KƏŞMİRİ

Hindistanın ən şimal bölgəsi olan Kəşmir zaman-zaman müxtəlif imperiyaların tərkibində olduğundan tarixdə iz buraxmayıb. Əvvəlcə o, Moğollar dövlətinin, sonra Əfqanıstanın, daha sonra sikx şahlığının və nəhayət, Britaniya Hindistanının bir hissəsi olub.

1947-ci ildə ingilislər Hindistandan getdikdən sonra iki müstəqil dövlət – Hindistan və Pakistan yarandı. Bununla belə, Kəşmirin statusu qeyri-müəyyən olaraq qaldı. Kəşmirin əhalisinin, əsasən, müsəlmanlardan ibarət olmasına baxmayaraq ora, adətən, induizmin təmsilçisi tərəfindən idarə olunub. Bu əraziyə həm Hindistan, həm də Pakistan iddia edib, bura hazırda da böyük hissəsi Hindistana məxsus olmaqla bölünmüş vəziyyətdədir.

Kəşmir daha çox paytaxt Şriniqarda Kəşmir keçiləri adlanan, əhliləşdirilmiş Asiya keçilərinin zərif yunundan alınan yun ilə tanınır. Bu yundan istehsal olunan parça bütün məlum parçaların ən məşhurudur. Buranın məhsulu olan şallar Kəşmir şalı adlanır. “Kəşmiri” sözü isə Kəşmir keçisinin yunundan alınıb-alınmamasından asılı olmayaraq keyfiyyətli yundan hazırlanmış istənilən parçadan söz düşəndə işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

KƏŞKÜL
KƏTƏMƏZ

Digər lüğətlərdə