üçün qarşı çıxdı. Güzəşt olaraq İsrail hökuməti qoşun göndərmək əvəzinə Cənubi Koreya hökumətinə 100.000 dollarlıq dərman və ərzaq göndərdi. Koreya müharibəsinin sona çatması İsrail və Cənubi Koreya arasındakı münasibətləri möhkəmləndirdi. İsrail xarici identifikasiya siyasətini ABŞ və BMT ilə bir ittifaqa çevirdi.
Cənubi Koreya–Şimali Koreya münasibətləri
Şimali Koreya–Cənubi Koreya münasibətləri — Şimali Koreya və Cənubi Koreya arasındakı mövcud ikitərəfli münasibətlər. 1945-ci ildə Yaponiyanın İkinci Dünya müharibəsində məğlub olmasından sonra Koreyanın bölünməsi baş verir. == Tarixi == Koreyanın bölünməsi 1945-ci ildə baş vermişdir. Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra Koreya yarımadasına ABŞ və SSRİ qoşunları yerləşdirilir. İki ölkə arasında sərhəd 38-ci paralleldən keçir. 1945-ci ilin 15 avqustunda Yaponiya müharibədəki məğlubiyyəti qəbul edir. Bununla da Koreya onun tərkibindən avtommatik çıxır. 22 avqust tarixində isə Sovet qoşunları Pxeynana daxil olurlar. 8 sentyabrda ABŞ qüvvələri artıq Seulda idilər. 1946-cı ildə ABŞ və SSRİ tərəfindən Koreyada hökumətin qurulmasını təşkil edəcək komisiya buraxılır.

Digər lüğətlərdə