kürk-çuxa 2021

kürk-çuxa
kürk
kürkçü
OBASTAN VİKİ
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Çuxa sultan Təkəli
Çuxa sultan Təkəli – qızılbaş sərkərdəsi, I Şah Təhmasibin vəkili, əmir əl-üməra. Əsl adı Bəxşi bəy olan bu Təkəli əmiri I Şah Ismayıla (1501 – 1524) xidmət etmişdi. Şah onu zarafatla "Çuxa sultan" adlandırırdı. Sonra bu adla da tanındı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi. Qızılbaşlar dövlətinin böyük əmirlərindən idi. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində vəzifə uğrunda qızılbaşlar arasında mübarizə gedirdi. Ustaclı eli ilə Təkəli eli arasında bir neçə qanlı çarpışma olmuşdu. Təkəli elinə Əmir çuxa sultan rəhbərlik edirdi. Təkəlilər və ustaclılar Səksəncək adlı yerdə qarşılaşdılar.