kotur 2021
kovalent
OBASTAN VİKİ
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N. A. Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Adamas Kovalevski
Aleksandr Kovalevski
Aleksandr Kovalevski (23 mart 1879, Moskva – 1940, Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həmçinin bax == Katın qırğını Molotov-Ribbentrop paktı Birinci Dünya müharibəsi Sovet-Polşa müharibəsi İkinci Dünya müharibəsi == Ədəbiyyat siyahısı == Dziennik Personalny Ministerstwa Spraw Wojskowych. [dostęp 2019–09–07]. Lista starszeństwa oficerów zawodowych. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1922. Rocznik Oficerski 1923. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1923. Rocznik Oficerski 1924. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1924. Rocznik Oficerski 1928.
Andrey Kovalevski
Andrey Petroviç Kovalevski (1 fevral, 1895–29 noyabr, 1969)— Sovet şərqşünası, tarixçi, etnoqraf, tarix elmləri doktoru və professoryj. == Həyatı == Andrey Petroviç Kovalevski 1 fevral 1895-ci ildə Rusiya imperiyasının Xarkov quberniyasında anadan olmuşdu. Andrey Kovalevski 29 noyabr 1969-cu ildə Xarkovda vəfat edib. == Əsərləri == Абу-л-Хасан 'Алi ал-Мас’удi як учений // Ученi записки [Харкiвського унiверситету]. Т. 78: Труди iст. фак. 1957. Т. 5. Амiн Рейхан. Революцiя.
Anton Kovalyov
Anton Kovalyov (ing. Anton Kovalyov, 4 mart 1992, Xarkov, Ukrayna) Kanada şahmatçısı, qrosmeyster (2008). 2000-ci ildə Argentinaya köçür və şahmat həyatı burada başlayır. Qısa zamanda Argentina millisinin tərkibində Olimpiyadalarda oynamaq hüququ qazanır. 2013-cü ildə federasiyasını dəyişərək Kanadanı təmsil etməyə başlayır. Hal-hazırda Monreal şəhərində yaşayır və Kanadanın top qrosmeysterlərindən biridir. == Xarici keçidlər == Anton Kovalyov. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Anton Kovalyov. 365chess.com (ing.) Anton Kovalyov. fide.com (ing.) Anton Kovalyov.
Cessi Roberta Kovan
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür. Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Dactylis kovarovicii
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid bitki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Mariya Kovtunovskaya
Mariya Kovtunovskaya (d. 19 noyabr 1988) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Kovtunovskaya, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Mateo Kovaçiç
Mateo Kovaçiç (6 may 1994[…], Lins) — Xorvatiyalı futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti peşəkar futbol kulubunun və Xorvatiya milli komandasının futbolçusu. == Klub karyerası == === Mançester Siti === 27 iyun 2023-cü ildə "Mançester Siti" Mateo Kovaçiçi transfer etdiyini açıqladı. == Həyatı == Mateo Kovaçiç 6 may 1994-cü ildə Avstiyanın Linz şəhərındə doğulub . Sonra isə Xorvatiya vətəndaşlığını qəbul edib .
Məmməd Kovxa
Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919). == Faəliyyəti == 1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa hələ 1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi. == AXC dövründə fəaliyyəti == Azərbaycan Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zaman (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrı-nadək) Qazaxda ciddi qayda-qanun yaratmışdır. Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan şəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir.
Phragmipedium kovachii
Phragmipedium kovachii (lat. Phragmipedium kovachii) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü.
Ram Nath Kovind
Ram Nath Kovind (benq. রাম নাথ কোবিন্দ; 1 oktyabr 1945[…], Ramabaynaqar[d], Britaniya Hindistanı) — Hindistan dövlət xadimi, Hindistanın 14-cü prezidenti (25 iyul 2017-ci ildən). == Həyatı == Ram Nath Kovind 1 oktyabr 1945-ci ildə anadan olmuşdur. Kanpur universitetini bitirmişdir. 25 iyul 2017-ci ildə Hindistanın prezidenti seçilmişdir.
Ram Natx Kovind
Ram Nath Kovind (benq. রাম নাথ কোবিন্দ; 1 oktyabr 1945[…], Ramabaynaqar[d], Britaniya Hindistanı) — Hindistan dövlət xadimi, Hindistanın 14-cü prezidenti (25 iyul 2017-ci ildən). == Həyatı == Ram Nath Kovind 1 oktyabr 1945-ci ildə anadan olmuşdur. Kanpur universitetini bitirmişdir. 25 iyul 2017-ci ildə Hindistanın prezidenti seçilmişdir.
Seki Kova
Seki Takakazu (関 孝和, 1642, Fucioka[d], Qunma prefekturası və ya Edo[d] – 24 oktyabr 1708 və ya 5 dekabr 1708, Edo[d]) və ya Seki Kova (関 孝和) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur. "Vasanın tanrısı" kimi tanınır. == İlk illəri == Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur. Sekinin həyatı haqqında məlumatlar azdır. O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür. O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir. == Elmi töhfələri == Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır. Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur. O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.
Sofiya Kovalevskaya
Sofiya Vasiliyevna Kovalevskaya (rus. Со́фья Васи́льевна Ковале́вская, 3 (15) yanvar 1850, Moskva, Rusiya imperiyası[…] – 10 fevral 1891[…], Hedviq-Eleonora[d], İsveç) — rus riyaziyyatçısı və mexaniki. == Həyatı == Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi. Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı. Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi.
Tadeuş Yan Kovalski
Tadeuş Yan Kovalski(pol. Tadeusz Jan Kowalski; 21 iyun 1889, Şatoru, Fransa — 5 may 1948, Krakov, Polşa) — polyak türkoloqu, şərqşünası. == Həyatı == Yan Kowalski 1889-cu ildə anadan olmuşdur. Fransada polyak bir ailənin uşağı olan Kowalski, 1894-cü ildə Krakovda liseyi bitirmişdir. Hələ liseydə şagird ikən şərq elmlərinə marağı olan Kowalski, Vyana Universitetinin fəlsəfə fakültəsinə daxil olmuşdur (1907). Vyanada qədim ərəb şeirlərinin məşhur müəllifi R. Geyerin yanında təhsil alan Kowalski 1911-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş, 1911–1912-ci tədris ilində Strasburqda Theodor Nöldeke ilə Enno Littmannm, daha sonra isə Kölndə Georg Jacobun yanında işləmişdir. 1919-cu ildə Krakovda Jagiellon Universitetində müsəlman şərq filologiyası şöbəsi yaradılmışdır. Professor olaraq bu şöbəyə gətirilən Kowalski 1919–1948-ci illərdə şöbəni idarə etmişdir. Şərq elmləri, xüsusilə türkologiya sahəsində etdiyi vacib tədqiqatları ilə elm adamlarının diqqətini cəlb etmiş Kowalski 1927-ci ildə Polşa Elm Akademiyasının xəbərləşmə üzvlüyünə seçilmişdir. 1932-ci ildə akademiyanın daimi üzvlüyünü qazanmış, 1931-ci ildə isə burada ümumi sekretarlıq vəzifəsinə təyin edilmişdir.
Valentin Kovalyov
Kovalyov Valentin Fyodoroviç (29 iyul 1914, Bakı – 1 dekabr 1972, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (5 oktyabr 1960), SSRİ-nin Əməkdar sınaqçı təyyarəçisi (1963, qvardiya mayoru, Bakıaeroklubunun yetişdirməsi) == Həyatı == Valentin Kovalyov 29 iyul 1914-cü ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. Bakı ŞHK-dan orduya çağırılmışdır. Müharibə dövründə 196 döyüş uçuşu keçirmişdir. Düşmən qoşunlarını bombardman etmiş, dəfələrlə partizanların köməyinə çatmışdır. 5 oktyabr 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1 dekabr 1972-ci ildə vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. - Bakı, 1981.-Cild.5.- S.429. Azərbaycanın Qızıl Ulduzları.- Bakı, 1975.-S.144-145 "Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2007.
Vitali Kovalyov
Vitali Kovalyov (d. 12 sentyabr 1977. Bakı, Azərbaycan SSR) — Rus əsilli Azərbaycan futbolçusu. Qartalsporda oynayıb. == Həyatı == Vitali Kovalyov 12 sentyabr 1977-ci ildə Bakıda anadan olub. == Karyerası == 2010-11 mövsümündən etibarən Qartalsporda oynayıb. Qartalspora Azərbaycan 1-ci Liqa klubuKarvan FK-dan gəlmişdir. Daha əvvəldə Araz MKT klubunda forma geyinmişdir. == Şəxsi həyatı == Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşıdır.
Vladimir Koval
Vladimir Koval — Aktyor. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Vyaçeslav Kovalenko
Kovalenko Vyaçeslav Yevgenyeviç (rus. Вячеслав Евгеньевич Коваленко) — Rusiya diplomatı. == Həyatı == Vyaçeslav Kovalenko 27 mart 1946-cı ildə doğulub. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universiteti yanında Şərq Dilləri İnstitutunu bitirib. Həmin ildən diplomatik sahədə xidmət edir. 1973-1978-ci illərdə SSRİ-nin Livandakı, 1983-1988-ci illərdə Tunisdəki səfirliyində, 1992-1997 və 1999-2003-cü illərdə Rusiyanın Belarusdakı səfirliyində işləyib. 2004-2006-cı illərdə Rusiya Xarici İşlər Nazirliyində MDB üzrə ikinci departamentin rəhbəri vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Rusiyanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub. Rusiya prezidenti Dmitri Medvedyev 2009-cu ildə onu Ermənistana səfir təyin edib. Ərəb, fransız, Belarus dillərini bilir.
Yuri Kovalyov
Yuri Kovalyov (rus. Юрий Петрович Ковалёв; 29 may 1965, Göyçay – 3 sentyabr 1991, Ağdam) — rus əsilli Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olmuşdur. Üç yaşında olarkən atası onun ailəsini atmışdı. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. O, orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnmişdi. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir.
İqor Kovalenko
İqor Kovalenko (latış. Igors Kovaļenko‎, 29 dekabr 1988, Dnepropetrovsk vilayəti, Ukrayna) — Latviya şahmatçısı, qrosmeyster (2011). Ukraynalı qrosmeyster hazırda Latviyanı təmsil edir. Beynəlxalq usta (2008) və qrosmeyster (2011). O, 2013-cü və 2014-cü illərdə Latviya Çempionatının qalibi və 2013-cü ildə 27 Qrossmeysterin iştirak etdiyi Riqa Texniki Universiteti Open turnirinin birincisi olmuşdur. İqor Kovalenko 2014-cü ildə 41-ci Tromso Olimpiadasında Latviya komandası heyətində ikinci lövhədə oynayaraq (+5 −2 =4) nəticəsini göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Igor Kovalenko. Chess-DB.com Arxivləşdirilib 2016-08-02 at the Wayback Machine (ing.) Igor Kovalenko. 365chess.com (ing.) Igor Kovalenko. fide.com (ing.) Igor Kovalenko.
Əlaəddin Koval
Əlaəddin Koval (türk. Alâaddin Koval) (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi.
Sidor Kovpak
Sidor Artemyeviç Kovpak (ukr. Си́дір Арте́мович Ковпа́к; 13 (25) may 1887, Kotelva[d], Xarkov quberniyası[d] – 11 dekabr 1967, Kiyev) — sovet hərbçisi və dövlət xadimi. General-mayor (1943). İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1942, 1944). 1908–1912-ci və 1914–1917-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. XVI Ordu Korpusunun 47-ci Piyada Diviziyasının 186-cı Aslanduz Piyada Alayının tərkibində Birinci Dünya müharibəsinin iştirakçısı olub. 1918-ci ildə Xarkov quberniyasının Axtırski rayonunun Kotelevski volostunda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparan qırmızı partizan dəstəsi təşkil edib. 1919-cu ilin iyul ayından Fəhlə və Kəndli Qırmızı Ordusunda kvartalmaster kimi xidmətdə olub. Vətəndaş müharibəsi başa çatdıqdan sonra o, hərbi inzibati xidmətdə keçib. 1926-cı ilin iyul ayından alay komandiri olan S. A. Kovpak həmən il səhhətindəki problemlərə görə ehtiyata çıxıb.

Digər lüğətlərdə