Dağıstan kəklikotu
== Ümumi yayılması ==
Qafqaz.
== Azərbaycanda yayılması ==
Şamaxı rayonunda (Kızıldərə, Astarxan kəndi yaxınlığında) rast gəlinir.
== Statusu ==
Azərbaycanın nadir bitkisidir.VU C2a(i).
== Bitdiyi yer ==
Yamaclarda, günəş düşən açıq sahələrdə bitir.
== Təbii ehtiyyatı ==
Azərbaycanda arealı dardır.
== Bioloji xüsusiyyətləri ==
Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarım¬kol-cuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tücüklüdür. Yarpaqları uzunsovlansetvari və ya əks-yumurtavari, uzun¬luğu 6–10 mm, eni 2–3 mm, çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür; yan damarcıqları alt tərəfində üstə
çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4–5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.