LAÇIN

M.Kaşğaridə laçin kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçın da da -çin “quş” deməkdir. Sıldırımlı qayalara yalçın deyirik. Görünür, layal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirib. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bu daha inandırıcı variantdır. M.Cü­mə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anla­mını ifadə edən söz  ayıq-sayıq (трезвый) “ayıq” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

LACİVƏRD
LAĞIM

Digər lüğətlərdə