Krasnoyarsk
Krasnoyarsk ya da Qızıl Yar (original adı Xaqazca: Xızıl Çar, Хызыл Чар, tatar. Qızıl Yar, Кызыл Яр, başq. Qıðıl Yar, Ҡыҙыл яр)— şəhər, Sibirin iri mədəni, iqtisadi və elm mərkəzi, Krasnoyarsk diyarının inzibati mərkəzi.
== Xarakteristikası ==
Nəhəng nəqliyyat qovşağı. Əsas iqtisadiyyat sahələri — kosmik sənaye, rəngli metallurgiya, elm və təhsil, hidrienergetika. Yenisey çayının hər iki sahilində, Qərbi Sibir düzənliyinin, Orta Sibir dağətəyi və Sayan dağının kəsişdiyi yerdə yerləşir. Ölkənin ən böyük elm-təhsil mərkəzi — təkcə Sibir Federal Universitetində 40 min tələbə təhsil alır; cəmi şəhərdə 150 min tələbə təhsil alır. Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk elmi mərkəzi, Krasnoyarsk regional innovasiya-texnoloji biznes-inkubatoru. Şəhər Rusiyanı Avropa Şurası yerli və regional konqresində təmsil edir. Sankt-Petrburq və Kazanla yanaşı ölkəni Ümumdünya birləşmiş şəhər və yerli hakimiyyətlər təşiklatının şurasının üzvüdür.