kremli-yağlı

kremli-yağlı
kremli-sodalı
kremsiz
OBASTAN VİKİ
Kazan Kremli
Kazan Kremli (rus. Казанский кремль, tatar. Казан кирмәне, Qazan kirmäne) — Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi. Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir. Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir. Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir. 2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir.
Moskva Kremli
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Yağlı (Duzluca)
Yağlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.