Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur.
Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür.
Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.