kvark

kvark
kvanza
kvarklar
OBASTAN VİKİ
Kvark
Kvark — elementar (fundamental) hissəcik. Materiya daşıyıcısı. Kvarklar fermionlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir. Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonların və baryonların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qluonlar vasitəsilə bağlı olurlar.
Kvark ulduzu
Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür. == Tarixi == Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib. == Xüsusiyyətləri == Kvark-qluon plazmasından ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təziq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təziq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.
Cənubi Kvarken boğazı
Cənubi Kvarken (isv. Södra Kvarken, fin Ahvenanrauma) - Aland adaları (Finlandiyanın ərazisi) ilə Skandinaviya yarımadası arasında yerləşir. Baltik dənizini Botnik dənizi (Botnik körfəzinin cənub hissəsi) ilə birləşdirir. Eni 40 km, ən dərin yeri isə 244 m təşkil edir. Axınlar əsasən cənub istiqamətinə yönəlir. Sərt qış ayları boğaz donur. Yumşaq qışda isə boğazda hərəkət edən buzlarla zəngin olur.
III Kvarkvare
III Kvarkvare — 1516-cı ildə Naxçıvana Şah İsmayılın qışladığı düşərgəyə gəlib kömək istəmiş və Şah İsmayıl Div sultan Rumlunun başçılığı ilə Gürcüstana qoşun göndərmişdir. 1535-ci ildə İmereti çarı III Baqrat tərəfindən Murcaxetidə məğlub oldu və torpaqlarının bir hissəsi İmeretiyə birləşdirildi.
II Kvarkvare
II Kvarkvare - Mesxetiyanın onuncu atabəyi idi. Hakimiyyətə gələndə 35 yaşı olan Kvarkvare daha yetkin olduğu üçün dövləti idarə etmə bacarığını da yaxşı göstərirdi. Hərbi gücünü artıran Kvarkvare 1463-cü illərdə özünü müstəqil elan etdi və Baqrationilərdən VI Baqrat tərəfindən müdafiə olunurdu. VI Baqratın VIII Georgiyə məğlub olmasını bəhanə edən Kvarkvare 1465-ci ildə Paravani gölü sahilindəki döyüşdə Georgini ağır məğlubiyyətə uğradaraq qardaşıoğlu II Konstantin Baqrationi ilə birgə həbs etdi. Bundan istifadə edən VI Baqrat özünü kral elan etdi. Özünə yeni rəqib istəməyən Kvarkvare Georgini sərbəst buraxdı. Lakin sonuncu təkcə Kaxetiyada möhkəmlənə bildi. 1483-cü ildə özünü kral elan etmiş II Konstantin Baqrationini Aradetidə məğlub edərək daha da gücləndi. 1498-ci ildə vəfat etdi. Vardzia monastırında basdırıldı.
IV Kvarkvare
IV Kvarkvare - 16-cı mesxet çarı. II Keyxosrovun oğlu idi. Hakimiyyət boyu əsasən xəstə olduğu üçün əsl hakimiyyət qardaşı II Manuçarda və anası Dedis İmedidə idi. Çıldır döyüşündən sonra Osmanlı vassallığını qəbul etmişdi.
I Kvarkvare
I Kvarkvare - Mesxetiyanın IV çarı. Kvarkvare hakimiyyətə gələndə Elxanilər dövləti zəifləyirdi. Buna görə də hakimiyyətə gələn kimi 1334-cü ildə V Georginin vassalı olmuşdu. 1361-ci ildə ölümündən sonra yerinə II Beka keçdi.
Şimali Kvarken boğazı
Şimali Kvarken (isv. Kvarken, fin Merenkurkku) — Len-Kesterbotten adasını (İsveç) və Poxyanmaa adası (Finlandiya) arasında yerləşir. Botnik dənizini Botnik körfəzi (Şimali və Cənubi Botnik körfəzini) ilə birləşdirir. Eni 75 kilometr təşkil edir. Əraxidə Xolmaarna adaları vardır ki, olarən ən iriləri Xolmen və Enqrsendir. Bu adalar boğazı iki yerə bölür: Şərqi və Qərbi Kvarken boğazları (Estra-Kvatken və Vestra-Kvarken). Şərqində dərinlik 6–7 m, qərbdə isə 29 m təşkil edir. Qış ayları boğaz donur. Hətta bu buz bərzəğindən 1809-cu ildə Rus-İsveç müharibəsi zamanı rus qoşunları düşmən ərazilərinə hüçum etmişlər. Ərazi yer səthinin qalxma sürətinə görə dünyada birincidir (İldə 1 sm).