Elton gölü
Elton gölü (rus. Эльтон) — Xəzəryanı ovalıqda yerləşən axarsız, şorsulu göl. Göl inzibati baxımından Rusiyanın Volqoqrad vilayəti, Pallasovski rayonu, Elton kənd inzibati vahidliyində, Qazaxıstan sərhəddindən bir qədər aralıda yerləşir.
Vilayətin ən böyük, Avropanın isə minerallaşma həddinə görə ən böyük gölü. Gölün olduqca əhəmiyyətli xüssusiyyəti vardır. Belə ki, köçəri quşlar, əsasəndə sahildəyişənlər və durnalar təyinat nöqtəsinə gedərkən müəyyən müddətə bu göldə fasilə verməli olurlar
Böyük ehtimalla gölün adı monqol dilində olan «Altın-Nor» (qızılı dib) sözündən əmələ gəlmişdir.
Göl Xəzəryanı ovalığın şimal-qərbində böyük duzlu qübbələr arasında bir çökəklikdə yerləşir.
Sahəsi — 152 km², dairəvi quruluşa sahibdir. Hövzəsinin sahədi 1640 km²-dir.
Dərinliyi — 5—7 sm; yazda isə 1,5 metrə çatır.