LEVİT

qədim yəhudi dinində kahin, ruhani.
LEQAT
LEYL
OBASTAN VİKİ
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Aleksandr Levitov
Aleksandr İvanoviç Levitov (rus. Алекса́ндр Ива́нович Леви́тов; 30 avqust (11 sentyabr) 1835 və ya 20 iyul (1 avqust) 1835[…], Dobroye[d], Lebedyan qəzası[d] – 4 (16) yanvar 1877[…], Moskva) — Rusiya xalqçı yazıçısı.
Cozef Qordon-Levitt
Cozef Qordon-Levitt (17 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — amerikalı aktyor. "Yayın 500 günü" və "50 50-yə" filmindəki performansına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. O, HitRecord media şirkətinin təsisçisidir. Qordon-Levitt 1981-ci ildə aşkenazi yəhudisi əsilli aktivist-fəal bir ailədə dünyaya gəlib, valideynlərinin sol dünyagörüşü və feminist baxışları səbəbiylə həm atasının (Levitt) həm də anasının (Qordon) soyadını daşımaqdadır. Hələ uşaq yaşlarından aktyorluğa başlayıb, 2000-ci illərin əvvəllərində aktyorluğa təhsili üçün ara verib ancaq sonra təhsilini yarıda buraxaraq aktyorluğa qayıdıb. Sirli dəri, Yayın 500 Günü, Brick, The Lookout, 50 50-yə kimi əsasən indie filmlərlə populyarlaşsa da Linkoln, Başlanğıc, The Dark Knight Rises, C.İ. Co: Kobranın yüksəlişi, Gəzinti kimi Hollivud filmlərində də yer alıb. Hazırda dünyada ən populyar gənc aktyorlardan biri hesab edilən Qordon-Levitt, 2010-cu ildə onlayn vebsayt HitRECords-un əsasını qoydu. Portal, gənc və tanınmamış yazıçılar, rəssamlar, rejissorlar, şairlər və s. bütün növ sənətkarların azad şəkildə öz sənətlərini yaymaları, tanış olmaları və tanınmaları üçün nəzərdə tutulub. Aktyorun özü də gənc sənətkarlara yaxın dəstək olur, qısa filmlərin çəkilməsinə, və gənc yazarların əsərlərinin çap edilməsinə yaxın kömək göstərir.
Eqils Levits
Eqils Levits (d. 30 iyun 1955; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Eqils Levits, 1993-1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb. Eqils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb. Eqils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib. Eqils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.
Levitse
Levitse (slovak. Levice [ˈlɛvit͡sɛ], mac. Léva [ˈleːvɒ], alm. Lewenz‎) — Slovakiyanın qərbində şəhər. Nitra bölgəsində yerləşir. Əhalisi 36 min nəfərdir. Rusiya Rtişevo Polşa Ruda Slanska - 2000 Polşa Skiernievitse - 2004 Çexiya Namest na Hane - 2004 Çexiya Boskovitse - 2008 Willkommen in der Stadt Levice!
Yuri Levitan
Yuri Borisoviç Levitan (Yudka Berkoviç Levitan) (1914 - 1983) — 1931-ci ildən Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru. SSRİ Xalq Artisti (1980). 1941-ci ildən ÜİK(b)P üzvü. Nadir tembrə və təsiredici səsə malik insan. Yuri Levitan 2 oktyabr 1914-cü ildə Vladimirsk şəhərində anadan olub. Atası liman işçisi, anası isə evdar xanım olmuşdu. Öz dayısından o, teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi. Məktəbdə Levitan demək olar ki, bütün teatrlarda iştirak edir. 1931-ci ildə məktəb onu xüsusi istedadına görə Dövlət Kino İnstitutuna göndərilir.
İsaak Levitan
İsaak İliç Levitan (18 (30) avqust 1860 və ya 3 (15) oktyabr 1860, Kibartay[d], Polşa çarlığı – 22 iyul (4 avqust) 1900, Moskva) — rus əssamı, peyzaj ustası, akademik. İsaak İliç Levitan (Исаак Ильич Левитан) Avqustovski quberniyasının, Мariampoliski qəzasında, Кibratda (1866-cı ildən Suvalski quberniyası), ziyalı yəhudi ailəsində dünyaya gəlmişdir. Rəsmi doğum tarixi 30 аvqust 1860-cı il hesab olunur. Atası İlya (Эльяшив-Лейб) Abramoviç Levitan (1827–1877) Litva, Каydanovada mövcud xüsusi çəkili yəhudi — şotland icmasına daxil olan mənşəcə ravvin ailəsindən gəlirdi. İlya Vilnedə oxumuş,sonra isə müstəqil şəkildə fransız və alman dillərinə yiyələnmişdir. O əvvəlcə Кovnoda bu dilləri tədris etmiş, sonra isə dəmir yolu çəkən fransız şirkətində tərcüməçi işləmişdir. 2010-cu ilin noyabr ayında aşkarlanaraq www.JewishGen.org saytda yayımlanmış arxiv məlumatlarına əsasən rəssamın ulu babasını Abram, babasını isə Leyb (Лейб Абрамович Левитан) (təx. 1791–1841) adlandırırdılar. Uşaqların doğum haqqında şəhadətnamələrindəki qeyidlərə əsasən İlyanının (Эльяша) uşaqlarının anası — qızı Mixle(Михле) (d.18.07.1859) və oğlu Aveyla leyba (Авеля Лейба) (d. 9.
İsaak Levitanın biblioqrafiyası
İsaak İliç Levitan (18 (30) avqust 1860 və ya 3 (15) oktyabr 1860, Kibartay[d], Polşa çarlığı – 22 iyul (4 avqust) 1900, Moskva) — rus əssamı, peyzaj ustası, akademik. İsaak İliç Levitan (Исаак Ильич Левитан) Avqustovski quberniyasının, Мariampoliski qəzasında, Кibratda (1866-cı ildən Suvalski quberniyası), ziyalı yəhudi ailəsində dünyaya gəlmişdir. Rəsmi doğum tarixi 30 аvqust 1860-cı il hesab olunur. Atası İlya (Эльяшив-Лейб) Abramoviç Levitan (1827–1877) Litva, Каydanovada mövcud xüsusi çəkili yəhudi — şotland icmasına daxil olan mənşəcə ravvin ailəsindən gəlirdi. İlya Vilnedə oxumuş,sonra isə müstəqil şəkildə fransız və alman dillərinə yiyələnmişdir. O əvvəlcə Кovnoda bu dilləri tədris etmiş, sonra isə dəmir yolu çəkən fransız şirkətində tərcüməçi işləmişdir. 2010-cu ilin noyabr ayında aşkarlanaraq www.JewishGen.org saytda yayımlanmış arxiv məlumatlarına əsasən rəssamın ulu babasını Abram, babasını isə Leyb (Лейб Абрамович Левитан) (təx. 1791–1841) adlandırırdılar. Uşaqların doğum haqqında şəhadətnamələrindəki qeyidlərə əsasən İlyanının (Эльяша) uşaqlarının anası — qızı Mixle(Михле) (d.18.07.1859) və oğlu Aveyla leyba (Авеля Лейба) (d. 9.
Qalina Levitska
Qalina Lvivna Levitska (ukr. Галина Львiвна Левицька, 23 yanvar 1901, Pruçnik[d] – 13 iyul 1949, Lvov), eləcə də, digər tanınan adları ilə Qalina Levitska-Kruşelnitska və Olena Pyatiqorska — Ukrayna pianoçusu və musiqi müəllimi. O, Lvov Konservatoriyasının professoru və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbinin ilk direktoru idi. Levitska Avstriya-Macarıstanın (hazırda Polşa) Pruçnik şəhərində ukraynalı ailədə anadan olmuşdur. Atası Lev Levitski vəkil idi. O, əvvəlcə həvəskar pianoçu olan anasından fortepiano dərsləri almış, daha sonra Pirzamisil şəhərində yerləşən qızlar internat məktəbində piano öyrənməyə davam etmişdir. 1920-ci ildə Vyana Musiqi və Performans Sənətləri Akademiyasını bitirmişdir. Bundan sonra o, əsasən Şərqi Avropada konsertlər vermiş, xüsusilə də, Ukrayna bəstəkarlarının əsərlərini ifa etmişdir. 1927-ci ildə şair və rəssam İvan Kruşelnitski ilə evlənmişdir. 1928-ci ildə onların qızı, gələcək tarixçi Larisa Kruşelnitska anadan olmuşdur.
Levitasiya
Levitasiya (lat. levitas - "yüngüllük") — bir obyektin, cismin səthinə toxunmadan havaya qalxmaq (uçmaq).
İvan Levitski
İvan Levitski (ukr. Іва́н Семе́нович Нечу́й-Леви́цький; əsl soyadı — Levitski; 13 (25) noyabr 1838 – 2 aprel 1918, Kiyev, Kiyev quberniyası, Ukrayna Xalq Respublikası) — ukraynalı yazıçı, publisist, tərcüməçi və müəllim. 1838-ci ildə Steblev şəhərində kənd keşişi Semyon Stepanoviç Levitskinin ailəsində anadan olmuşdur. Atası mütərəqqi fikirli savadlı bir insan idi, böyük bir ev kitabxanası vardı və öz vəsaiti hesabına kəndlilər üçün məktəb açdı, burada oğlu yazıb-oxumağı öyrəndi. Daha sonra İvan kənd məktəbində oxudu və 1847-ci ildə 1853-cü ildə bitirdiyi və ilahiyyat akademiyasına daxil olmamışdan əvvəl burada dərs dediyi Boquslav İlahiyyat Məktəbinə daxil oldu. 1853-cü ildə İ.Levitski Kiyev İlahiyyat Seminariyasına daxil olur və 1859-cu ildə oranı bitirir. Xəstəliyə görə evə qayıtmağa məcbur olub, burada müəllim işləyir. 1861-ci ildə Kiyev İlahiyyat Akademiyasına daxil olmuş, 1865-ci ildə oranı bitirmişdir. O, təyinat aldı və Poltava İlahiyyat Seminariyasında rus ədəbiyyatı müəllimi, sonra Kaliş (1866-1867), Sedlec (1867-1872) və Kişinyov (1873-1885) gimnaziyalarında çalışdı. Neçuy-Levytski inamlı ukrainofil idi və inanırdı ki, "Ukrayna dili" kitabı həm onun ruslaşdırılmasına, həm də polonizasiyasına fəal müqavimət göstərərək, xalq əsasında yaradılmalıdır.

Digər lüğətlərdə