Şirin və Fərhad (Kövsəri)
Şirin və Fərhad - XVII əsr Azərbaycan şairi Kövsəri tərəfindən, Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə fars dilində yazılmış məsnəvidir.
XVII əsr Azərbaycan şairlərindən biri olan Kövsəri Nizami ənənələrinin davamçılarındandır. Şair fars dilində “Şirin və Fərhad” poemasını yaratmış, əsərin bir neçə yerində:
deyə özünün Nizami ardıcıllarından olduğunu bildirmək istəmişdir. Əsərin nəzmə çəkilmə tarixini şair poemanın sonunda belə bəyan edir:
Bu sözlərin hərflərini əbcəd hesabı ilə götürdükdə 1014 (1605-1606)-cü il rəqəmi ortaya çıxır.
7650 misradan ibarət olan “Şirin və Fərhad” əsərini ənənəyə əsasən Kövsəri dövrünün hökmdarı I Şah Abbasın mədhi ilə başlasa da, elə başlanğıcda mədhdən şikayətə keçib, zəmanəsində elmə, hünərə qiymət verilməməsindən danışır, sözün, kəlamın xiridarı olmadığından söz açır:
Q. Beqdeli qeyd edir ki, görünür, İsfahanda Kövsərinin şeirlərində qiymət verən olmamışdır və buna görə də şair poemasını ilk öncə Hindistana göndərmək istəmişdir:
Kövsəri də Əlişir Nəvai və Arif Ərdəbili kimi Fərhadı ön sıraya çəkib onu əsərin əsas qəhrəmanı götürmüşdür. O, Fərhadın mənşəyi haqqında belə yazır:
Əsərdə Məhinbanu, Şirin, Büzürgümid, dayə, Xosrov, Şapur və başqa surətlər də vardır.
Şapur Fərhadın uşaqlıq, məktəb yoldaşıdır. Kövsəri Şapuru dövlət xadimidir, yüksək mənşəli təbəqədəndir. O da, xaqanın vəzirinin yeganə oğludur:
Hər iki dost təhsil alarkən sənət və peşə ilə maraqlanır. Fərhad baltanı, Şapur isə fırçanı seçir.