Krasnoyarsk

coğ. Krasnoïarsk

Krasnodar
krater
OBASTAN VİKİ
Krasnoyarsk
Krasnoyarsk ya da Qızıl Yar (original adı Xaqazca: Xızıl Çar, Хызыл Чар, tatar. Qızıl Yar, Кызыл Яр, başq. Qıðıl Yar, Ҡыҙыл яр)— şəhər, Sibirin iri mədəni, iqtisadi və elm mərkəzi, Krasnoyarsk diyarının inzibati mərkəzi. == Xarakteristikası == Nəhəng nəqliyyat qovşağı. Əsas iqtisadiyyat sahələri — kosmik sənaye, rəngli metallurgiya, elm və təhsil, hidrienergetika. Yenisey çayının hər iki sahilində, Qərbi Sibir düzənliyinin, Orta Sibir dağətəyi və Sayan dağının kəsişdiyi yerdə yerləşir. Ölkənin ən böyük elm-təhsil mərkəzi — təkcə Sibir Federal Universitetində 40 min tələbə təhsil alır; cəmi şəhərdə 150 min tələbə təhsil alır. Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk elmi mərkəzi, Krasnoyarsk regional innovasiya-texnoloji biznes-inkubatoru. Şəhər Rusiyanı Avropa Şurası yerli və regional konqresində təmsil edir. Sankt-Petrburq və Kazanla yanaşı ölkəni Ümumdünya birləşmiş şəhər və yerli hakimiyyətlər təşiklatının şurasının üzvüdür.
Krasnoyarsk diyarı
Krasnoyarsk diyarı və ya Krasnoyarsk ölkəsi (rus. Красноярский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qədim adı Kızıl Yar olub. Çar Rusiyası Kızıl Yarı işğal edəndə adını dəyişərək Krasnoyarsk qoyub. Qeyd edək ki, Krasnoyarsk (Kızıl Yar) qədim türklərin ərazisi olmuşdur (Rusiya Krasnoyarskı işğal edənə kimi). Şəhərin köhnə adı bunu sübut edir. == Coğrafiya == Diyarın ərazisi 2401.6 min kvadrat kilometrdir .
Krasnoyarsk su anbarı
Krasnoyarsk su anbarı — Yenisey çayı üzərində Krasnoyarsk SES tikintisi zamanı meydana gəlmiş su anbarı. Dünyanın ən böyük su anbarlarından biri hesab olunur. Rusiyada Bratsk su anbarından sonra ölçüsünə görə ikinci yerdədir. Anbar vadi tiplidir. Su həcmi 73,3 км3, sahəsi isə 2000 km2. == Ümumi məlumat == Su anbarının şimal sərhəddi Abakan şəhərinin yerləşdiyi rayondadır. Bu ərazidə Abakan çayı Yenisey ilə birləşir. Cənub sərhəddi isə Krasnoyarsk SES -in bəndi ilə bitir. Cənub və şimal sərhəddi arasındakı bir başa məsafə 250 km, ancaq ümumi uzunluq daha böyüküdür - 338 km. Su anbarının ən enli yeri 15 km-dir.
Buyan adası (Krasnoyarsk diyarı)
Buyan adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizi ərazisində, Komsomoles adasının cənub-qərbində yerləşən Otkrıtıy burnundan 500 m aralıda yerləşir. Ada 1 km uzunluğa və 500 m enə malikdir. Adada gözlə seçiləcək yüksəklik yoxdur. Şimal sahili sıldırımlıdır.
Kruqlıy adası (Krasnoyarsk diyarı)
Kruqlıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 6,7 km, Oktyabr İnqilabı adasından 500 m aralıda yerləşir. Qorbatıy adasından 500 m şimalda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Mərkəzində elədə böyük olmayan qaya vardır.
Nansen adası (Krasnoyarsk diyarı)
Nansen adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Böyük Arktik qoruğu ərazisinə daxildir. Ada Norveç əsili qütb araşdırmaçısı Fritof Nansenin şərəfinə adlandırılmışdır. İkinci Dünya müharibəsi zamanı ada yaxınlığında baş vermiş döyüş Vunderland əməliyyatı olaraq tanınır. Materikdən 2,3 km enə malik olan Fram boğazı ilə ayrılır. Adanın uzunluğu 21 km, eni 2.5 km təşkil edir. Yaxınlığında iki ada vardır. Şimalda Pravda adası, qərbdə Vxodnoy adası.
Nezametnıy adası (Krasnoyarsk diyarı)
Nezametnıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Oktyabr İnqilabı adasından aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Nezametnıy adası yaxınlığında yerləşən digər adalar:Sverdlov adası, Xlebnıy adası. Ada Oktyabr İnqilabı adası boyunca 850 m məsafədə uzanır. Eni 650 metrdir. Qərbində elədə böyük olmayan körfəz vardır. Gözlə seçiləcək yüksəklik yoxdur.
Qorbatıy adası (Krasnoyarsk diyarı)
Qorbatıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 4,8 km, Oktyabr İnqilabı adasından 2,6 km aralıda yerləşir. Bolşoy İzvestnyakovıy adasından 1,5 km şimalda, Kruqlıy adasından 500 mcənubda yerləşir. Ada 1,6 km uzunluğa və 700 m enə malikdir. Şimal sahilləri qıldırımlıdır.
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Sibiryakov adası (Krasnoyarsk diyarı)
Sibiryakov adası — Kara dənizinin cənubunda, Yenisey körfəzinin girəcəyində yerləşən nisbətən iri ada. Ada Şərqi Sibir ilə Qərbi Sibir adasında yerləşir. Adanın sahəsi 800 km² təşkil edir. Nils Adolf Eruk Nirdenşeld adanı Aleksandr Mixayloviç Sibiryakovun şərəfinə adlandırmışdır (1878) Adada daimi yaşayış yoxdur. Sahilində balıqçı düşərgələri vardır. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində daxildir. Adanın ərazisi Böyük Arltik qoruğuna daxildir. 1959-ci ildə adada М. А. Lavrentevin ekspedisiyası işlər görmüşdür. Taymır yarımadasından Yenisey körfəzi ilə ayrılır. Burada en 36 km-dir.
Russki adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.