Neştəryarpaq kunninqamiya
Neştəryarpaq kunninqamiya (lat. Cunninghamia lanceolata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kunninqamiya cinsinə aid bitki növü.
Bu cinsə daxil olan növlərin sırasında neştəryarpaq kunninqamiya daha geniş yayılmısdır. Vətəni Cənubi və Mərkəzi Çindir. Hündürlüyü 30 m-ə çatan iri gövdəli, dekorativ ağacdır. Gövdəsi düz olub, çətiri ensiz-piramidal formalıdır. Budaqları topa-topa düzülmüşdür. İynəyarpaqları ensiz neştərvarıdır, ucuna getdikcə daha da itiləşir, 2-7 sm-ə qədər uzunluqda olur, olduqca bərk, yaşıl və parlaqdır, budaq üzərində aşağıya doğru meyl edir. Erkəkcikləri üç tozcuqdan ibarət olur. Erkək qozaları uzunsov-silindrik, enli, ucu bizdir, biruclu tumurcuqdan bir neçə erkək qozaları inkişaf edir.