Azərbaycan–Kosta-Rika münasibətləri — Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Kosta-Rika münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Kosta-Rika Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımışdır[1].
İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin yanvar ayının 15-də qurulmuşdur[2].
Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Kosta-Rika Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Kosta-Rika Respublikasına da akkreditə olunmuşdur.
Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır. Həmin sənəd iki ölkənin Xarici İşlər Nazirlikləri arasında imzalanmış "Siyasi məsləhətləşmələrin yaradılmasına dair" anlaşma Memorandumudur[1].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |