Quru (və ona görə də tez ovxalanan, sınan) mənasında işlədilib, köy (od, yanmaq) sözü ilə bağlıdır. Qax kəlməsi ilə qohumdur. Biz indi təpimək feilini işlədirik, onun qədim forması kepimək (görünür, köy sözü ilə, yəni istilik anlamı verən kəlmə ilə bağlıdır) olub. Kövrək sözü də həmin kepimək sözü ilə əlaqədardır. Kövrək sözünün törəmə kökü “kövrə”dir (müqayisə et: kövrə-k, kövrə-l), ondan da kövrəlmə sözü əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)